Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Bu insanlar düşüncələrində hamıya qarşı şübhə ilə yanaşırlar"

Tarix: 09-09-2021 18:44     Baxış: 3196 A- / A+
"Bu insanlar düşüncələrində hamıya qarşı şübhə ilə yanaşırlar"

"Bu insanlar düşüncələrində hamıya qarşı şübhə ilə yanaşırlar"
Paranoya başqalarına qarşı məntiqsiz şübhə və inamsızlığa səbəb olan bir düşünmə dövrüdür. Paranoyak düşüncələr xəyal olaraq adlandırılır. Xəyal doğru olmasına sübut olmasa belə inanmağa davam edilən həqiqətə uyğun olmayan düşüncədir.


Aramızda bu gün kifayət qədər paranoyak adamlar var. "Məni təhdid edirlər", "arxamca kimsə gəlir, məni izləyir", "sən mənim həbs olunmağımı istəyirsən" və s. bu kimi düşüncəli insanlarla yəqin ki, hamını rastlaşmısınız. Bəlkə özünüz də nə zamansa, belə paranoyak düşəncələrdə olmusunuz.

"Həyat yoldaşım məni aldadır", " o işdə deyil, sevgisinin yanındadır"... Boşa axan göz yaşları, yersiz qısqanclıqlar, ayrılıqlar ... Hamının həyatının müəyyən dövrlərində qarşısına çıxır. Bəs nədir paranoyak düşüncələr? Kimlərdə müahidə edilir? Ruhi xəstəlik hesab edilə bilərmi?

Psixiatr İkram Bayramovun sözlərinə görə, paranoyak düşüncələr ruhi pozuntular zamanı meydana çıxır. Belə ki, paranoyak insanlar insanların hər hərəkətindən səhv bir məna çıxarır, fərqli senarilər yaradır və özlərinə qarşı təhid kimi qəbul edərlər.

Bu kökü olmayan inamsızlıq şəxsin sosial həyatında yaxın müansibətlr qurmasına problem yaradır: "Bu insanlar düşüncələrində hamıya qarşı şübhə ilə yanaşırlar. Əlamətlər bir ay müddətində davam edirsə, şəxsə diaqnoz qoyulur. Paranoya gizli mənalar daşıyan zehni və duyğusal proseslərin sərgilənməsidir. Bütün paranoyak dövrlər inam və inamsızlıq arasındakı mübarizədən ibarətdir. Əlamətlər gizlədilmiş, rədd edilmiş, əks etdirilmiş duyğularla əlaqəlidir. Səbəbi isə fərqli və naməlumdur. Bura bioloji, psixoloji, ətraf mühit faktorları və s. aiddir. İnsanlarda izolyasiya edilmiş şəkildə yaşamaq, mediada cinayət, terror, zorakılıq halalrından təsirlənmə paranoyak düşüncələrin şiddətlənməsinə yol aça bilər".

Həkimin fikrincə, paranoya şəxsiyyət pozğunluğu və şizofreniya kimi ruhi xəstələliklərdə psixoz dövrünün bir hissəsi ola bilər. Depresiya paranoyak halın inkişaf etməsinə təsir edə bilər. Paranoya eyni zamanda hanqinton, parknson, alzheyer, qocalıq əqli zəifliyinin əlaməti ola bilər. Bundan başqa eşitmə qailiyyətini itirmək də paranoyak halı aktivləşdirə bilər. Qorxular və narahatlıqlar əsaəsn gecə gec saatlarda meydana gəlir. İnamsızlıq, narahat edici hisslər, halusinasiyalar gərginləşir. Kokain, tiryək, ekstazi, metamfetamin kimi narktik vasitələr, amfetamin və alqokollu içkilərdən asılılıq beyinin vəziyyətini dəyişirir. Bununla yanaşı bəzi həşarat öldürücü dərmanlar və idmançılar tərəfindən əbul edilən steroidlər paranoyak vəziyyətlərlə əlaqələndirilir.

Araşdırmaçılara görə, paranoya və genetika arasında müəyəyn əlaqə ola bilər. Uşaqlıqda suiistifadə, açıqlana bilməyən, beyin qarışdıran, narahat edən təcrübələr insanın həyatı boyu düşünmə və hissetmə formasını dəyişə bilər. Dünyanın etibarszı olduğuna inanmağınız, başqalarından şübhələnməniz, özünüzə olan inamın, hörmətin azalmasına səbəb ola bilər. Pis hiss etdiyiniz müdafiəsiz qalığınız vəziyyətlər, mütəmadi olaraq stressli vəziyyətlərə məruz qalmaq paranoyak halları inkişaf etdirə bilər. Paranoya əlamətləri hansılardır?

Başqalarına qarşı həddən artıq şübhə və inamsızlıq...

Tənqidə hirslə cavab vermək, inkar etmək

İnsanların sözlərindən başqa mənalar axtramaq

Rahat ola bilməmək

Mübahisələrdə hər zaman haqlı olduğuna inanma

Həyat yoldaşlarının, sevgililərinin sədaqətinə şübhə ilə yanaşma

Səhv başa düşüldüyünü hissetmək

Təhdid olmadığı təqdirdə qurban kimi hiss etmə

Fiziki və mənəvi zərər görəcəyini düşünmə

Düşmən kimi, hücumcu vəziyyətin olması

Sosial olaraq izolyasiya olmaq

Arxasına pis danışıldığını düşünmək

Münasibət qurmaqda və başqalarıyla işləməkdə çətinlik çəkmək

Əsası olmayan böhtanlara inanmaq

Öz çatışmazlıqlarını görə bilməmək...

Paranoya əsketmə və etiraz mexanizmlərinə əsaslanan psixi bir dövr olduğu üçün əlamətlər fərdlərə görə fərqli ola bilər və həyatın bütün sahələrinə təsir edə bilər.

"Paranoyak olduğunuzu bilmək üçün hisslərinizə fikir verin. Şübhənizə qarşı sübut yoxdursa, şübhənizi kiminləsə paylaşmırsınızsa, başqalarının inamına baxmayaraq übhəniz varsa, şübhə duyğularınız naməlum hadisələrə əsaslanırsa, o zaman özünüzə bir neçə sual verin. Başqaları şübhələrimin real olduğunu düşünürmü? Ən yaxın rəfiqəm, dostum bu mövzuda nə düşünərdi? Şübhəmi bir qədər şişirmiş ola bilərəmmi? Narahatlıqlarım subutlardan çox hisslərimdənmi qaynaqlanır? Unutmayın i, bütün şübhələr paranoya deyil. Oğurluq hadisələri zamanı məhəllənizdə gəzərkən ehtiyyatlı olmağınız paranoya deyildir",- deyə həkim qeyd edir.

Onun sözlərinə görə, paranoya növləri müxtəlifdir. Ancaq hamısının iki əsas xüsusiiyəti var. Bura istənilməyən duyğuların, hisslərin və ya özünün sevilməyən tərəflərinin başqasına aid edilməsi və özündə olanların rədd edilməsi. Paranoyası olanlar reaksiya-formasya, əksetdirmə-imkar etmə mexanizmlərini sıx itifadə edirlər. Bütün paranoyaklar bir fikir ətrafında daim düşünür: "Dünyada olan hər şey mənimlə əlaqəlidir".

Paranoyak vəziyyətdən qurtulmaq üçün mütəxəssisə müarciət etmək, nəzarət altında terapiya almaq lazımdır. Əks halda dərinləşən paranoyak hallar həyatınızı alt-üst edə bilər./bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar