Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Çox zaman zökəmlə koronavirusu qarışdırırlar"

Tarix: 12-10-2021 19:20     Baxış: 3136 A- / A+
"Çox zaman zökəmlə koronavirusu qarışdırırlar"

Payızın gəlişi ilə xroniki xəstəliklər baş qaldırır. Yəni, kimin nə xəstəliyi varsa bu fəsildə üzə çıxır. Pandemiya fonunda qrip, zökəm və soyuqdəymə xəstələr tərəfindən çaşqınlıqla qarşılanır.

Manevr.az xəbər verir ki, həkim terapevt Məlahət Abbasova bizimyol.info saytına koronavirusla digər xəstəliklərin fərqi və müalicəsi haqqında dnaışıb. Onun sözlərinə görə, xroniki xəstəliklərin baş qaldırması, havanın tempraturunun dəyişməsinə bədənin reaksiyasıdır. Normal, xəstəliyi olmayan insanlar bunu normal qarşılayır. Yəni, sağlam insanlarda cüzi qrip və s. bu kimi xəstəliklər görünür. Xroniki xəstəliyi olanlarda isə hava tempraturu dəyişəndə də xəstəlik oyanır. Əgər şəxsdə yuxarı tənəffüs yollarının iltihablanması ilə bağlı xroniki xəstəliklər varsa, hava tempraturu dəyişən zaman soyuq və acı qida qəbulunu, soyuqlamanı insan bədəni səbəb kimi qəbul edərək xroniki xəstəliyi oyandırır.
Həkimin sözlərinə görə, hava dəyişkənliyinə öncə ağciyər xəstəlikləri, sonra mədə-bağırsaq xəstəlikləri və qaraciyər və böyrək xəstəlikləri oyanır. Yayda soyuq qida qəbulu zamanı yaranan xəstəliklər, ötəri və xroniki xəstəliklərə toxunmadığı halda qışda xroniki xəstəliklərə toxunur, ötəri olmur.
"Artıq payız fəslidir. Hazırda koronavirusla yanaşı, soyuqlama-zökəm xəstəliyi də aktuallaşıb. Çox zaman zökəmlə koronavirusu qarışdırırlar. Zökəm; soyuqlama və soyuq qida qəbulundan sonra yaranır. Virus isə heç bir səbəb olmadan, hava-damcı yolu ilə keçdiyinə görə, yaranır. Bu xəstəliklərin ikisi də başlayan zaman, xəstədə çaşqınlıq yaranır. Koronavirus başlayan zaman ən əhəmiyyətli əlamət, boğazda quruluğun olmasıdır. Bu əlamət onu zökəmdən fərqləndirən əlamətdir. Zökəmdə belə hal olmur. Qoxu və dad bilmə itkisi və boğazda quruluq müşahidə edilir. Belə əlamətlərlə başlayan xəstəlik, koronavirusdur. Bunu təsdiq etmək üçün test vermək lazımdır" - deyə həkim qeyd edib.
M.Abbasovanın sözlərinə görə, koronavirus zamanı tempratur daha yüksək olur. Xəsətliyin ilk günləri tempraturun qalxması müşahidə edilməsə də, 4-cü və 5-ci günlərində xəstənin hərarəti 38-39 dərəcə olur.
"Koronavirus başlayan zaman o qədər yüngül əlamətlər olur ki, xəstə bunu yüngül keçirəcəyinə inanıb, əhəmiyyət vermir. Müalicəyə vaxtında başlanılmadığı təqdirdə, 4-cü və 5-ci günündən sonra hərarət yüksəlir və ağırlaşmalar başlayır. Adi qrip zamanı isə, xəstəlik 3-5 günə keçib gedir. Yəni, xəstəliyin 3-cü və 5-ci günündən sonra xəstə koronavirus və yaxud qrip olduğunu başa düşür. Koronavirus zamanı yüksək tempratur, qoxu və dad bilmənin tam itməsi, iştahsızlıq, sümüklərdə kəskin ağrılar (bu ağrı bəzən o qədər güclü olur ki, xəstə ağrı kəsici qəbul etməli olur) müşahidə olunur. Koronavirus zamanı daha çox antivirus dərmanlarından, qrip ağırlaşmaları zamanı isə antibiotiklərdən də istifadə edilə bilər" - deyə həkim qeyd edib.
M.Abbasova əlavə edib ki, qrip zamanı simptomatik müalicə aparılır. Yəni, başın və boğazın ağrısı üçün ağrıkəsicilər istifadə edilir.
"Olduğunuz otağın havasını tez-tez dəyişin və dərindən nəfəs alın. Adi qripdən fərqli olaraq koronavirus xırda damarların trombuna gətirib çıxarır. Otağın havası təmiz olmadığı zaman və dərindən nəfəs alınmadıqda, o damarlara hava gedib çatmır. Bu zaman xəstələrə qandurulducu dərmanlar verilir. Dərindən nəfəs almaq, gəzmək lazımdır.
Koronavirus zamanı qətiyyən uzanmaq olmaz. Uzanan zaman ağciyər arviollarında tromblaşma yaranır. Bu zaman isə müalicə çətin olur. KT zamanı xəstənin ciyərlərindəki tromblaşma aşkar edilirsə, bu zaman müalicə çətin olur. Buzlaşma, tromblaşma deməkdir. Tromblaşma nə qədər az olsa, müalicə o qədər asan olur. Koronavirus zamanı həkimin bütün dediklərinə əməl etmək lazımdır. Yəni, birinci növbədə yatmaq və uzanmaq olmaz. Əgər yatmaq gərəklidirsə, mütləq üzüstə uzanılmalıdır. Kürək döyəclənməlidir. Sinəni və kürəyi spirtlə silmək lazımdır".
Həkim, xəstəliyi evdə keçirən xəstələrə daha çox həyət evlərində və dənizə yaxın bağ evlərində müalicə almağı tövsiyyə edib. Onun sözlərinə görə, oksigenlə zəngin ərazilərdə xəstəlik daha tez sağalır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar