Xəbər lenti
"Azərbaycan beş dəqiqəyə iki min erməni silahlısını məhv edər" - Amerikalı politoloq
Vətənin qədrini bilmək, hakimiyyətə münasibətdən asılı olmayaraq, müstəqil dövlətimizin mənafeyinin və milli maraqlarının qorunması hər birimizin borcudur. Bu, ilk növbədə, hakimiyyətin addımlarını xırdalığına qədər incələməyi və təhlil etməyi peşəyə çevirən qüvvələrə, yəni müxalif düşüncə sahiblərinə aiddir.
Fikir müxtəlifliyinə görə kimisə qınamaq olmaz. Demokratik cəmiyyətin prinsipləri, fundamental azadlıqlar və tolerantlıq dəyərləri bunu tələb edir. Şübhəsiz, heç kim dərəbəyliyə, qanunların kobudcasına tapdanmasına, sosial ədalətsizliyə haqq qazandıra bilməz. Bu, nə vicdana, nə imana, nə də dəyərlərə sığar. Lakin müxalifət fərqindədirmi, bütün hadisələrdə yalnız qara nüanslar axtarmaq cəhdi də cəmiyyəti bezdirir və onlardan uzaqlaşdırır.
Qarabağın separatçı qüvvələrdən tamamilə təmizlənməsinin həlledici anında ölkədəki durumun daha da gərginləşdirilməsində maraqlı olmaq, “aha, qazilər intihar edir, artıq 37 qazi intihar edib”, “Avropa parlamenti Azərbaycanın əleyhinə qərar qətnamə qəbul edib”, deyə sevinmək yolverilməzdir. Məhz “Rica edirəm, özünüzü qoruyun. Dünyada heç nə sizin həyatınızdan önəmli deyil” müraciətini israrla və dəfələrlə səsləndirən, “Ermənistanda da insan hüquqları pozulur, amma ona qarşı qətnamə qəbul etmirsiniz” etirazını gur səslə beynəlxalq qurumlara çatdıran siyasi lider cəmiyyətin sevimlisinə çevrilə bilər.
Bu yaxınlarda Prezidenti İlham Əliyev Avropa Parlamentinin (AP) Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən sözügedən qurumun ölkəmizə qarşı qərəzli münasibətinə diqqəti cəlb edib. Dövlət başçısı AP-nin bu ilin mart ayında qəbul etdiyi qətnamədə Qarabağda erməni mədəni irsinin dağıdılması kimi absurda istinad olunmasına etirazını bildirib. İşğaldan azad edilmiş ərazilərimizə təşkil edilən çoxsaylı səfərlər zamanı avropalı siyasətçilərin, diplomatların, jurnalistlərin Azərbaycanın mədəni irsinin tamamilə məhv edilməsinin şahidi olduqlarını nəzərə çatdırıb. “Onlar hər hansı erməni mədəni irsinin dağıdılmasını görmədilər. Əksinə, erməni mədəni irsi həm Bakıda, həm də Qarabağda mühafizə olunur. Hər kəs erməni vandalizminin, barbarlığının miqyasını görə bilər. Belə şəraitdə Azərbaycanı heç vaxt etmədiyimiz məsələlərdə ittiham edən, Ermənistanın və ermənilərin ərazilərimizdə törətdiyinə göz yuman birtərəfli qətnamənin qəbul edilməsi tamamilə qəbulolunmazdır”, – deyə Prezident vurğulayıb.Amma qüsurlu zehniyyət sahibləri dərhal bunu “aha, Azərbaycan Prezidenti AP-dən şikayətlənir” kimi qələmə verməyə çalışdılar. Bu, artıq ingilislər demişkən, “too much”dır. Soruşmaq ayıb olmasın, siz orada şikayəti harada gördünüz? Azərbaycan lideri şikayətlənmədi, bu yanlış addımı atan beynəlxalq quruma yerini göstərdi.
Əslində belə qüvvələrin Azərbaycanın milli maraqlarını beynəlxalq ictimaiyyət önündə müdafiə etməsi onların özünə böyük hörmət gətirərdi. Lap ABŞ-da yaşayan politoloq və ekspert Ramiz Yunus kimi.
AXC-Müsavat hakimiyyəti dönəmində Azərbaycan hökumətinin aparat rəhbəri vəzifəsində çalışan, hazırda ABŞ-da yaşayan Ramiz Yunus yaxın zamanadək indiki iqtidarın ünvanına sərt və kəskin ittihamlar yağdırırdı. Amma Rusiyanın Ukraynaya qarşı dəhşətli və amansız müharibə apardığı bu 5 ay ərzində politoloq bir dəfə də Azərbaycan hakimiyyətinin əleyhinə fikir söyləməyib. Çünki dövlət müstəqilliyinə təhdid olan yerdə başqa məsələlər təfərrüatdır. Odur ki, Ukrayna mediasına və internet tv-lərinə verdiyi bütün müsahibələrində həmyerlimiz Azərbaycanın və Türkiyənin mövqeyini məntiqli şəkildə dəstəkləyir, Azərbaycan və Türkiyə Prezidentlərinin apardıqları xarici siyasəti təqdir edir. Bu, sevindirici haldır. Çünki politoloq şəxsi münasibətini kənara qoyub, Avropanın bir parçası olan Ukraynanın ölüm-dirim mücadiləsinə öz dəstəyini əsirgəməyən, Rusiyadan qorxmadan dost ölkənin ərazi bütövlüyünü dəstəkləyən Azərbaycanı müdafiə edir, dövlətimizə başucalığı gətirir.Bu günlərdə “Newsader” xəbərlər saytınıb baş redaktoru Aleksandr Kuşnara müsahibəsində Qərbin Ermənistandan silahlı qüvvələrini Qarabağdan çıxarmağı tələb etdiyini vurğulayan amerikalı politoloq bildirib ki, II Qarabağ müharibəsində Azərbaycanın qələbəsi dünyanın kardinal şəkildə dəyişməsinin siqnalı oldu. Rusiya–Ukrayna müharibəsi fonunda isə Azərbaycanın dünyanın siyasi xəritəsində əhəmiyyəti xeyli artıb.
Ermənistanı 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmanı pozmaqda ittiham edən ekspert Prezident İlham Əliyevin bununla bağlı Rusiyaya açıq narazılıq bildirməsini ölçülüb-biçilmiş siyasi addım kimi qiymətləndirib. “Laçın dəhlizinə alternativ yol işə düşən kimi Azərbaycan Qarabağa girişə-çıxışa nəzarət edəcək. İstəsə bu yolu qapadacaq. Rusiya–Türkiyə Birgə Monitorinq Mərkəzi bölgədə hər şeyi izləyir. Qarabağda 2 minə yaxın Ermənistan silahlı birləşməsi var. Ermənistan vəd etsə də, onları indiyədək oradan çıxarmayıb. Ona görə də Azərbaycan Prezidenti bir neçə gün öncə Kremlə açıq narazılığını bildirdi. O, nadir hallarda bunu açıq şəkildə edir. Amma əgər o, belə bəyanatla çıxış edirsə, deməli hər şey götür-qoy edilib. Yəni siz bunu edə bilmirsinizsə, biz qərarımızı qəbul edək”.
Politoloq hesab edir ki, əgər Azərbaycan dövləti hərbi yolla Ermənistan silahlı birləşmələrini rus “sülhməramlıları”nın Qarabağda nəzarət etdiyi ərazilərdən çıxarsa, dünya birliyi bu haqlı addıma etiraz etməyəcək. “Hələlik Azərbaycan xoş məram göstərib, məsələni siyasi yolla həll etmək istəyir. Fikir verin, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktorunun başçısı Uilyam Börnsin Yerevana gəldiyi məqamda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Tbilisidə ikitərəfli görüşü baş tutur. Belə fəallıq ondan xəbər verir ki, Ermənistan xarici işlər nazirinə son xəbərdarlıq çatdırılıb. İndiki mövcud vəziyyətdə dünyada heç kim – nə Avropa Birliyi, nə ABŞ, nə Fransa söz də deməyəcək. Onlar II Qarabağ müharibəsi zamanı da belə davrandılar. Çünki beynəlxalq hüquqa əsasən, bu ərazi Azərbaycanındır. Ortada 10 noyabr 2020-ci il razılaşması da var. Həmin razılaşmaya görə, Ermənistanın silahlı qüvvələri Qarabağı tərk etməlidir. Ermənistanın silahlı birləşmələri niyə orada olmalıdır ki?”.
Politoloqun sözlərinə görə, zaman Azərbaycanın xeyrinə işləyir. Ermənistanla sülh müqaviləsi imzalayan kimi Azərbaycan özü Rusiya “sülhməramlıları”nın taleyini həll edəcək. “Avropa İttifaqı da buna nail olmaq istəyir. Yəqin ki, ABŞ MKİ direktoru Ermənistanın baş naziri ilə söhbətində bu məqamları ona izah edib. Çox güman ki, o da hansısa addımları atmaq üçün MKİ direktorundan təminatlar istəyib. Azərbaycan bu məsələni özü istənilən an həll edə bilər. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya gəlişi və Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzalaması sadə məsələ deyil. Bunlar hamısı Azərbaycanın əhəmiyyətinin artırılması naminə edilir. Onlara bu gün Qarabağ bölgəsində müharibə niyə lazım olsun ki? Düşünmürəm ki, Ermənistanda bunu anlamırlar. Çünki Dağlıq Qarabağ məsələsi və onun statusu kimi məsələlər tarixdə qalıb”.
Ermənistanın 30 il öncə Zəngəzurdan deportasiya etdiyi 200 mindən artıq azərbaycanlıya muxtariyyət tələbini xatırladan R.Yunus bu məsələyə eybəcər yanaşma sərgiləyən erməni politoloqlarına müraciət edib. “Bu yaxınlarda bir erməni politoloquna qulaq asdım. Deyir ki, axı Zəngəzurda azərbaycanlı daha yoxdur, niyə onlara muxtariyyət verməliyik? Deməli, siz Zəngəzurdan azərbaycanlıları qovdunuz və indi hesab edirsiniz ki, əgər azərbaycanlılar orada yoxdursa, Azərbaycanın muxtariyyət tələb etməyə haqqı yoxdur. Lap Stalinin “adamlar yoxdur, problem yoxdur” eybəcər fikrinə bənzəyir. Belə çıxır ki, müharibədən sonra erməni əhalisinə Qarabağa qayıtmağa icazə verməklə Azərbaycan səhv edib? Azərbaycan bu səhvi 5 dəqiqəyə həll edə bilər. “Bayraqdar”larla 2 min Ermənistan silahlı qüvvələrini məhv edər. Bundan sonra bir dinc erməni də orada “barıt çəlləyi”nin üzərində yaşamaq istəməz və bölgəni tərk edər. O zaman iki ölkə arasında sərhədlər bağlanar və Ermənistanla sülh müqaviləsi imzalamağa da ehtiyac qalmaz. Siz bunu istəyirsiniz? Azərbaycanın xoş məramına görə ermənilər Qarabağda hələ yaşayırlar”.Amerikalı politoloq erməni ekspertlərinə “Qarabağın statusu” kəlməsini birdəfəlik unutmağı məsləhət görüb: “Siz Azərbaycan ərazisində müstəqil dövlət statusu istəyirsiniz? Əgər Azərbaycan 30 il öncə I Qarabağ müharibəsini uduzanda bu addıma getməyibsə, Azərbaycan ordusunun, bölgədəki siyasi vəziyyətin indiki durumunda, NATO-nun ikinci ordusuna malik Türkiyənin Azərbaycanın yanında olduğu, Şuşa Bəyannaməsinin ortada olduğu vaxtda kim Azərbaycana məsələni hərbi yolla həll etməyə əngəl ola bilər? Hansı ölkə? Bir ölkənin adını çəkin. Nə ABŞ, nə Rusiya, nə İran, nə Avropa İttifaqı. Axı Azərbaycan da hələ bu addımı atmır. Deyir ki, ya erməni əhalisi Azərbaycan vətəndaşlığını qəbul edib, burada yaşasın, ya da xoşluqla çıxıb getsin. Çünki başqa variant yoxdur. Bütün beynəlxalq sənədlərdə Qarabağ bölgəsi Azərbaycan ərazisidir. Bu, sizin torpaqlarınız deyil. Bu torpaqlar Azərbaycanındır. Düşünürəm ki, bunu həm MKİ direktoru, həm də AB rəhbərləri Ermənistan liderlərinə izah ediblər. Ursula Fon der Lyayen elə-belə Bakıya səfər etməz. Əgər onlar Bakıya gəlirlərsə, deməli, Azərbaycanın maraqlarını müdafiə edəcəklər. Bu, birmənalıdır”./konkret.az
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar