Xəbər lenti
Nikol Azərbaycana niyə diversiya qrupu göndərdi?
Brüssel və Paşinyan-Putin görüşündə sərhədin delimitasiyası ilə bağlı eyni mövqe sərgiləndi: Qərb masasında birgə komissiyanın aprel ayının sonuna kimi yaradılması razılaşdırıldı, Rusiyada prosesin tezləşdirilməsi məsələsi ön planda idi.
Qərb və Rusiyanın “vasitəçilik” üzərində yarışı müşahidə olunsa da, hər iki tərəfdən çıxacaq nəticə İrəvanın istəyinə uyğun deyil. İstisna deyil ki, sərhədin delimitasiyası Rusiyada mövcud olan xəritələr əsasında və Avropa İttifaqının dəstəyi ilə həyata keçiriləcək. İki məqam bu ehtimalı gücləndirir:
Birincisi, Brüssel razılaşmasında 26 noyabr Soçi bəyanatına – Rusiyanın vasitəçiliyinə istinad edilir;
İkincisi, Şarl Mişelin Putinə zənginə dair məlumatda tərəflərin üçtərəfli bəyanatların icrasını müzakirə etdiyi qeyd olunur: Mişel və Putinin sərhəd məsələsinin birgə həllinə razılaşdığı mümkündür; ardınca Mişelin Paşinyan və Əliyevə zəng etməsi, Bakının sülh sazişi və sərhədlə bağlı komissiyanın tərkibini müəyyənləşdirməsi də ortaq fikrin olduğu versiyasını önə çıxarır.
Rəsmi İrəvan isə sərhədlə bağlı “güzgü prinsipi”nin tətbiq edilməsini və SSRİ dağılanda mövcud olan xətlər üzrə müəyyənləşməsini istəyir: bu, Azərbaycan Ordusunun müharibədən sonra çıxdığı sərhəd xəttindən geri çəkilməsi və SSRİ dövründə otlaq-əkin sahəsi adı ilə ermənilərə verilən ərazilərin, o cümlədən anklavların Ermənistanda qalması deməkdir.
Bunu Bakının qəbul etməməsi ilə yanaşı, sərhədlə bağlı ilkin razılaşmalara da uyğun deyil. Brüssel və Moskvada prosesin tezləşdirilməsi istəyi də Ermənistanın istəyinin masada olmadığı deməkdir. Brüssel və Moskvadan eyni cavabla İrəvana qayıdan Paşinyan diversiya qrupunu sərhədə göndərməklə razılaşmaları sıfırlamaq, ən azı istəklərinin nəzərə alınması vəziyyətini yaratmaq istəyir.
Burada diqqətçəkən əsas məqamalardan biri erməni diversiya qrupunun keçməyə çalışdığı sərhəd xəttinə Rusiya sərhədçilərinin nəzarət etməsidir. Və bu, o versiyanı önə çıxarır ki, təxribata şəraiti Rusiya sərhədçiləri yaradıb, bununla Moskva Brüssel razılaşmasını pozmağa, öz vasitəçiliyinin önə çıxmasına çalışır. Hərçənd, yuxarıda qeyd etdiyimiz məqamlar – Brüsseldə sərhəd razılaşmasının Soçi bəyanatına əsaslanması, Mişellə Putinin müzakirələri bu ehtimala dair suallar yaradır. O da istisna deyil ki, Ermənistanın Rusiya sərhədçilərinin nəzarət etdiyi xətdən diversiya cəhdi Bakı və Moskvanı üz-üzə qoymaq, bununla istəklərinə Rusiyadan dəstək əldə etmək, yaxud ən azı iki masadan birində vəziyyəti dəyişdirmək gedişidir. Diversiya cəhdinin Paşinyanın ən çox gündəmə gətirdiyi Kəlbəcər istiqamətində yox, məhz Zəngilan istiqamətində edilməsi də diqqəti bu amilə yönəldir.
Sərhəddə təxribatların davam edəcəyi gözləniləndir.
Asif Nərimanlı
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar