Rusiya Cənubi Qafqazda mövqe savaşında bütün vasitələrini işə salıb. Zatulinin son İrəvan səfəri də belə addımlardan hesab edilə bilər. Hər zaman anti-Azərbaycan mövqeyi ilə seçilən rusiyalı siyasətçi Konstantin Zatulinin İrəvan səfəri ilk baxışdan normal bir hadisə kimi görünə bilər. Lakin görəndə ki, Rusiyada hakim partiyanın üzvü olan bu şəxs İrəvanda "Qarabağ klanı"nın rəhbərləri ilə görüş keçirdi, o zaman bəzi haqlı suallar ortaya çıxır.
Nikol Paşinyana mövqeyi tənqidi olsa da "Qarabağ klanı" ilə sıx əlaqələri olan Dövlət Dumasında komitə sədrinin müavini Zatulinin Qarabağ separatçıları ilə də sıx əlaqələrinin olduğu barədə kifayət qədər məlumatlar var. Onun keçmişdə - 44 günlük müharibəyə kimi tez-tez Qarabağa səfər edən Rusiyalı siyasətçilərdən olduğu heç kəsə sirr deyil. Belə görünür ki, o, yenidən bu siyasətini yarımçıq qaldığı yerdən davam etdirmək niyyətindədir. Onun İrəvana gedib köhnə dostları ilə görüşməsi belə deməyə əsas verir. İstisna edilmir ki, Zatulin İrəvanda olarkən separatçıların nümayəndələri ilə görüş keçirib.
Amma təəssüf ki, bu Rusiya tərəfindən sonuncu belə "fəallıq" deyil. 10 noyabr üçtərəfli bəyanatına uyğun olaraq müvəqqəti olaraq Qarabağın dağlıq hissəsinə yerləşdirilən Rusiya sülhməramlılarının Tərtər və Suqovuşan istiqamətində fəallığı diqqətdən yayınmır. Sülhməramlılar son günlər Tərtərin Azərbaycan Ordusunun nəzarətində olan əraziləri istiqamətində fəallıq nümayiş etdirir. Rusiya hərbçilərinin başqa ərazilərə nisbətən hazırda inzibati-hüquqi cəhətdən Tərtər rayonuna aid olan məntəqələrdə daha tez-tez patrul xidmətləri həyata keçirməsi bəzi məqamları aktuallaşdırır.
Kontingentin Tərtər rayonunun Azərbaycan ordusunun nəzarətində olan strateji əhəmiyyətli Qapanlı kəndi yaxınlığındakı, Ağdamın Şotlanlı kəndinə yaxın məntəqədəki "Vostoçnıy" ("Şərq") adlandırdıqları 20-ci post, Ağdərə şəhəri və Çiləbört kəndindəki 19-cu müşahidə postları arasında patrul xidməti fasilə verilmədən gündəlik olaraq həyata keçirməsindən belə aydın olur ki, apreldən başlayan vətəndaş itaətsizliyi aksiyaları nəticəsində ictimai-siyasi vəziyyətin xeyli dərəcədə qarışdığı Ermənistanın sərhədlərini rəsmi olaraq elan etmədən kontingentinin yardımı ilə Moskva mühafizə etməyə başlayıb.
Xəbər lenti
Kreml Azərbaycanla sərhəddə qoşun yeritmək ƏMRİ VERDİ? - Ruslar Qarabağa yayılır
#SİYASƏT
Manevr.az
Ermənistanda "Qazaxıstan ssenarisi" işə düşdü?
Ermənistanda vəziyyətin gərginləşməsi, siyasi partiyalar arasında fikir ayrılığının artması sirr deyil. Görünür, Moskva düşünür ki, erməni hərbçilərinə İrəvanda çox ehtiyac olacaq. Hər şey aprelin 6-da Brüssel görüşünün ikinci raundundan sonra daha silsilə hal almağa başladı. Radikal müxalifət mitinqlərdə etirazçılara qarşı zor tətbiq edildiyini deyir, loyal siyasət sərgiləyən partiyalar isə polisə hücumu qınayırlar. Polislərlə etirazçılar arasında gərginlik isə pik həddə çatır.
Görünür, Moskva artıq Ermənistan daxilində bu xaos vəziyyətin nə vaxta kimi davam edəcəyindən tutmuş, qarşıda hansı hadisələrin baş verəcəyinə kimi çox yaxşı bilir. Elə bu səbəbdən də Moskva artıq Ermənistanın sərhədlərində təhlükəsilik tədbirlərini gücləndirmək qərarına gəlib. Proseslərdən belə nəticə çıxır ki, Ermənistanda vətəndaş müharibəsinin baş verəcəyi qaçılmaz olacaq, N.Paşinyan əleyhdarlarının etiraz mitinqləri kənar qüvvələrin dəstəyi ilə daha da güclənəcək.
Ermənistanda "Qazaxıstan ssenarisi"nin təkrarlanması qaçılmaz kimi görünür. Revanşist müxalifət, xüsusilə Qarabağ klanı meydana silahlılar çıxara bilər ki, bu da öz növbəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistana daxil olması üçün qurulan ssenarinin kuliminasiyası ola bilər.
Doğrudur, müxalifətçilər etirazlarına əsas kimi hakimiyyətin yürütdüyü uğursuz siyasəti göstərirlər. Onlar Baş nazirin xarici siyasətinin ölkəni uçuruma sürüklədiyini, xalqı dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyduğunu iddia edirlər. Radikal müxalifətçilər aksiya və yürüşlərində Azərbaycan əraziləri ilə bağlı təxribatçı çağırışlar da edirlər ki, bunun xüsusi sifariş olduğunu deməyə bir çox əsaslarımız da var.
Bir neçə gün öncəyə nəzər salsaq görərik ki, "RİA Novosti" agentliyinin Qarabağda separatçı-terrorçu rejimin qondarma "dövlət naziri" Artak Beqlaryandan müsahibəsinə yer ayırdığı o qalmaqallı olayın kökündə məhz Rusiyanın maraqları amili dayanır. Beqlaryan söz haqqının verildiyi müsahibə zamanı irəli sürdüyü fikirlər arasında "Rusiya sülhməramlıları Qarabağda qeyri-müəyyən müddətə qalmalıdır", Avropa İttifaqı "münaqişə"nin həllində iştirak etməməlidir" ifadələrə yer verilməsindən də aydın olur ki, separatçılara Rusiya dövlət agentliyində "söz haqqı"nın yaradılması Moskvanın tapşırığıdır. Çünki Ukrayna ilə müharibə fonunda Rusiyanın Qarabağdakı kontingentinin çıxarılması, Moskvanın Cənubi Qafqazdakı mövqeyinin bir xeyli zəifləməsi demək olacaq. Kreml hazırda həm bu prosesin qarşısını almaq, həm də Ermənistanın orbitindən çıxaraq Qərbə yaxınlaşmağını əngəlləmək üçün müxtəlif ssenariləri nəzərdən keçirir.
Lakin rəsmi Bakı Rusiya və Ermənistanın bölgədə sülhə, sabitliyə təhdid olacaq bu cəhdlərinə qarşı öz "B" variantını işə salır. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Amerika səfəri çərçivəsində ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan və ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridlə görüşü Azərbaycanın Qərbdə mövqelərini gücləndirmək, Bakının regionda, Cənubi Qafqazda əsas aktor kimi rolunu və son qlobal geosiyasi proseslər fonunda enerji təhlükəsizliyi məsələsindəki olmazsa olmaza çevrilən əhəmiyyətindən yararlanmaq baxımından olduqca önəmli idi.
Nəzərə alsaq ki, ABŞ lideri Co Bayden də Prezident İlham Əliyevə ünvanladığı son məktublarda Bakının sülh istiqamətində atdığı addımları və enerji təhülksəziliyi sahəsindəki fəaliyyətindən məmnunluğunu gizlətməyib, bu o deməkdir ki, rəsmi Vaşinqton son illər ərzində Azərbaycana qarşı mövqeyini kəskin surətdə dəyişib.

Vaşinqtonun Bakıya marağının artmasının bir neçə səbəbi var:
◾️Azərbaycan 44 günlük müharibə nəticəsində Cənubi Qafqazda geosiyasi reallıqları əsaslı surətdə dəyişdi
◾️ Azərbaycan NATO-nun aparıcı ölkələrindən olan Türkiyə ilə münasibətlərini ittifaq səviyyəsinə qədər yüksəltdi
◾️Ağ Ev başa düşür ki, Avropa İttifaqının Rusiya qazından birbaşa və ya tədricən imtinası mümkün deyil. Buna görə də, alternativ ölkələrə ehtiyac var. Hazırda bir neçə ölkənin adı çəkilsə də Vaşinqton üçün ən məqbul ölkə məhz Azərbaycandır.
Azərbaycan Rusiya ilə Qərb arasındakı soyuq savaşın heç bir tərəfində yer almır. Bakının istənilən prosesdə artıq öz maraqları var. Azərbaycan son diplomatik gedişləri ilə Rusiyaya üçtərəfli razılaşmaların sürətli icrasının sözdən əmələ keçməsinin vaxtının çatdığını, əks təqdirdə alternativin olduğunu izah etməyə çalışır./Milli.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar