Xəbər lenti
Koronavirusun süni yaradılması iddiasını gücləndirən DAHA BİR EHTİMAL
Dünyada milyonlarla insanın ölümünə səbəb olan koronavirusun süni şəkildə yaradılması barədə iddialar səngimək bilmir. Yaxın günlərdə ABŞ-da 24 min analiz nəticələrinin üzərində aparılan araşdırmalardan sonra koronavirusun ilk olaraq Çində deyil, ABŞ-da ortaya çıxması haqda iddia irəli sürülüb.
“New York Post” qəzetinin yazdığına görə, araşdırmanın ilkin nəticələrinə görə ABŞ-da koronavirus ilk olaraq 2019-cu ilin dekabrında görünməyə başlayıb. Lakin bəzi mütəxəssislər hələlik bu faktın tam dəqiqləşdirilmədiyini qeyd edir. Əgər bu iddialar doğrudan da əsaslandırılarsa, dünyada nələr baş verə bilər? Ümumiyyətlə, bu vaxta kimi belə hallar baş veribmi və buna qarşı nə kimi cəzalandırma tətbiq edilib?
Bu arada Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Böyük yeddilər”in dünyanın yoxsul ölkələrinə peyvənd çatdırılmasına dair vədlərini qeyri-qənaətbəxş hesab edərək tənqid edib. Təşkilatın baş direktoru Tedros Qebreyesus elan edilmiş bir milyard peyvənd dozasının mümkün qədər qısa zamanda təhvil verilməsinə tərəfdar olduğunu bildirib. O qeyd edib ki, vəd verilən kontingent böyük kömək olsa da, hazırda daha çox peyvəndə mümkün qədər tez zamanda tələbat var. Çünki hər gün azı 10 min insan koronavirusla əlaqədar həyatını itirir, insanlara peyvənd indi lazımdır, onlar gələn ili gözləyə bilməyəcəklər. Dünyanın inkişaf etmiş sənaye ölkələrində genişmiqyasli vaksinasiya kampaniyaları sayəsində həyat tədricən normal axarına döndüyü halda, zəif inkişaf etmiş regionlarda peyvənd qıtlığı hökm sürür.
Xəyal Bəşirov
Bizimlə söhbətdə Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov dünyada koronavirusla bağlı yaranan bu qarışıq duruma münasibət bildirib: “COVİD-19-un süni şəkildə yaradılması ilə bağlı təzadlı fikirlər var. Bundan öncə belə bir fikir səsləndirilirdi ki, koronavirus Çinin Uhan şəhərində laboratoriyada yaradılıb. Hətta bununla bağlı ABŞ dövlət başçısı tərəfindən Çinə qarşı ittihamlar səsləndirildi. Avropanın bir sıra dövlətləri Çinə qarşı iddialar qaldırdılar. Milyardlarla dollar həcmində təzminat iddiaları irəli sürüldü. Hazırda ümumbəşəri bəla olan koronavirusla bağlı bütün dövlətlərin cəmiyyətlərində təzadlı fikirlər səsləndirilməkdədir. Bir çox ölkələrdə, eyni zamanda Azərbaycanda koronavirusa yoluxma sayının xeyli aşağı düşüb, sonradan yenidən qalxması insanlarda müəyyən fikirlərin formalaşmasına gətirib çıxarıb.
Nəticə olaraq bunun süni şəkildə, bioloji silah kimi yaradılması deyilir. Fərq etmir istər “super” dövlət, ölkə “supergüc” olsun, yəni Çin, ABŞ fərq eləmir, əgər virus insanlara qarşı bilərəkdən planlaşdırılmış şəkildə yayılıbsa, bu bütün bəşəriyyətin, insanlığın, bütün dövlətlərin vahid mövqedən çıxış edərək həmin dövlətə qarşı çıxış etməsinə səbəb ola bilər. Bu, təkcə dövlət rəsmilərinin deyil, dövlət siyasətini yürüdən bütün korpusunun ittihamla qarşı-qarşıya durmasına gətirib çıxara bilər. Bu zamana kimi də əgər kimsə kütləvi şəkildə insan tələfatına səbəb olan əməldə suçlanırdısa, həmin şəxslər hərbi tribunala verilirdi, beynəlxalq müstəvidə mühakimə olunurdular. Məsələn, Səddam Hüseyn bioloji silahaların tətbiq edilməsinə və yayılmasına görə mühakimə edildi və edam olundu. Düşünürəm ki, eyni analoji addım koronavirusun yayılmasına səbəbkar olan dövlət rəsmilərinə (hansı dövlətin olmasından asılı olmayaraq) qarşı da ittiham atıla bilər. İndiyə qədər, yəni 21-ci əsrdə koronavirus kimi ümumbəşəri bəla olmamışdı. İndi dünyada 8 milyarda yaxın insan var və bu virus bu qədər insanı əhatə edir. Düzdür, bu vaxta qədər bir çox viruslar olub, amma konkret olaraq koronavirus pandemiyasının dünya iqtisadiyyatına, insanlığa, dövlətlərin təhlükəsizliyinə vurduğu zərər ağlasığmaz dərəcədə yüksəkdir. Əgər belə bir ittiham təsdiqini taparsa, həmin o dövlətlərə qarşı ciddi sanksiyalar tətbiq oluna bilər.
Hətta bununla bağlı məlumatları olub, deməyən şəxslər də ciddi ittiham qarşısında qala bilərlər. Onlara qarşı beynəlxalq müstəvidə məhkəmələr açılacaq. Əgər bunun ABŞ tərəfindən edildiyi təsdiqlənərsə, ABŞ ona qarşı ittihamların rəsmi müstəviyə keçməsinin reallaşmasına öz gücü, əlaqələri vasitəsilə mane olmağa çalışacaq. Amma gec-tez bu reallaşacaq. Çünki bu cür ittihamların səsləndirilməsi heç də əsassız deyil. Amma hansı dövlətə qarşı səsləndirilməlidir, artıq o şübhəli məqamdır. Konkret əsaslar olmalıdır ki, hansı dövlət tərəfindən edilib. Son dövrlər, səhv etmirəmsə Almaniyada alimlər tərəfindən iddia irəli sürüldü ki, koronavirus ABŞ, Rusiya və Çin tərəfindən birgə yaradılıb və Uhan şəhərində laboratoriyada saxlanılıb. Hər üç dövlətdən olan təhlükəsizlik xidmətləri buna nəzarət ediblər. Bu hansı məqsədlə yaradılıb? Hər bir halda bunun yer kürəsində tətbiq olunması nəzərdə tutulub, canlı aləmə, xüsusilə də insanlığa zərər gətirməsi məqsədi daşıyıb. İnsanların kütləvi tələf olması məqsədi daşıyır. Əgər bu, məqsədli şəkildə yaradılıbsa, həmin dövlətə qarşı ciddi sanksiya tətbiq edilməlidir, ediləcək də. Həmin dövlətə qarşı beynəlxalq müstəvidə məhkəmə prosesləri başlanmalıdır. Onlar ciddi şəkildə cəzalandırılmalıdır ki, gələcəkdə bəşəri bəla gətirən bu cür proseslərə yol verilməsin".
Politoloq əlavə edib ki, peyvəndlərin dünyada bərabər paylanmaması virusun süni şəkildə yaradılmasına şübhələri daha da artırır: “Elə bu fakt bizdə ciddi və əsaslı şübhələr yaradır. Əgər bu virus doğrudan da, deyildiyi kimi, bir sıra dövlətlər tərəfindən iddia olunduğu kimi, özü mutasiya olub yayılıbsa, süni şəkildə hazırlanmayıbsa, bəs nəyə görə vaksinlər dünyada bərabər şəkildə paylanmır, niyə peyvəndlərlə bağlı bu qədər ədalətsizlik nümayiş olunur? Qeyd edim ki, 2020-ci ilin əvvəllərindən başlayaraq Azərbaycan dövləti bu istiqamətdə çox ciddi addımlar atıb. Ölkəmiz həm ölkə daxilində, həm də beynəlxalq aləmdə virusla mübarizə çərçivəsində çox işlər gördü. Ölkə daxilində olan məsələlər məlumdur, 13 modul tipli xəstəxana, daha bir xəstəxana da konkret olaraq bu virusla mübarizəyə ayrıldı. Daha sonra 10 milyon dollar məbləğində ÜST-ə yardım edildi. Koronavirusla mübarizə çərçivəsində 30-dan artıq dövlətə humanitar və maddi yardımlar edildi. Eyni zamanda Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə toplantısını onlayn qaydada təşkil etdi. Daha sonra may ayında Qoşulmama Hərəkatına üzv dövlətlərin hökumət və dövlət başçılarının zirvə toplantısı da Azərbaycanın təşəbbüsü ilə çağırıldı. Azərbaycan Prezidenti Azərbaycan dövləti adından BMT-nin Baş Assambleyasının hökumət başçıları səviyyəsində keçirilən zirvə toplantısının çağırılması təşəbbüsünü irəlli sürdü. Bütün dünya dövlətləri bunu qəbul etdilər və müsbət yanaşdılar. BMT-nin Baş Assambleyasının xüsusi sessiyasında Prezident İlham Əliyev çıxış etdi. O, bütün dünyanın diqqətinə çatdırdı ki, Azərbaycan bu məsələdə prinsipiallığını ortaya qoyur. O, vaksinlərin paylanması ilə bağlı qeyri-bərabərliyi, inkişaf etməmiş ölkələrə vaksinlərin çatmaması, varlı dövlətlərə isə lazım olduğundan 2-3 dəfə artıq vaksinlərin tədarük edilməsi ilə bağlı ciddi mövqeyini ortaya qoydu, bunu pislədi. Yalnız bundan sonra bir sıra dövlət rəsmiləri, ÜST-in rəhbərliyi mövqe sərgilədi, bundan əvvəl belə mövqenin sərgiləndiyinin şahidi olmamışdıq. Təbii ki, dünyada vaksinlə bağlı yaranan bu vəziyyət ciddi şübhələr yaradır. Əgər peyvəndlər ədalətli şəkildə bölünmürsə, bu, həqiqətən də planlaşdırılmış şəkildə yayılmış bir virus ola bilər. Və kimlərinsə niyyətlərinə xidmət edə bilər. Bu az inkişaf etmiş, yoxsul ölkələrdə insanların azaldılmasına xidmət edən addım sayılır. Düşünürəm ki, bu məsələdə də ciddi fikir ayrılığı var. Hər bir halda yəqin ki, zaman göstərəcək, müəyyən dövr keçdikdən sonra biz əvvəlki tarixlərdə olduğu kimi bu hadisənin də mahiyyəti barədə məlumatlanacağıq".
Qeyd edək ki, ÜST gələn il Almaniyada keçiriləcək növbəti G-7 zirvə toplantısına kimi dünya əhalisinin ən azı 70 faizinin koronavirus əleyhinə peyvənd olunmasını hədəfləyir. T.Qebreyesusun sözlərinə görə, bunun üçün 11 milyard peyvənd dozası tələb olunur: G-7 və G-20 bu hədəfə nail olmalıdır".
G-7 ölkələri tərəfindən vəd edilən peyvənd dozalarının əksər hissəsi dünyada peyvənd paylanmasını ədalətli şəkildə həyata keçirməli olan COVAX təşəbbüsü üçün nəzərdə tutulub. İndiyədək COVAX çərçivəsində dünyanın 131 ölkəsinə ümumilikdə 87 milyon peyvənd dozası çatdırılıb. Bu isə ümid edildiyindən dəfələrlə aşağı göstəricidir. /musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar