Xəbər lenti
Xərçəng xəstələrinin saçı daha tökülməyəcək - Kimyaterapiya ilə bağlı inqilabi kəşf
Alimlər xərçəngin kimyaterapiya yolu ilə müalicəsinin insan üçün daha az zərərli olan üsulunu kəşf ediblər.
Manevr.az medicina.az-a istinadən xəbər verir ki, bu yeni üsul qan damarının içərisinə kiçik bir süngərin yerləşdirilməsini nəzərdə tutur.
Həmin süngər filtr kimi işləyərək, hədəfə alınmış şişə təsir etmiş kimyəvi preparatın qalıqlarını qandan təmizləyərək özünə hopdurur.
Ekspertlərə görə, yeni müalicə üsulu kimyaterapiyanın xəstədə yaratdığı saç tökülməsi və ürəkbulanma kimi xoşagəlməz yan fəsadların aradan qaldırılacağına ümid verir.
Hələlik yeni üsul donuzların üzərində sınanıb, lakin alimlər yeni müalicə üsulunu insan üzərində də sınaqdan keçirmək istəyirlər.
"İşlər düşünüldüyü kimi getsə, bu, bir neçə il ərzində baş verə bilər", - California Universitetinin əməkdaşı, doktor Nitaş Balsara deyib.
Borucuqlardan ibarət olan sözügedən cihaz 3D printerdə çap edildiyindən onu hər bir xəstəyə uyğunlaşdırmaq mümkün olacaq.
Xüsusi maddə çəkilmiş və filtr kimi işləyən cihazın məsaməli mərkəzi hissəsi dərmanı özünə hopdurur, lakin qana heç bir təsir göstərmir.
Donuzlar üzərində aparılmış yoxlamalar göstərib ki, doksorubisin adlanan kimyaterapiya dərmanının 64 faizini qandan təmizləmək mümkün olub.
Eyni zamanada həmin cihaz ona hopmuş dərmanı özündə saxlayır. Belə ki, laboratoriyada həmin cihaz damardan çıxarıldıqdan sonra suyun altında dəfələrlə yuyulmasına baxmayaraq, onu dərmandan təmizləmək mümkün olmayıb.
Bu o deməkdir ki, cihaz bədəndən çıxarılarkən heç bir dərman sızmasına yol verilmir, Milli Səhiyyə İnstitutu və Milli Xərçəng İnstitutu tərəfindən maliyyələşdirilən tədqiqatçılar qeyd ediblər.
Cihaz bədənə kimyaterapiya seansı müddətinə yerləşdirilir və seans başa çatdıqdan sonra çıxarılır.
Hər bir kimyaterapiya seansı yeni bir cihaz tələb edir.
Doktor Balsaranın sözlərinə görə, erkən nəticələr ümidvericidir və filtr üçün uyğun örtük seçildikdə bu cihaz digər kimyaterapiya dərmanları ilə də işləməlidir.
O qeyd edib ki, dərmanın 50 faizinin qandan təmizlənməsi xəstənin vəziyyətinə nəzərəçarpan dərəcədə müsbət təsir göstərə bilər.
Britaniya Xərçəng Araşdırmaları İnstitutundan professor Steve Rannard qeyd edib ki, xərçəngin müalicəsində kimyaterapiya mühüm yer tutur və xəstənin həyatını xilas etməyə imkan verir.
"Lakin kimyaterapiya xərçəngli hüceyrələrlə yanaşı sağlam hüceyrələri də parçalayır, nəticədə bu üsulun xəstənin sağlamlığına mənfi xarakterli yan təsiri olur".
O qeyd edib ki, yeni kəşf qanı xərçəngli hüceyrələrə çatmayan kimyaterapiya preparatı molekullarından təmizləməyə imkan verir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar