Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu, psixoloji məqamlar yarada bilər - Professor

Tarix: 04-02-2022 20:22     Baxış: 3184 A- / A+

Əgər Avropa pandemiyanın sonuna yaxınlaşırsa, Azərbaycan da artıq koronavirus məhdudiyyətlərinin aradan qaldırılmasına başlaya bilər. Bu ayın 1-dən etibarən Danimarka bütün məhdudiyyətləri aradan qaldırıb. Orada “omikron” variantının yayılması yüksək səviyyədə olsa da, COVID-19 infeksiyası bu gün digər respirator infeksiyaların olduğu qədər təhlükə törədə bilər, artığını yox. Keçən həftə ərzində dünyada aşkar olunan yoluxmaların sayı 22 milyona yaxın idi. Ölüm faizi isə insanlar arasında 0,3 faizdir. Bu, qripin ölüm göstəricilərinə bərabərdir. 
Manevr.az xəbər verir ki, bu sözləri pulmonoloq, professor, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin Pulmonologiya kafedrasının müdiri Əlizamin Sadıqov deyib. 
Professor bildirib ki, COVID-19 infeksiyası dünyada nə qədər sürətlə yayılsa və epidemioloji göstəricilər qazansa da, bizim üçün təhlükəli olmayacaq:
“Amerikanın Xəstəliklərə Nəzarət və Profilaktika Komitəsi karantin müddətinin 5 günə endirildiyini açıqladı. Əgər simptomatik deyilsə, vaksin olunmuş insanın izolyasiyasına ehtiyac qalmır. İnsanlarımızı bu məhdudiyyətlərdən uzaqlaşdırmaq lazımdır. Təbii ki, maska taxılması davam edəcək. Bu, təkcə koronavirusun deyil, eyni zamanda digər respirator infeksiyaların yayılmasının qarşısını alır. Bizim üçün ən önəmli məqam bütün əhalinin vaksin olunması və effektiv vaksinlərin alınmasıdır. 
“Sinovac” vaksinin effektivliyi yaxşı öyrənilməyib, daha yaxşı olardı ki, “Pfizer”, “Moderna”, “Oxford”, “AstraZeneca” , “Johnson and Johnson” kimi önəmli vaksinlərə geniş yer verək. Bu vaksinlərdən gələn effektivlik cəmiyyətlər üçün kifayət qədər yüksəkdir. 
Nano texnologiya bu gün xeyli inkişaf edib, target dərmanlar var. Hətta yoluxmuş insanda xəstəliyin gələcəkdə əmələ gəlməsinin qarşısını alan preparatlar mövcuddur. Bu da sevindirici haldır. Biz bu gün cəmiyyət olaraq koronavirus qarşısında aciz deyilik, düşünürəm ki, karantin qaydalarını tamamilə aradan qaldırmaq mümkündür, ən azı bir ilə. 
“Pfizer” ekspertləri elan etdi ki, 2024-cü ilin sonuna qədər dünyada COVID-19 bitməlidir və onlar karantin qaydalarının sərtləşdirilməsinin qəti əleyhinədirlər. Təbii ki, bu, müəyyən mənada insan hüquqlarının məhdudlaşdırılması deməkdir. Bu da aktivliyin azalması ilə yanaşı, psixoloji məqamların yaranmasına səbəb ola bilir. 
Hesab edirəm ki, cəmiyyətimizdə kütləvi immunitet formalaşıb, 5 milyona yaxın insan ikinci dozanı vurdurub. Həm vaksindən, həm də xəstəliyi keçirmiş insanlardan gələn immunitet var. İkisi bir-birini tamamlayaraq kollektiv immunitet yaradıb. 
Bu yaxınlarda Milanda idim, 9-cu Beynəlxalq Ağciyər Sağlamlıq Konfransında iştirak edirdim. Bütövlükdə konfrans COVID-19-a həsr olunmuşdu. Amerikadan, Almaniyadan, Belçikadan, Yunanıstan və İspaniyadan da nümayəndə var idi. Bu ölkə ekspertlərinin tamamilə sakit olduğunu gördüm. Dünyada artıq həyəcan təbili yoxdur, çünki xəstəlik ağır deyil. Artıq immun sistemimiz kifayət qədər qabiliyyətlidir, dəyişmiş və mutasiyaya uğramış formada gələn virusla mübarizə apara bilir”./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar