Avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinin mərkəzində şanlı bayrağımızı ucaldıb. Qalib ordumuz Laçın şəhərini, Zabux və Sus yaşayış məntəqələrini nəzarətə götürərək, Laçın rayonunun tamamilə düşməndən azad edilməsinə nail olub.
Laçının azad edilməsi ilə orada quruculuq işlərinin davam etdirilməsi, abidələrin və tikililərin bərpası, həmçinin yeni yaşayış məntəqələrinin salınması ilə əlaqədar təkliflər ortaya atılıb. Daha çox Azərbaycanın xalq qəhrəmanı, ötən əsrin əvvəllərində erməni daşnaklarının Qarabağda törətmək istədiyi soyqırımın qarşısının alınmasında müstəsna xidmətləri olan, erməni quldurbaşı Andranik Ozanyanın dəstəsini darmadağın edən Sultan bəy Sultanov və onun qardaşı Qarabağın general-qubernatoru, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Xosrov bəy
Sultanovun xatirəsinin əbədiləşdirilməsi, Laçında onlara abidənin qoyulması haqqında təkliflər diqqət çəkir. Xəbər lenti
Laçında Sultanov qardaşlarına abidə qoyulsun - TƏKLİF
Bununla bağlı Modern.az-a danışan Laçının deputatı Mahir Abbaszadə bildirib ki, Xosrov və Sultan bəy Sultanov qardaşlarının xatirəsinin əbədiləşdirilməsi laçınlıların ürəyincə olacaq:
“Laçın rayonu tamamilə işğalçılardan azad edildikdən sonra Azərbaycan dövlətinin qarşısında duran əsas məsələlərdən biri bu ərazidə bərpa quruculuq işlərini həyata keçirmək, yaşayış məntəqələri salmaq, dağılmış iqtisadiyyatı bərpa etmək, məcburi köçkün düşmüş insanları öz yurd-yuvalarına qaytarmaq, ölkə başçısının qeyd etdiyi kimi onlar üçün layiqli həyatı qurmaqdan ibarətdir. Bu istiqamətdə böyük işlər görülür, bəzi işlər isə başa çatdırılıb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Laçın rayonu işğaldan azad edildikdən sonra 3 dəfə ora səfər ediblər. Səfərlər hər dəfə hansısa infrastruktur layihələrinin təməlqoyması, yeni layihələrin açılışı ilə yadda qalıb. Laçın şəhər mərkəzi də işğaldan azad edildikdən sonra bu işlər sürətlə davam edir, yolların çəkilməsi, işıq, su xətlərinin çəkilməsi istiqamətində addımlar atılır. Laçın rayonunun hüquq mühafizə orqanları və digər idarələrin bəziləri öz fəaliyyətini orada bərpa ediblər”.
Mahir Abbaszadə vurğulayıb ki, bütün bunların fonunda Laçın ərazisində olan tarixi abidələrin bərpası da önəmlidir:
“Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Qarabağda və Şərqi Zəngəzurda tarixi abidələrin bərpası ilə bağlı mühüm işlər həyata keçirir. Laçında dağıdılmış tarixi abidələrin bərpa prosesinin gücləndiriləcəyini, görülən işlərin sürətləndiriləcəyini düşünürəm.
Laçından olan bir çox tanınmış şəxslərin xatirəsinin orada əbədiləşdirilməsi haqqında təkliflər ortaya atılır. Eyni zamanda rayonumuzdan olan Azərbaycan Xalq Cümhuriyyətinin ilk müdafiə naziri Xosrov bəy Sultanov və onun qardaşı, xalq qəhrəmanı Sultan Sultanovun da abidəsinin olması arzulanır. Əvvəlki illərdə Prezidentin sərəncamına əsasən Sultan bəyin 140 illik yubileyi dövlət səviyyəsində qeyd edilmişdi. “Cümhuriyyət ili” elan olunanda Xosrov bəylə bağlı tədbirlər keçirilmişdi. Laçın bərpa edildikdən, infrastruktur qurulduqdan sonra bu şəxslərin adına abidələrin qoyulması, küçələrin və məktəblərin verilməsi biz laçınlıların istək və arzularıdır. Azərbaycan dövləti öz soy-kökünə dəyər verir, uğrunda mübarizə aparan, dövlətimizin inkişafında rolu olan, xalq tərəfindən sevilən insanları unutmur. Düşünürəm ki, Laçında digər abidələrlə yanaşı, tarixi şəxsiyyətlərin adlarının əbədiləşdirilməsi, xatirə lövhələrinin qoyulması, Xosrov bəy və Sultan bəyin də abidələrinin ucaldılması həm laçınlıların, həm də ictimaiyyətin ürəyincə olacaq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar