Xəbər lenti
Qəbizlikdən bu üsulla xilas olun - Həkim AÇIQLADI
“Qəbizlik bağırsaq hərəkətliliyinin azalması və defekasiya aktının çətinləşməsidir. Müasir dövrün yaşam şərtlərinin gətirdiyi stres, hərəkətsizlik və yaxşı qidalanmamaq kimi faktorlar əhali arasında qəbizliyin geniş yayılmasına səbəb olur”.
Bu sözləri Metbuat.az-a açıqlamasında qastroenteroloq-hepatoloq-endoskopist Ülvi İbrahimov deyib. O bildirib ki, bu çox cansıxıcı problem olsa da, ciddi problem sayılmır. Qəbizlikdən əziyyət çəkən insanların bir qismi həkimə getmədən də sağala bilirlər. Lakin xroniki qəbizlik kimi hallar olduqda mütləq buna diqqət edilməli və həkimə müraciət edilməlidir. Xroniki qəbizlik hər hansı ciddi xəstəliyin xəbərçisi ola bilər.
Xroniki qəbizliyin əlamətlərindən danışan həkim deyib ki, həftədə 3 dəfədən az defekasiya aktı baş verərsə, nəcisdə qan, rektal ağrı, qələm nazikliyində nəcis, səbəbi məlum olmayan çəki itkisi baş verərsə, həkimə gedilməlidir.
Həkim qastroenteroloq Ülvi İbrahimov qəbizliyin yaranma səbəblərindən danışıb. O qeyd edib ki, qəbizliyin yaranma səbəbi çox zaman dəqiq bilinmir. Lakin qəbizlik, bağırsaqdakı atqıların və nəcis kütləsinin həzm sistemindən çox yavaş keçməsi halıdır. Bu isə nəcis kütləsinin sərtləşməsinə və qurumasına səbəb olur. Normalda belə atqılar bağırsaqların hərəkətliliyi ilə həzm sistemi boyunca irəliləyər. Lakin az su içdikdə, lifli qidalardan istifadə etmədikdə bağırsaqlarda hərəkətlilik zəifləyir. Belə olduqda isə nəciz sərtləşir və quruyur. Bu hal da qəbizliyə səbəb olur. Bağırsaqların hərəkətliliyini yavaşladan bəzi metabolik və həzm sistemi xəstəlikləri, hormonal balansın pozulması, poliplər və s. qəbizliyə səbəb ola bilər.
Həkim vurğulayıb ki, hamiləlik zamanı da qəbizlik görülməkdədir. Bunun da səbəbi yenə qeyd etdiyimiz kimi hormonal balansda baş verən dəyişikliklər və böyüyən uşaqlığın bağırsağa göstərdiyi təzyiqlərlə bağlıdır.
Həkim-fitoterapevt Sadıq Salami Metbuat.az-a qəbizliyin təbii üsullarla müalicəsindən danışıb.
Həkim qeyd edib ki, qəbizlik zamanı ilk növbədə pəhriz gözlənilməlidir. Quru yeməklər rasiondan çıxarılmalıdır. Kətan toxumu qəbizlik əleyhinə yaxşı vasitədir. Bunun üçün kətan toxumu üyüdülüb hər axşam yatmazdan əvvəl bir stəkan qatığa bir xörək qaşığı əlavə edilib yeyilir. Bu məqsədlə buğda kəpəyindən də istifadə etmək olar. Qaraqınıq, zəncirotu kökü, murdarça qabığı, bağayarpağı toxumları qəbizlik əleyhinə yaxşı vasitələrdir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar