Xəbər lenti
Rusiya atdığı raketlərə görə Xəzəryanı ölkələrdən icazə almır
Politoloq: “Bütün bunlar Xəzəryanı ölkələrə ”xox" gəlmək məqsədi daşıyır"
Rusiya növbəti dəfə Xəzərdən Ukraynaya raket atıb. Bu barədə Ukrayna tərəfi məlumat versə də, Rusiya Müdafiə Nazirliyi hər hansı açıqlama verməyib. Yada salaq ki, müharibə başlayandan bəri Ukrayna tərəfi ikinci dəfədir ki, ölkənin Xəzərdən vurulduğunu iddia edir. Bundan əvvəl, daha konkretləşdirsək, mayın 3-də Ukrayna Hərbi Hava Qüvvələri Rusiya hərbçilərinin Dnepropetrovsk, Kirovqrad, Lvov, Zakarpatye, Kiyev regionundakı infrastrukturlara 20 raket atdıqlarını bildiriblər. Rusiyanın Xəzərdən Suriya müharibəsi vaxtı bu ölkəyə də raket atdığı məlumdur.Xəzərin hüquqi statusu ilə bağlı 2018-ci ildən imzalanmış konvensiyada bu barədə bəzi maddələr var. Məsələn, Xəzər regionunda təhlükəsizlik və sabitliyin təmin edilməsi; Xəzər dənizində tərəflərin sabit silahlanma balansının təmin edilməsi, hərbi quruculuğun bütün tərəflərin maraqlarının nəzərə alınması, bir-birinin təhlükəsizliyinə xələl yetirilməməsi; hərbi fəaliyyət sahəsində razılaşdırılmış etimad tədbirlərinə regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi və sairə...
O zaman da haqlı suallar ortaya çıxır: Rusiyanın bu həmlələri Xəzər hövzəsi ölkələri ilə razılaşdırılırmı? Bu, Xəzərin silahsızlaşdırılması barədə götürülən öhdəliyin pozulmasıdırmı? Rusiya bu həmləsi ilə digər Xəzəryanı ölkələrin təhlükəsizliyini risk altına qoyurmu?
"M5 Müdafiə və Strategiya" jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Alp Arslan İmamqulu risk faktorlarının olmasından söz açdı: “Rusiyanın Xəzər dənizində mövcud olan hərbi donanması üzərindən uzaqmənzilli raket sistemlərini tətbiq etməsi bilinən faktdır. Amma Xəzəryanı dövlətlərin bu mövzuya həssas yanaşmaması o demək deyil ki, risk faktoru yoxdur. İstənilən halda, hər bir dövlətin müdafiə olunma haqqı olduğu üçün Xəzəryanı dövlətlərin ortaq istifadəsinə aid bölgədə mövcud olan Rusiya hərbi donanmasına qarşı raket zərbələrinin endirilməsi bizim də təhlükəsizliyimiz üçün önəmlidir. Bu səbəbdən Xəzər dənizində mövcud olan donanmaların silahlandırılması və istifadəsi mütləqdir ki, razılaşdırılmış normativlər əsasında həyata keçirilməlidir”.
Qabil Hüseynli
Sabiq dövlət müşaviri Qabil Hüseynli burada qorxutma niyyətini daha çox görür: “Bu, həddindən artıq böyük həyasızlıq, yaramazlıqdır. Rusiya dünyaya meydan oxuyur. Makron yalvarmış kimi deyir ki, elə hərəkətlər edin ki, Rusiyanın xətrinə dəyməsin, onu incitməsin. Bu vəhşi gücün xətrinə dəyəndə bir daha göründü ki, nələr edir, haradan haranı vurur. Kreml üçün ”qırmızı xətt" yoxdur. Beynəlxalq hüquqda pozmadığı müddəa qalmayıb. Xəzərin statusuna dair imzalanmış ikitərəfli müqavilədə, memorandumda Xəzərin təhlükəsizliyi məsələsi də nəzərdə tutulur. Rusiya bu addımları ilə razılaşmaları ciddi surətdə pozur. Niyə atdığı raketləri Baltik dənizindən atmır? Oradan daha yaxın məsafə deyilmi? Ukraynanı həmin istiqamətdən vurmaq daha asandır. Bir sözlə, Xəzər dənizini platsdarm kimi seçib. Bütün bunlar Xəzəryanı ölkələrə “xox” gəlmək xarakteri daşıyır. Ümumiyyətlə, Rusiyanın hərəkətlərinə hər cür qiymət vermək olar. Ukrayna ordusu qarşısında zəlil duruma düşməsinə baxmayaraq, yenə də ədabazlığından əl çəkmir. Başqa xalqlara “xox” gəlməyə davam edir. Düşünürəm ki, Xəzəryanı ölkələr bunu etiraf etməlidirlər. Xəzər təkcə Rusiyanın dənizi deyil. Statusunda Xəzərin əmin-amanlığı, dincliyi, təhlükəsizliyi məsələləri yer alır. İndi Kreml Xəzəri daha təhlükəli bir dənizə çevirməyə çalışır. Onun ətrafında olan xalqları belə yollarla qorxutmaq istəyirlər. Rusiya odla oynayırmış kimi davranır. Bununla sanki kimlərəsə dərs verdiyini göstərir. Hesab edirəm ki, Rusiya-Ukrayna müharibəsində Ukrayna sürətlə qalib gələndən, ərazi bütövlüyünü təmin edəndən sonra rəsmi Moskva hər şeyi yaxşı başa düşəcək. Xəzərdən istifadə niyyətindən əl çəkib, incə hərəkətlər etmək məcburiyyətində qalacaq".
Q.Hüseynli bir məsələyə çox təəssüflənir: “Çox təəssüflər olsun ki, hazırda Ukraynanın əlində Rusiyanın Xəzər üzərindən istifadə etdiyi silahlar yoxdur, yəni uzaqmənzilli raketləri deyirəm. Amma nə olsa da, Ukraynanın bunu edəcəyinə heç vaxt inanmaram. Ukrayna Moskvada Qırmızı meydana raket atar, amma qardaş ölkələrə, ona əziz olan dövlətlərə atəş açmaz. Ümid edirik ki, Ukraynaya Avropadan hədəfi dəqiqliklə vuran raketlər veriləcək və hədəf kimi də Moskva seçiləcək”.musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar