Xəbər lenti
Azərbaycanda virusdan ölənlərin sayı niyə yüksəkdir?
Artıq həftələrdir Azərbaycanda COVİD-19 infeksiyasına yoluxanlar arasında gündəlik ölüm 30 civarında dəyişir. Halbuki, yoluxma gündəlik ölümün bu qədər olduğu dönəmlərlə müqayisədə bir elə də yüksək deyil.
Manevr.az xəbər verir ki, Azadliq Radiosunun yaranmış durumla bağlı müraciət etdiyi ekspertlər narahatlıqlarını bölüşür. Professor Adil Qeybulla da ölüm sayının çox olmasının narahatlıq doğurduğunu bildirib:
"Əhali sayını götürdükdə, başqa ölkələrlə müqayisədə Azərbaycanda ölüm sayı yüksəkdir. Bu, birinci növbədə onunla izah olunur ki, insanlar xəstəxanaya ağır durumda gedirlər. İkinci, xəstəxanaların daxilindəki durumdan xəbərsizik, yəni xəstə sayı çarpayı sayına yaxın olanda nəzərə alın ki, tibb personalı da yetərincə deyil.”
Professorun fikrincə, qeyd edilən amillər təsirsiz ötüşmür: "Nəhayət, virusun mutasiya olunmuş ştammların həm yoluxuculuq, həm də başqa təsir edən amilləri də var. Sadaladıqlarım ölüm faizinin yüksək olmasında özünü göstərir”.
Adil Qeybulla bildirir ki, hazırda növbəti mutasiya ştammlarından biri Litva mutasiyasıdır, onun yoluxuculuq xüsusiyyəti elə yüksək deyil.
Adil Qeybullanın qənaətincə, virus yay fəslinə qədər xeyli zəifləyəcək: "Digər tərəfdən peyvəndlənmə hesabına yaranmış immunitet də təsir göstərəcək”.
Milli Məclisin deputatı Məlahət Həsənova isə indiki vəziyyətdə çətinlik yaradan əsas amil kimi nəqliyyatda sıxlığın olduğunu göstərib: "Çünki metronun fəaliyyətinin dayandırılması istər-istəməz insanları avtobuslara yönəldir, onlarda isə sıxlıq yaranıır. Nəticədə yerüstü ictimai nəqliyyat metronun daşıdığı yükü götürə bilmir. Hamımız da bilirik ki, paytaxtda ən çox sərnişin daşıyan nəqliyyat metrodur. Təsəvvür edin ki, böyük ərazini əhatə edən metro işləmirsə, avtobuslarda hansı sıxlıq yaranır.”
Üstəlik, deputatın fikrincə, nə qədər qoruyucu maskalardan istifadə olunsa da, hamı qaydalara tam riayət etmir: " Məsafə gözlənilmir, maskadan düzgün istifadə edilmirsə, yoluxma artmacaq. Ona görə də nəqliyyat sahəsində tənzimlənməyə ehtiyac var. Başqa amil evdə xəstəliyi yüngül keçirənlər də kənara çıxırlar və yayırlar, bu mənada onlara ciddi nəzarət lazımdır. Türkiyədə evdə xəstəliyini keçirənlərə qarşı polis rejimindən istifadə edilir, hətta küçələrdə nəzarətçilər olur. Təəssüf ki, bizdə bu yöndə zəiflik var. Sadaladığım amillər xəstələrin artmasına təsir göstərir.”
Məlahət Həsənova hazırda dünyada koronavirusa qarşı mübarizədə yeni qaydanın kəşf olunmadığını bildirib: "Ölkələr yenə də əsas 3 qaydaya riayət edirlər: maskalardan istifadə, sosial məsafə və peyvəndlənmə. Bir sıra ölkələrdə insanlar məhdudlaşdırıcı qaydalara böyük etiraz aksiyaları keçirirlər. Bəli, canlı varlıq olan insanlar psixoloji cəhətdən yorulurlar. Son vaxtlar Avropa ölkələrində və Türkiyədə yoluxma sayı artıb. Belə olanda, insanlar məlum 3 qaydaya riayət etməlidir”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar