Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Vaxtsız ölümlərin açarı olan MASKALAR: "Bundan imtina edilməsə..." - Professordan həyəcan TƏBİLİ

Tarix: 28-03-2022 12:46     Baxış: 4259 A- / A+


Vaxtsız ölümlərin açarı olan MASKALAR:
Artıq dünyanın bir sıra ölkələrində koronavirusla bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırılır. Bunlardan biri də maskalarla bağlıdır. Bəzi ölkələr yalnız açıq havada maska tələbini ləğv etsə də, bəziləri həm də bunu qapalı məkanlara şamil edib. Məsələn, bu gündən etibarən Polşada maska rejimi yalnız tibb müəssisələrində qüvvədə qalacaq.
Manevr.az-ın məlumatına görə, bununla bağlı tibb elmləri doktoru Musa Qəniyev bildirib ki, maska taxmaq COVID-19-dan qorunmaya, nəinki tam zəmanət vermir, əksinə, virusun göz alması və çənəaltı nahiyyədə yüksək qatılıqda toplanmasına, potensial viral aktivlik və lokal sahədə virus yükünün kəskin yüksəlməsinə səbəb olur:
"Maskadan uzunmüddətli istifadə diskоmfort, emosional stress, dəri səthinin zədələnməsi, dermatit, piy vəzlərinin iltihabı, irinli prişiklərin əmələ gəlməsi və bir çox xroniki xəstəliklərin kəskinləşməsinə səbəb olur. Digər tərəfdən, maskadan uzunmüddətli istifadə orqan və sistemlərdə oksigen aclığına şərait yaradır. Bu hal, xüsusən onkoloji xəstələr, aterosklerozlu şəxslər, eləcə də yaşla bağlı degenerativ gedişli baş beyin patologiyası olan və ya buna meyilli şəxslərdə, məlum xəstəliklərin kəskinləşməsində əsas risk faktoru sayılır. Eyni maskadan əksər hallarda təkrar istifadə edilir. Birdəfəlik maskadan hətta spirtləyib təkrar istifadə etdikdə belə, infeksiyaya yoluxma riski maska taxmamaqla müqayisədə bir neçə dəfə yüksək olur”.
Professor qeyd edib ki, COVID-19-a yoluxan şəxslərin maska taxması xaricə qovulan virus yükünü süstləşdirdiyi və əks istiqamətli hərəkətinə səbəb olduğu üçün, infeksiyanın proqnozuna münasibətdə çox arzuolunmaz hal sayılır:
"Koronaviruslu xəstə "özünü təcrid” rejiminə keçibsə, digərlərini yoluxdurmaq qorxusu yoxdursa, onun daimi maska taxması əks göstərişdir. Maska taxılan zaman virusun xaric olmasına maneə yarandığından, burunun selikli qişasında virusun konsentrasiyası artır. Bu da qoxu siniri vasitəsilə baş beyinə transformasiya olunan virus yukünü kəskin artırdığından, qoxu soğanağı sahəsində ikincili "virus ocağı” yaratmaqla, çox ciddi və ağır baş beyin patologiyalarının meydana çıxmasına səbəb ola bilər.
Maskanı yalnız kəskin "qrippoz” əlaməti - öskürək, asqıraq və s. olan şəxslər, bu əlamətlərin yalnız davam etdiyi müddətdə taxmalıdır. Azərbaycanda da maska, vaksin pasportu, buster doza kimi məhdudiyyət və zərurətlər aradan qaldırılmalıdır. Düz 5 aydan sonra, yəni növbəti payız aylarında viral infeksiyaların kəskin artımı baş verəcək. Fəsad və vaxtsız ölümləri görmək istəmiriksə, buna mütləq əməl olunmalıdır”./sfera.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar