Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya Ukraynada PUSQUYA DÜŞDÜ - Kremldən ETİRAF: Qarabağa görə...

Tarix: 13-07-2022 18:42     Baxış: 4268 A- / A+

Rusiya nə qədər desə də ki, Ukrayna müharibəsi onların iqtisadiyyatına, ordusunun vəziyyətinə ciddi təsir etmir, etməyəcək, bu, sadəcə hekayədir. Rəsmi Moskva çox yaxşı bilir ki, müharibə daha da uzanacağı təqdirdə nə ordusundan əvvəlki əsər qalacaq, nə də iqtisadi imkanları rəvac verəcək ki, Ukrayna ilə müharibəni istədikləri kimi bitirə bilsinlər.
Avropanın Şərqində proqnozların əksinə olaraq günü-gündən daha da qızışan müharibə Kollektiv Qərbin, ABŞ-ın planlarına daha çox xidmət edir. Bu, nəticə etibarilə Rusiyanın gücdən salınması və onun hegemonluğuna ən azı uzun illər son qoymaq məqsədilə gəlinmiş qərardır. Bunun nəticəsidir ki, Putinin təbiri ilə desək Kollektiv Qərbin müharibənin başladığı gündən bəri Rusiyaya qarşı nə az, nə çox 11 min 160 sanksiya qərarı mövcuddur.Kreml hər şeyin fərqindədir, amma gec...
Bir neçə gün öncəyə nəzər salaq: Rusiya Dövlət Duması tətilə çıxmazdan öncə Vladimir Putinin iyulun 7-də parlamentdəki fraksiya liderlərini Kremldə qəbul edərkən bu görüş vasitəsilə Rusiya və dünya ictimaiyyətinə bəzi mesajlar göndərməsi diqqətdən yayınmadı. 

Kreml rəhbəri burada müharibənin başladığı gündən bu yana ilk dəfə bəzi etirafları ilə diqqət mərkəzinə düşdü. Onun əsas etirafı müharibə ifadəsi işlətməsiylə bağlıdır, halbuki Vladimir Putin və onun ətrafı bu zamana kimi Ukraynadakı müharibəni "xüsusi əməliyyat" adlandırırlar. Putin ilk dəfə müharibəni məhz müharibə kimi qiymətləndirdi.
Putinin ikinci diqqət çəkən etirafı isə Kollektiv Qərbin hədəfi ilə bağlı ifadə etdiyi cümlələr idi: "Kollektiv Qərb Rusiyanı zəiflətmək üçün fürsət axtarırdı və bu onlara nəsib oldu, bizə qarşı müharibəyə başladılar, sanskiyalar tətbiq olundu". Putin bununla etiraf etmiş oldu ki, Kollektiv Qərb Rusiyanı Ukraynada tələyə salıb. 
Bu gün Ukraynaya sözügedən mərkəzlərdən istər siyasi bəyanatlar, istərsə də edilən aramsız hərbi dəstək də məhz Ukraynanın qalib gəlməsindən çox, Rusiyanın qəddini əymək üçün çoxdan hazırlanan bir planın tərkib hissəsidir. 
Kreml artıq çox yaxşı anlayır ki, bu savaşdan nə geri çəkilmək olur, nə də qısa zamanda qələbəni rəsmiləşdirmək mümkündür. Moskvada çox yaxşı başa düşürlər ki, Kiyevə dəstəyin davam edəcəyi təqdirdə Ukrayna xalqı və dövləti geri addım atmayacaq, son nəfəslərinə qədər Rusiya ilə savaşacaq. 
Belə bir ssenariyə qarşı Moskva hazırda hərbi əməliyyatlarla paralel olaraq əsas diqqətini informasiya cəbhəsinə yönəldib. 
"The Financial Times" yazır ki, NATO və Aİ ölkələri Ukraynaya tədarük edilən silahları daha diqqətli izləməyə çalışırlar, çünki cinayətkar qruplar onları qanunsuz olaraq ölkədən çıxarıb Avropanın qara bazarına çıxarır. Amma bu, kampaniyaya çox bənzəyir. Rusiya hərbi komponenti itirir və bütün səylərini informasiya cəbhəsinə ötürür. Bunun üçün bütün müəllifləri, politoloqları və bloqerləri ələ almağa ehtiyac yoxdur. Böyük kütlənin etibar etdiyi bəzi media resurslarından dezinformasiyaları işə salmaq kifayətdir. 

Bu zaman belə məlumatların istehlakçısında güclü təəssürat yaranır ki, ukraynalılar Ukraynanı müdafiə etmək əvəzinə, Rusiyaya qarşı müqavimət göstərmək yerinə öz ölkələrindən silah oğurlamaqla məşğuldurlar. Nəticədə Kollektiv Qərbdə, ABŞ-da Ukraynaya olan etibarlılıq faizi ciddi şəkildə aşağı düşür. Hətta həmin dövlətlərdə "Ukraynaya silah veririk ki, müharibədə istifadə etsin, biz onlara pulsuz silah göndərmirik ki, satıb parasını ciblərinə qoyalar".
Bu cür dezinformasiyalar nəticəsində Moskva nəticədə bəzi ölkələrin Ukraynaya hərbi dəstəyini, silah-sursat göndərməsi prosesini deaktivləşdriməyi düşünür kimi görünür. Çünki, bu, Qərbdə ictimai rəyi dəyişməyə yönəlmiş informasiya təxribatından başqa bir şey deyil.
Amma iş orasındadır ki, Rusiyanın bu gün Ukraynadan əli yandıda geri dönməsi onun təkcə Donbass xəyallarının üzərindən xətt çəkmək olmayacaq, eyni zamanda onilliklərdir hegemonluq etdiyi digər regionlarda da (Eyni zamanda Cənubi Qafqazda da - red) mövqeyini itimrəsi demək olacaq. Rəsmi Moskva bunun çox yaxşı fərqindədir. Elə bu səbəbdən də Rusiya sözügedən ssenarinin başına gəlməməsi üçün bütün cəbhələrdə istər hərbi, istərsə də informasiya sarıdan savaşmağı artıq gözə alıb. 

Bu gün Ermənistanda - Azərbaycanla sərhəddinin bir kilometrliyində hərbi bazalar qurmaq (Ermənistan mənbələri 2 min şəxsi heyətlik hərbi bazanın qurulduğunu qeyd edirlər - red.) təşəbbüsü də məhz bu faktora əsasən aparılır. Ermənistanda keçirilən müxalifət mitinqlərinin kökündə də elə bu plan dayanırdı. Moskvadan idarə edilən bu etiraz aksiyaları birbaşa Nikol Paşinyana təsir etmək üçün nəzərdə tutulmuşdu ki, həmin o hərbi bazaları genişləndirsinlər. Çünki Rusiya çox yaxşı bilirdi ki, Paşinyan bunun tamamilə əleyhinədir. Paşinyan əksinə Moskvadan qurtulmaq yollarını aradığı bir vaxtda özünü bir anda Kremlin "qucağında" gördü. Beləcə, Moskva İrəvanda müxalifət mitinqləri ilə Paşinyana ona lazım olan təzyiqi göstərərək məqsədinə çatdı.
Amma Azərbaycan və Türkiyənin bu region üçün planları çox aydındır. Ankara və Bakı üçün regionun taleyi və öz məqsədləri prioritetdir. Cənubi Qafqaz uğrunda mübarizə ilk dəfə bu qədər açıq və geniş vüsət lamağa başlayır. Region uğrunda mübarizənin isə təkcə siyasi manevrlərlə kifayətlənməyəcəyi istisna edilmir./Milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar