Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

“Ermənistan ABŞ-ın təzyiqi ilə İrana arxa çevirəcək“ - Tehranın Bakıdakı keçmiş səfiri

Tarix: 24-07-2022 19:19     Baxış: 3414 A- / A+

"Putinin Ukraynaya təcavüzündən sonra regional və qlobal hadisələr yeni mərhələyə qədəm qoyub. Beləliklə, Cənubi Qafqazda baş verən proseslər və xüsusilə, sülhün əldə olunması da bu şərtlərdən təsirlənir".
Manevr.az "Diplomasy Irani"yə istinadla xəbər verir ki, bunu İslam Respublikasının Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani yazıb.
Cənubi Qafqazda baş verən son proseslərə dair təhlilində o qeyd edir:
"Kreml etiraf etməsə belə, Rusiyanın Ukraynaya təcavüzündən sonra Cənubi Qafqazda mövqeyizəifləyib, qüvvələr tarazlığı müəyyən qədər pozulub, yaranmış boşluq isə Azərbaycan, Türkiyə və digər ölkələri, o cümlədən Qərbi geniş imkanlarla təmin edib.
Qərbin Rusiyaya tətbiq etdiyi embarqo nəticəsində Avropada yaranan enerji böhranı enerji ixrac edən ölkələrin, o cümlədən Azərbaycanın qaz istehlakçıları üçün əhəmiyyətini və enerji təhlükəsizliyinə diqqəti artırıb. Ona görə də Qarabağda sülhün bərqərar olması üçün ABŞ və Avropanın səyləri artırılmalı və bu baxımdan aktyor rəqabətinin tərəzisi Azərbaycanın xeyrinə dəyişməlidir.
Bir tərəfdən, Qərb rəsmilərinin Azərbaycan və Ermənistanla, digər tərəfdən isə Rusiya rəsmilərinin hazırda bu iki ölkə liderləri ilə təmaslarının artdığını görürük. Təbii ki, Qərbə qarşı enerji kartını itirməmək və mövqedə zəifləməmək üçün Moskva bu prosesdən qəzəblənir və çox narahatdır. O, Qarabağdakı sülhməramlı qüvvələrini işə salmaqla, daxildə mümkün böhran yaratmaqla, Azərbaycanla Ermənistan arasında gərginlik doğurmağa çalışacaq. Moskva, həmçinin Azərbaycandan Avropaya qaz ixracı prosesinə maneələr yaratmaq üçün Dağlıq Qarabağda sülhün bərqərar olmasına mane olacaq".
Daha sonra Ə.Süleymani qeyd edir: "Amerika və Rusiya təhlükəsizlik xidmətləri rəhbərlərinin Bakı və İrəvana bir-birindən azca zaman fərqi ilə səfəri iki ölkənin Qarabağdakı proseslərə həssaslığının dərinliyini və bu iki ölkədə təsir imkanlarını artırmaq cəhdlərini göstərir.
JCPOA danışıqlarının dalana dirənmək ərəfəsində olduğunu nəzərə alsaq, çox güman ki, ABŞ təmsilçisi Azərbaycan və Ermənistan liderləri ilə görüşdə İrana məhdudiyyətlərin yaradılmasını da müzakirə edib. Amerikanın təkliflərini qəbul edərək, onlar bunu sürətləndirəcəklər; Azərbaycanla Ermənistan arasında sülhə nail olmaq və iki ölkə ilə Türkiyə arasında quru əlaqə yaratmaq, Ermənistanla Türkiyə arasında münasibətləri normallaşdırmaq və iki ölkənin sərhədlərini açmağa söz veriblər.
Ermənistanın Azərbaycan və Türkiyənin mühasirəsindən çıxması ölkənin İrana ehtiyacını azaldacaq. Belə olan halda, Ermənistanın Zəngəzur dəhlizinin yaradılmasına razılıq verməsi ehtimalı da diqqətdən kənarda qalmamalıdır.
İrəvan İrandan fərqli olaraq, İranla sərhədini itirməyə o qədər də həssaslıq göstərmir. Belə bir qərar veriləcəyi təqdirdə beynəlxalq hüquq, ərazi bütövlüyü və milli suverenlik prinsiplərinə istinad edərək, bu hərəkəti öz milli suverenliyi çərçivəsində nəzərdən keçirəcək və beynəlxalq hüquq normalarına zidd olaraq İranın bu işə müdaxiləsinə imkan yaradacaq.
Həmçinin, regionda enerji qovşağına çevrilmək layihəsini həyata keçirən Türkiyə Azərbaycanın tərəfdarı və NATO üzvü kimi qaza olan tələbatının bir hissəsini Azərbaycan hesabına təmin etməklə, Qərbin yanaşmasını izləyir. Baxmayaraq ki, Rusiya ilə yaxşı münasibətləri var və qazı bu ölkədən idxal edir. Amma sanksiyalara görə Rusiyanın Türkiyənin yanaşmasını dəyişmək üçün effektiv aləti yoxdur.
Digər tərəfdən, Türkiyə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının gedişi ilə paralel olaraq, bu ölkə ilə sərhədlərin açılmasını prioritet sayır, Ermənistanla münasibətləri normallaşdırmağa çalışır.
Əgər bunu bacararsa, Ankara Cənubi Qafqazda mövqeyini daha da gücləndirəcək və İrandakı mövcud vəziyyətə görə Ermənistan ABŞ-ın təzyiqi ilə İrandan uzaqlaşacaq. Odur ki, İranın tarazsız və gərginlik yaradan xarici siyasəti və İranla kritik vəziyyətdə üzləşmiş böhranlı Rusiya ilə əməkdaşlıq  İranın qalan imkanlarını əlindən alacaq./yenisabah.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar