Sizin Reklam Burada
Xəbər lenti
25-12-2024
24-12-2024
BÜTÜN XƏBƏRLƏR

Cənubi Qafqazı qarışdırmaq istəyirlər, Putinin məqsədi... - DETALLAR

Tarix: 20-04-2022 18:13     Baxış: 4220 A- / A+

Nikol Paşinyanın İlham Əliyevlə Brüssel görüşündən sonra səsləndirdiyi bəyanatlar görünür, Rusiyanı narahat edib və Ermənistan rəhbərini Moskvaya çağırıb. Əvvəlcə bildirilmişdi ki, Nikol Paşinyan Moskvaya bir günlük təcili səfər edir. Ancaq sonradan səfər günü uzandı. Bu görüşdən belə qənaətə gəlmək olur ki, Kreml yenə də ortalığı qarışdırmaq istəyir. Əvvəl Rusiya Xarici İşlər naziri Sergey Lavrov Əliyev-Paşinyan görüşünü fərqli cür şərh etdi, indi də Vladimir Putin ortadadır. 
Manevr.az xəbər verir ki, bu fikirləri publika.az-a politoloq Qabil Hüseynli Vladimir Putinlə Nikol Paşinyanın görüşünü şərh edərkən bildirib.
Q.Hüseynli əlavə edib ki, Moskvada bir sıra sənədlərin imzalanması ilə bağlı məlumatlar var və görünür ki, Rusiya bölgədəki prosesləri sanki hüquqi zəmin üzərinə qoyurmuş kimi müxtəlif müqavilələr imzalamaqla danışıqları prosesinin xeyli irəlilədiyini nəzərə almaq istəmir: “Kreml Avropa İttifaqını danışıqlar meydanından çıxarmaq istəyir. Nikol Paşinyan İrəvanda olarkən bir sıra açıqlamalar verdi, müharibənin aparılmasına, gedişinə dair və Qarabağ haqqında fikirlər səsləndirdi və qeyd etdi ki, Qarabağ Azərbaycan Konstitusiyasına uyğun təmsil olunmalıdır. Bir sözlə, sanki hər şey yerini tutmuş kimi görünürdü. Amma görünür, bütün bunlar Rusiyanı qane etmir və Kreml prosesləri tamamilə öz nəzarətləri altında saxlamağa çalışır. Rusiyanın fikrindən hər şey keçə bilər, amma bunu həyata keçirə bilərmi, ya yox sualına cavab vermək o qədər də asan deyil. Rusiya artıq bir neçə il bundan əvvəl təsəvvür etdiyimiz Rusiya deyil. Ukraynada müharibə ilə əlaqədar Rusiyanın bir sıra ciddi problemləri meydana çıxır və onu az qala regional dövlət səviyyəsinə endirib. Tətbiq edilən sanksiyalar da ölkənin sütunlarını dağıtmağa davam edir, müharibədə isə hər gün ağır zərbələr alır. Belə olan təqdirdə Rusiyanın Türkiyə və Azərbaycan birliyinə müdaxilə edəcəyini gözləmək ağlabatan görünmür. Üstəlik, Rusiya Ermənistanla imzaladığı sənədləri, Strateji Müttəfiqlik Haqqında müqaviləni 2 ay bundan əvvəl Azərbaycanla da imzalayıb. Hər şey qeyri-ciddi görünür və belə şeyin ictimai şüurda, beynəlxalq  münasibətlərdə təsir buraxacağını söyləmək o qədər də asan deyil”.Politoloq qeyd edib ki, Moskvaya getməzdən əvvəl sülhyaratma prosesi haqqında nikbin rəylər söyləyib prosesin normal zəmində olduğunu deyən Nikol Paşinyanın İrəvana qayıtdıqdan sonra nələri danışacağı və Moskvada söylədiklərini necə əsaslandırmağa çalışacağıqı çox maraqlıdır: “Bir sözlə, kimlərsə Cənubi Qafqazı qarışdırmaq istəyir. Ancaq nə Türkiyə, nə də Azərbaycan buna heç vaxt imkan verməyəcək”. 
İndi əsas məsələlərdən biri də Putin-Paşinyan görüşündə “sərhədin müəyyən edilməsi üzrə birgə komissiyanın yaradılmasının sürətləndirilməsi” dedikdə hansı müddətin nəzərdə tutulmasıdır. 
Qabil Hüseynlinin sözlərinə görə, belə bir komissiyanın yaradılması ilə bağlı artıq ilkin razılıq var idi və bu ilin ortalarına qədər bir çox məsələləri - həm sərhədlərin delimitasiyasını, kommunikasiyaların açılmasını, həm də sülh sazişi işini başa çatdırmaq fikrində idilər.
Politoloq əlavə edib ki, Hər iki ölkə rəhbərlərinin görüşü ilə bağlı rəsmi məlumatda 10 noyabr bəyanatının icrası ilə bağlı vurğulanır ki, razılaşma ardıcıl həyata keçirilməlidir: “Rusiya bunun  tərəfdarı olduğunu bəyan edir. İndiyə qədər bütün müzakirələrdə və ümumi bəyanatlarda 10 noyabr bəyanatı haqda yalnız bu qeyd bildirilib, lakin heç bir irəliləyiş yoxdur. Ona görə yoxdur ki, bu, Rusiyanın səhvi ucbatındandır, Rusiya sülhməramlılarının bölgədə tərəf tutması və ermənilərin yanında durması ucbatındandır. Bir sözlə, Moskvanın bu proseslərə nəzarət etməməsi səbəbindən heç bir irəliləyiş yoxdur”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar