Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Virus geyimlərinizdə, saçlarınızda qalıb sizə keçə bilər"

Tarix: 07-02-2022 12:21     Baxış: 3231 A- / A+
"Virus geyimlərinizdə, saçlarınızda qalıb sizə keçə bilər"

Koronavirusun “Omicron” variantı sürətlə bütün dünyada yayılır. Aparaılan araşdırmalarla “omicronun” adi soyuqdəyməyə bənzəyən əlamətlərlə özünü göstərdiyi müəyyən edilib. Baş ağrısı, burun axıntısı və halsızlıq “omicronun” əlaməti ola bilər. “Omicronun” yayılmasının qarşısını almaq üçün yol isə, peyvəndləmə və buster dozadır.

Manevr.az-ın məlumatına görə həkim Məlahət Abbasova bizimyol.info saytına müsahibəsində bildirib ki, “omicron” qrip əlamətləri ilə özünü göstərir, amma qripdən fərqli olaraq sürətlə yayılır. “Pandemiyanın xəstəlik siyahımıza qatdığı “Omicron”-nun əlamətləri arasında quru öskürək, yüksək hərarət, gecə tərləmələri, bədəndə ağrılar, həddən artıq halsızlıq daha çox müşahidə edilir. Çox zaman xəstələr dad və qoxu qabiliyyətini itirmirlər. Səs itir və uzun müddət bərpa olunmur”.
Mütəxəssisin fikrincə “omicron”, “delta” virusundan daha sürətli yayılır və təəssüf olsun ki, nüfuzedici qabiliyyəti də güclüdür. Yəni maska taxıb, sosial məsafə saxlasınz belə, xəstə insanlar yanınızdan keçdiyi zaman öskürsə, asqırsa, virus sizin üzərinizdə qala bilər.
“Evdə heç kim maska taxmır. Virus geyimlərinizdə, saçlarınızda qalıb sizə keçə bilər. Maskaya gəldikdə isə, xəstələrin maska taxması daha önəımlidir. Əgər xəstə insan maska taxmadan gəzirsə, digərləri maska taxsa belə yayılacaq.
Mütəxəssislərin fikrincə, “omicron” variantının içində 32 fərqli mutasiya mövcuddur. Elm adamları bu variantı daha təhlükəli hesab edir. Boğazda ağrı, baş ağrsı, yorğunluq, asqırma, burun axıntısı müşahidə edirsinizsə, siz “omicrona” yoluxmuş ola bilərsiniz. Xəstəliyi yaymamaq üçün evdə qalmalı, “qripəm keçib gedəcək” deyib xəstəliyi önəmsiz hesab etməməlisiniz.
“Omicron” variantı dəri üzərində özünü göstərir. Belə ki, virusa yoluxduğunuz zaman dəridə qaşınma, qabarma, qırmızılıq və s. müşahidə edilir. Bu əlamətlər diz, dirsək və ayaqlarda görülə bilər. Həkimin fikrincə, “omicron”-a yoluxmuş uşaqlarda bu əlamətlər daha çox müşahidə edilir.
“Sadalanan əlamətlər sizdə varsa, öncə test verin. Daha sonra özünü müalicəyə başlayın. Vitaminlər, vitaminlə zəngin qidalar və bol maye qəbul edin. Müşahidə edilən hər əlamətə görə dərmanlar qəbul edin. Ancaq dərmanları həkiminizin təyinatı ilə qəbul edin ki, sizə zərər verməsin. Unutmayın ki, bir xəstəlik üçün faydalı olan dərman başqa orqana zərər verə bilər. Xəstəlik davam etdiyi müddətdə evdən çıxmayın” - deyə həkim bildirib. Onun sözlərinə görə, “omicron”-a yoluxmamaq üçün vaksinasiya çox önəmlidir. Vaksin virusdan müəyyən qədər qoruya bilir. Vaksinasiya edilmiş şəxslər xəstəliyə yoluxduğu zaman yüngül keçirir. Buster dozanı vurdurmayanlar və iki doza ilə kifayətlənənlər bunu nəzərə almalıdır: “Maska taxın, əllərinizi dezinfeksiya edin. Hətta çöldə gəzdiyiniz geyimləri hər dəfəsində ya yuyun, ya da dezinfeksiya edin”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar