Xəbər lenti
Azərbaycan, Gürcüstan və Ermənistan selektiv abortlara görə liderdir
Təxminən 23 milyon qız uşağının ana bətnindəki həyatına sadəcə ona görə son verilib ki, valideynlər dünyaya gələcək övladlarının oğlan olmasını istəyiblər.
Müqayisə üçün deyək ki, 23 milyon - İspaniya əhalisinin yarısı, Avstraliya sakinlərininsə, demək olar ki, hamısı deməkdir. Bu, Belçika və ya Kubada yaşayanların sayından iki dəfə, Danimarka və Finlandiya əhalisindən isə dörd dəfə çoxdur.
Bu rəqəmlər ABŞ Milli Elmlər Akademiyasının jurnalında dərc edilmiş araşdırmadan götürülüb.
Dünya üzrə son bir neçə onilliyin doğuş statistikasını öyrənən alimlər aşkar ediblər ki, bir neçə ölkədə yeni doğulan körpələr arasında kəskin cinsiyyət fərqi yaranıb - oğlan uşaqlarının sayı artmaqdaykən qız uşaqlarının sayı azalmaqda davam edib.
Bu tendensiya daha çox 11 ölkədə, o cümlədən, keçmiş sovet respublikaları olan Azərbaycan, Gürcüstan, və Ermənistanda müşahidə olunub. Hamiləliyin ən çox pozulduğu ölkələr isə əhali sayının həddindən artıq çox olduğu Çin və Hindistandır.
İstənməyən qızlar
Doğulan hər 100 qıza orta hesabla 100 oğlan düşür. Bu nisbət ildən-ilə cüzi olaraq (1,03 - 1,07) dəyişsə də, ümumilikdə, bütün ölkələr üçün eyni qalır.
Ancaq təxminən 40 il əvvəl ortaya çıxmış texnologiya hələ doğulmamış uşağın cinsiyyətini müəyyənləşdirmək imkanı verdi və bu, selektiv abortlar praktikasını yaratdı.
Gələcək valideynlər hamiləliyi saxlayıb-saxlamamq haqqında qərar vermək fürsəti qazandılar.
Dünya üzrə doğum üzərində nəzarətin artması və uşaqların sayının azalması tendensiyası olsa da, getdikcə daha çox ailə uşağın cinsiyyətindən razı qalmadığı halda hamiləliyi bitirmə və yenidən cəhd etmə qərarı alır. Bir çox xalqlarda oğlan uşaqlarının doğulmasına üstünlük verilir.
Məhz buna görə də bir çox ölkələrdə həkimlərə dölün cinsiyyəti haqda valideynlərə məlumat vermək qanunla qadağan edilib - xüsusilə də hamiləliyin erkən çağlarında, abort şansı daha əlçatan ikən.
Oğlan uşaqlarının hədsiz çoxluğu
200 ölkədə 1970-2017-ci illər aralığındakı doğuş statistikasını araşdıran Amerika və Sinqapur alimləri bəzi anomaliyalar aşkar ediblər - ayrı-ayrı zaman kəsiklərində yeni doğulmuş körpələr arasındakı cinsiyyət nisbətləri kəskin şəkildə dəyişib.
Məsələn, 2005-ci ildə Çində hər yeni doğulan 100 qız uşağına 118 oğlan düşüb. 2018-ci ildə Hindistanda bu nisbət 111 olub.
Oğlan uşaqlarının sayındakı anormal artım daha doqquz ölkədə müşahidə edilib - Azərbaycan, Albaniya, Ermənistan, Gürcüstan, Vyetnam, Tayvan, Tunis, Monteneqro və Cənubi Koreya.
Selektiv abortların kəskin artdığı ilk ölkə Hindistan olub. Oğlan uşaqlarının qeyti-proporsional artımı (1,1) orda hələ 1975-ci ildən start götürüb və bu tendensiya indi də davam etməkdədir.
1980-ci illərin əvvəllərində eyni hal Çində, Koreyada, Tayvanda, Tunisdə və Monteneqroda baş verib. Hələ də 100 qıza 114 oğlanın düşdüyü Çin istisna olmaqla, hazırda həmin ölkələrdə vəziyyət normallaşıb.
Üç keçmiş sovet respublikasında - Azərbaycan, Gürcüstan və Ermənistanda selektiv abortların kəskin artışı SSRİ-nin süqutundan sonrakı 1991-92-ci illərə təsadüf edir. Həmin illərdə bu ölkələrdəki ümumi doğuş sayı da azalıb.
Hazırda Gürcüstanda nisbət bərabərləşib, amma Azərbaycanda və Gürcüstanda selektiv abort təcrübəsi hələ də geniş miqyasda tətbiq edilməkdədir. 2017-ci ildə bu ölkələrdə hər yeni doğulmuş 100 qız uşağına 112-113 oğlan düşüb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar