Xəbər lenti
Paşinyanın əlinə FÜRSƏT DÜŞÜB - Rusiya Qarabağ məsələsini xeyrinə çözmək istəyir?
"Ermənistandan ictimai-siyasi vəziyyət kifayət qədər gərgindir və dərin siyasi böhran getdikcə inkişaf etməkdədir. Eyni zamanda qeyd edək ki, hər gün İrəvanın əsas küçə və prospektlərində nümayişlər keçirilir, yürüşlər olur. Yürüşlərdə faşist simvolikasından geniş şəkildə istifadə olunur. Fakerlərlə və ya telefonun işıqları ilə yürüşlər əsasən Fransa meydanından başlayır və Ermənistanın dövlət idarəetmə aparatının müxtəlif binalarına doğru genişlənir".
Manevr.az xəbər verir ki, bunu milli.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.
O bildirib ki, Paşinyanın müraciəti əsasında KTMT qüvvələrinin Ermənistana cəlb olunması ssenarisi getdikcə aktuallaşmaqdadır:
"Son dövrlər polislə etirazçılar arasında çaxnaşmalar, toqquşmalar olur və burada kəsici, deşici alətlərdən istifadə etməklə polisə qarşı zor faktları qeydə alınır. Ona görə də bu xüsusdə maraqlıdır ki, Qərbin insan hüquq və azadlıqları ilə məşğul olan beynəlxalq Qeyri Hökümət Təşkilatlatı əldə olan faktlara qarşı susqunluq nümayiş etdirirlər, səslərini çıxartmırlar. İkili standarlar siyasətindən çıxış edərək qərəzli mövqe ortaya qoyurlar.
Eyni zamanda son dövrlər Rusiya ilə Ermənistan arasında keçirilmiş görüşlərdə KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) sahəsində əməkdaşlığın daha da dərinləşməsi istiqamətində xüsusi vurğular edilir. Bu da təsadüfi deyil: bəzi analitiklər Ermənistanda mitinqlər geniş vüsət alarsa, hazırda KTMT-yə sədrlik edən Nikol Paşinyanın müraciəti əsasında KTMT qüvvələrinin Ermənistana cəlb olunması ssenarisi getdikcə aktuallaşmaqdadır.
Ermənistan üzərində qlobal mübarizənin getdiyini müşahidə edirik. 2018-ci ildə Sorosçuların yetirməsi olan Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra Ermənistan Qərblə Rusiya ziddiyətlərinin bir məkanına çevrildi. Ermənistanın hazırki siyasətini yürüdən iqtidar qlobal proseslərə qarşı da çıxır. Çünkü Zəngəzur dəhlizinin açılması, iqtisadi nəqliyyat əlaqələrinin bərpa olunması, regionun qitisadi canlanması ilə bağlı təşəbbüslərin üzərindən də Ermənistan xətt çəkməkdə maraqlıdır və Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə bağlı bütün təşəbbüsləri geri çevirir. Ən azından Ermənistanın davranışlarından bu hiss olunur.
Lakin Qazaxıstan ssenarisi üzrə KTMT-nin Ermənistana cəlb olunması istiqamətində ekspertlər fikirlər söyləməkdədirlər. İlk növbədə onu deyə bilərik ki, iştirakçıların sayı o qədər deyil ki, Ermənistan dövləti və dövlətçiliyi üçün bir təhlükə olsun. Digər tərəfdən KTMT yalnız üzv dövlətlərə qarşı hər hansısa müdaxilə, hərbi təcavüz olarsa, onda nizamnamənin 4-cü maddəsinə uyğun olaraq fəaliyyət təşkil olunmalıdır.
Qazaxıstanda nümayişçilərin sayı kifayət qədər çox idi və dövlət idarəçiliyində ikitirəlik mövcud idi. Tokayevlə Elbası arasında sonrakı dövrdə baş verən prosesləri biz açıq-aydın şəkildə görürük. Ermənistanda isə vəziyyət fərqlidir. Lakin bu vəziyyətdən istifadə etmək istəyində olan qüvvələr də var. Ona görə də hazırki siyasi iqtidarın daxili ictimai siyasi vəziyyətdə böyük çətinlik yaşadığını da demək olmaz. Çünkü Paşinyanın əlində istənilən qədər "rıçaq"lar var ki, onları meydanlardan rahatlıqla qovsun.
Polisin güc tətbiq etməsindən tutmuş, nümayişçilərdə xalqı küçələrə çağıran deputatların üzürsüz səbəbdən parlament iclaslarını buraxdıqlarına görə mandatdan məhrum olmalarına qədər Paşinyanın əlində fürsətlər var. Ona görə də hazırki durumda KTMT-nin Ermənistana cəlb olunması yalnız siyasi kanyukturdan irəli gələn addımlarla müşahidə oluna bilər".
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar