Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu bitki olan evdə güvə, gənə, bit, birə olmur

Tarix: 07-04-2019 22:32     Baxış: 3274 A- / A+
Bu bitki olan evdə güvə, gənə, bit, birə olmur

Vətəni cənubi Afrika olan ətirşah Avropaya XVII əsrin axırlarında dekorativ bitki kimi gətirilib. Yarpaqlarında çoxlu miqdarda efir yağları var. Gülü, yarpaqları və kökü çox xeyirlidir.
Manevr.az bildirir ki, ətirşahın yarpaqlarını ovxaladıqca əldə qəribə və xoşagələn ətir qalır, limon, alma və nanənin birgə ətrini xatırladır. Ondan alınan efir yağları aromaterapiyada geniş istifadə edilir. Onu da qeyd etmək lazımdır ki, ətirşah olan evdə güvə, gənə, bit, birə və s. həşəratlar olmur.

Ətirşah qulaq iltihabı, loringit, qan dövranının stimullaşdırılması, ürək ritmi və ürək əzələlərinin işinin tənzimlənməsi, başağrısı zamanı çox faydalıdır. Ürəyin üzərinə ətirşah yarpağı qoymaqla arterial təzyiqi normallaşdırmaq mümkündür. Yarpaqlarından hazırlanan məlhəm zökəm, öskürək, angina və soyuqdəymənin müalicəsində gözəl vasitə sayılır.

Efir yağı buraxdığına görə otaq şəraitində saxlanılması xoş aura yaradır. Otağın havasını tənzimləyir, oksigen və efir yağı istehsal edir. Onun yarpaqlarının dəmlənilməsi ürək-damar xəstəliklərinin müalicəsində geniş istifadə olunur.

Təkcə yarpağı deyil, çiçəyi də bir sıra xəstəliklər zamanı müalicəvi təsir göstərir. Onun çiçəyindən alınan yağ ağardıcı və tonuslandırıcı təsirə malikdir. Bütün dəri növlərinə çox yaxşı təsir göstərir, üz dərisində qan dövranını yaxşılaşdırır və ona sağlam rəng verir. Yerləşdiyi mühitin havasını mikroblardan təmizləmək xüsusiyyətinə malikdir.Azərtac

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar