Xəbər lenti
Bakı Moskvaya daha sərt reaksiya verir - Səbəblər
Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanmasından bir il ötür. Bu zaman kəsimində Bakı-Ankara müttəfiqliyinin praktiki nəticələrini üç istiqamətdə dəyərləndirmək mümkündür.Birincisi, Azərbaycana qarşı xarici təhdidlərə verilən reaksiyalar:
a) Bakı Moskva qarşısında daha güclənmiş formada çıxış edir: istər Rusiyanın Azərbaycana qarşı addımlarına rəsmi səviyyədə etirazların bildirilməsi, istər mümkün təzyiqlər qarşısında sərgilənən mövqe bu fikri önə çıxarır;
b) İranın Gorus-Qafan yolu üzərindən Azərbaycana qarşı təzyiqləri fonunda Bakının haqlı mövqeyindən geri çəkilməməsi və Tehranın Bakı ilə hesablaşmağa məcbur olmasında Ankara ilə müttəfiqlik münasibətlərinin rəsmiləşməsinin əhəmiyyəti istisna edilməməlidir;
c) Qərbdən Bakıya qarşı təzyiq dalğasının zəiflədiyi müşahidə olunur: burada geosiyasi proseslərin dəyişməsi fonunda bölgədə postmünaqişə reallığının qəbul edilməsi ilə yanaşı, Türkiyənin Cənubi Qafqazda Azərbaycandan yana tərəf olmasının da rolu böyükdür;
İkincisi, Qarabağda Azərbaycanın xeyrinə dəyişən güc balansı və praktiki addımlar:
- Bakı 10 noyabr razılaşmasının 4-cü bəndinin – erməni qoşunların çıxarılması – icrası tələbini ən yüksək səviyyədə irəli sürməyə başladı və bunun Şuşa Bəyannaməsinin ratifikasiyasından (12 fevral 2022-ci il) sonra dilə gətirilməsi təsadüfi deyildi;
- Erməni separatçılarının qalıqlarına qarşı “məcburetmə fəaliyyəti” aktivləşdirildi, buna paralel olaraq, “ya Azərbaycan vətəndaşlığını qəbul etməsi, ya bölgəni tərk etməsi” məsələsi Qarabağdakı erməni əhalisinin birbaşa özünə elan edildi: mart ayından etibarən Xankəndidə eşidilən azan səsi, ardınca erməni terrorçularının geri çəkilməyə məcbur edilməsi və Fərrux əməliyyatı; bu prosesdə Ukrayna müharibəsi ilə dəyişən geosiyasi amillər, Bakının Moskva ilə imzaladığı “müttəfiqlik bəyannaməsi” şərtlərin yetişməsində rol oynasa da, təməlində Şuşa Bəyannaməsinin rəsmiləşməsi dayanır;
Qarabağda nəticələr maksimal olmasa da, Azərbaycanın addım-addım irəlilədiyi məlumdur.
Üçüncüsü, xarici siyasətin koordinasiya edilməsi;
- Ukrayna müharibəsinin başlanmasından sonra tərəflərin ən real danışıqlar platforması İstanbul oldu və yenə eyni platforma mümkün dialoq mərkəzi olaraq qalır: bu, Türkiyə və Azərbaycanın birgə fəaliyyətinin nəticəsidir;
- Bakı və Ankara Ukrayna müharibəsi ilə dəyişən geosiyasi şərtlərdə milli maraqları uzlaşdıran fəaliyyət izləyir;
- İki ölkə türk dünyasının dərin inteqrasiyasına da liderlik edir;
Bütün bunların fonunda Türkiyə Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması və iki ölkənin sərhədinin delimitasiyası prosesində də de-fakto iştirakçılardandır.
Asif Nərimanlı
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































