Xəbər lenti
Ürək ritminin pozulması – XƏSTƏLİKDİRMİ?
Ürək ritminin pozulması və ya möhkəm döyünməsi - həyəcan doğuran narahat bir hissdir. Amma mütəxəssislər bildirirlər ki, bu cür halın səbəbi həmişə ürək xəstəliyi olmur.
Manevr.az qeyri-adi ürək döyünməsinin hansı hallarda ürək patologiyasından xəbər vermədiyini açıqlayır.
Normal halda insan ürək döyüntüsünü hiss etməməlidir. Amma bəzən bu hal yaşanır ki, həkimlər onu ürək döyünməsi adlandırırlar. Bu zaman ürəkdə qeyri-ritmik döyünmələr və çırpınma hiss edilir. Mütəxəssislər bildirirlər ki, bir çox hallarda döyünmələr ürək xəstəlikləri ilə əlaqəli deyil. Hər bir insan vaxtaşırı olaraq bu cür vəziyyətə düşə bilər. Ürək sağlam olduqda bu heç bir təhlükə daşımır. Amma bu hal yanaşı olaraq digər əlamətlərlə uzun müddət davam edərsə, o zaman həkimə müraciət edilməlidir.
Ürək döyüntüləri ürəklə bağlı olmasa belə hansısa digər ciddi bir xəstəliyin əlaməti ola bilər. Buna görə də bu əlaməti görməzdən gəlmək olmaz.
Səbəbləri:
1)Stress. Bu amil ürək ritminin pozulmasının əsas səbəblərindəndir. Emosional zərbə, fiziki gərginlik və uzun müddətli həyəcan ürək döyünməsinə səbəb ola bilər.
2)Çox yorulma, yuxu pozulması da ürəyin işinə təsir göstərir.
3)Alkoqol. Spirtli içkilərdən həddən artıq istifadə ürək ritminin pozulmasına gətirib çıxarır. Həmçinin sinir sistemi oyadan qəhvə, cola, tünd çay kimi tonuslaşdırıcı içkilər, narkotik də sinir sistemini oyaradaq ürək əzələsinin sürətlə işləməsinə səbəb olur.
4)Ürək döyünməsinin səbəbi isti və bir sıra dərmanların təsiri də ola bilər. Bu dərmanlara allergiya əleyhinə olan həblər, kortikosteroidlər və damarları genişləndirən bir sıra preparatlar daxildir.
Ürək ritmini aşağıdakı xəstəliklər də poza bilər: anemiya, qalxanabənzər vəzin hiperfunksiyası, diabet, menopauza. Hormonal balansın pozulması, yüksək hərarət ürək əzələsinə düşən giziki gərginliyi artıraraq onun ritmini pozur. Həmçinin mədə və 12 barmaq bağırsaq, sinir xəstəlikləri və psixi pozğunluqlar da bu vəziyyətin yaranmasına səbəb olur. (medicina.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar