Sizin Reklam Burada
Xəbər lenti
24-12-2024
23-12-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya Qarabağdan da qoşununu çıxarır? - Türkiyə prosesə ƏL QOYDU

Tarix: 31-05-2022 19:55     Baxış: 4322 A- / A+


3 həftə əvvəl dünyanın faşizm üzərində qələbə qazandığı gün idi. Bu qələbə bir dövlətin və ya bir millətin deyil, böyüklü-kiçikli bütün ölkələrin şər, irqçilik, şovinizm, faşizm, hegemonluq və insanlığa qarşı başqa cinayətlər üzərində qələbəsinin növbəti ildönümü sayılır. Lakin bir yanda bu qələbəni qeyd edən Rusiya var idisə, digər yanda da eyni ssenarini eyni vaxtda Ukraynaya yaşadan bir Rusiyanı görmək mümkündür.
Rusiyanın 2022-ci il fevralın 24-dən Ukraynaya qarşı başlatdığı bu savaşı hibrid müharibə də adlandıranlar var. Ancaq geridə qalan üç aya diqqət yetirdikdə anlamaq olur ki, bu, artıq o səviyyəni aşıb. Müharibənin miqyası sosial-iqtisadi baxımdan dayanmadan genişlənir, bundan əziyyət çəkən dövlətlər, xalqlar da sürətlə artır. Bu proseslər isə bir-birinə zəncirvari bağlıdır.

Rusiya-Ukrayna müharibəsinin savaşın ilk günlərində üçüncü dünya müharibəsinin başlamasına səbəb olacağı ilə bağlı ehtimallar nə qədər yüksək idisə, bu gün həmin ehtimallar demək olar ki, sıfıra bərabərdir. 
Rusiya-Ukrayna savaşı zamanı bir maraqlı detal xüsusilə diqqət çəkdi: ABŞ və Qərb dövlətləri İkinci Dünya müharibəsindən sonra ilk dəfədr ki, bir təfərə, indiki şəraitdə Ukraynaya münasibətdə belə həmrəylik nümayiş etdirirlər. Almaniyanın Raynştayn şəhərində ABŞ-ın hərbi bazasında keçirilən tədbir (Həmin toplantının nəticəsi olaraq, Ukraynaya hərbi yardım məqsədilə 5 milyard dollar toplandı. Bu yığıncaqda ABŞ, Avropa İttifaqına üzv ölkələr, Böyük Britaniya və başqa dövlətlərin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları birmənalı olaraq, Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını pisləyiblər - red) də bunun təsdiqidir.
Proseslər bir məsələni də çox aydın şəkildə göstərir ki, Ukraynanın ərazi bütövlüyü və suverenliyini müdafiə edənlərin sayı çoxdur. Daha konkretləşdirsək, bu müharibədə heç bir dövlət Rusiyaya haqq qazandırmır, onun müdafiəsinə qalxmağa risk belə etmir. Anlayır ki, "işğalçılığa dəstək" damğası daşıyaraq əvvəl-axır bunun acısını hiss edə bilər.
Lakin bu gün tətbiq edilən misilsiz sanksiyalar fonunda ayaqda qalmağı bacaran, müharibəsini davam etdirərək, Ukraynada daha bir neçə önəmli strateji məntəqələri və şəhərləri nəzarətə götürən Rusiya ilə burun-buruna gəlməkdən çəkinən "G-7" dövlətlərindən bəzilərinin artıq geri addım atmaq niyyəti də aşkardır. 

Bu mənada Almaniya kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makronun fəallığı xüsusilə diqqət çəkməyə başlayır. Almaniya kanslerinin Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makronla 90 dəqiqə çəkən son telefon danışığı da bunu deməyə əsas verir. Təmaslar artır, müharibənin dayandırılması istiqamətində cəhdlərin sayı çoxalır.
Dünənə kimi Rusiyanı sıxışdırıb, parçalamaq, imunnitetini zəiflətmək üçün blok yaratmaq təşəbbüsündə ön sırada yer alan dövlətlərin bugünkü təşəbbüsü təzaddan başqa bir şey deyil. 
Rusiya ilə Qərb arasında ziddiyyətlərin zirvəsi adlandırılan Ukraynadakı müharibə bir çox dövlətlər üçün ciddi sınaq meydanı oldu desəm, yanılmaram. Yəni ABŞ, Böyük Britaniya, Almaniya və Fransa açıq şəkildə Rusiyaya qarşı müharibə başlamaq istəmədiyi və bu səbəbdən də Ukrayna variantı ilə müharibə aparmaq yolunu seçdiyi artıq çoxlarına məlumdur. Çünki onların indiki vəziyyətdə bir-birinə qarşı başqa şəkildə savaşmaq niyyəti yoxdur. 
Buna indiki situasiyada başqa ad da vermək olar: Dünya artıq Rusiyaya uduzmağa başlayıb. Çoxsaylı sanksiyaların nəticəsi olaraq Rusiyanın çökəcəyini gözləyən Qərb, bunu bacarmayacağını anlayır. Hazırda Rusiya bir tərəfdən dünyanın taxıl ehtiyacının 20 %-ni təmin edən Ukrayna gəmilərinin qarşısını kəsərək Qərbi geri addım atmağa, Moskva ilə barışmağa vadar edir. 

Gözlənilənlərin əksi olaraq sanksiyalarla dalana dirənəcəyi gözlənilən Rusiya isə əskinə olaraq Ukraynada yeni şəhər və qəsəbələri işğal etməyə çalışır. Əsas qüvvələrini Ukraynanın strateji Mariupol şəhərini işğal etdikdən sonra Severodonetsk şəhəri ətrafında cəmləşdirən Rusiya Ukraynanın rəsmi olaraq məğlubiyyətini elan etməyənə kimi dayanacağı inandırıcı görünmür. 
Rusiyanın Ukrayna ilə yanaşı daha iki istiqamətdə - Suriya və Qarabağda hərbi varlığını davam etdirməsinin çətinləşdiyi isə sirr deyil. 
Kreml seçim edərkən Suriyadakı hərbi varlığını minimuma endirmək qərarına gəlməsi faktı da Kremlin Ukraynada apardığı işğalçı müharibənin Rusiyanın hərbi və müharibəyə xərclənən maliyyə resurslarının tükəndirdiyinin carçısıdır. Elə bu səbəbdən də indiki situasiyada Kreml Ukrayna cəbhəsini Rusiya baxımından daha önəmli hesab edir, anlayır ki, bu, Rusiyanın sabahını müəyyənləşdirən savaşdır.

Moskvanın Suriyadan diqqətlərini Şərqi Avropada cəmləşdirmək planı Türkiyənin Yaxın Şərqdə mövqelərini gücləndirmək üçün yeni imkanlar açır. Kreml Türkiyənin Suriyada PKK və onun törəmələrinə qarşı mübarizəsinə əngəl olmaq istəmir. Bunun qarşılığında Qərbin Rusiyaya qarşı sərtləşən sanksiyaları fonunda Putinin Türkiyə ilə sıx münasibətlərə əvvəlkindən daha çox ehtiyacı var. Nəzərə alsaq ki, Finlandiya və İsveçin alyansa (NATO) potensial üzvlüyü ilə bağlı narahatlığı məsələsində Ankara ilə Moskvanın mövqeyi eynilik təşkil edir, o zaman vəziyyət Qərbin əksinə cərəyan edir deyə bilərik. 
Lakin müharibənin davamı Rusiyanı daha bir seçim qarşısında qoya bilər. Bu seçim isə Rusiyanın 2020-ci il 10 noyabr üçtərəfli bəyanatı ilə Qarabağa gətirdiyi müvəqqəti sülhməramlı qüvvələri ilə bağlıdır. Müharibənin bir az da uzanacağı təqdirdə biz Suriyadan olduğu kimi Qarabağdakı rus qoşunlarının bu ərazidən 5 ilin tamamını gözləmədən Ukrayna cəbhəsinə istiqamətləndirilməsinin şahidi ola bilərik. 
Çox güman ki, Bakı və Ankara hazırda bu istiqamətdə müəyyən proseslərin icrası ilə paralel şəkildə addımlamaq qərtarı alıb. Bu məsələnin həllində də Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın rolunun olacağı şübhə doğurmur.  Rusiyanın Suriyanı tədricən tərk etməsinin eynisinin Qarabağda həyata keçirilməsi imkanlarının Ərdoğanın "TEKNOFEST" festivalı çərçivəsində Bakı səfəri zamanı müzakirə edildiyi də istisna edilmir.
Rusiya-Türkiyə, Rusiya-Azərbaycan arasındakı son diplomatik təmaslar və səsləndirilən bəyanatlar da proseslərin Bakı üçün müsbət məcrada cərəyan etdiyindən xəbər verir.

Bu gün Putinlə İlham Əliyev arasında telefon danışığı zamanı tərəflərin Qarabağla bağlı sazişlərin icrası və ticarət-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etməsi diqqət çəkib. Kremldən telefon danışığının təfərrüatı ilə bağlı qeyd edilib ki, Putin və İlham Əliyev Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığı daha da dərinləşdirmək niyyətlərini təsdiqləyiblər. Bunun Moskvadan səsləndirilməsi və iki ölkə arasında 23 fevralda imzalanan müttəfiqlik haqqında bəyannamənin tərkib hissəsi olaraq strateji tərəfdaşlığı daha da dərinləşdirmək haqda razılıq Rusiya ilə Azərbaycanın yaxın zamanlarda qeyri-müəyyən qalan müəyyən məsələlərdə ortaq məxrəcə gələcəyi gözlənilir.
Əslində Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlunun "Biz Rusiyaya qarşı sanksiyalara qoşulmayacağıq" açıqlamasının da müəyyən mənada bu təmasların Bakı və Ankaranın planlaşdırdığı şəkildə cərəyan etməsi məqsədilə düşünülmüş bir bəyanat olduğunu düşünmək olar. 
Nəzərə alsaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun iyunun 8-də hərbi nümayəndə heyəti ilə birlikdə səfəri gözlənilir, o zaman bu səfər çərçivəsində tək "Qara dənizdə təhlükəsizlik dəhlizinin açılması və taxıl daşınmasının müzakirəsi" planlaşdırılmır, eyni zamanda Bakıda Ərdoğan və Əliyev arasında qərar gəlinən məsələlərdə gündəlikdə yer alacaq.
Ümumiyyətlə, son zamanlar Türkiyə və Azərbaycanın Rusiya-Ukrayna müharibəsi və ümumilikdə beynəlxalq siyasi sistemdə gedən transformasiyalara təmkinli yanaşdığını görürük. Bu birgə addımlar Bakı və Ankaranın məqsədinə daha sürətli və effektli çatmasına yardım edəcək kimi görünür. Necə ki, biz bunun 44 günlük müharibə zamanı şahidi olduq./Milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar