Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Gündə neçə yumurta yemək olar?

Tarix: 25-04-2023 15:13     Baxış: 3338 A- / A+
Gündə neçə yumurta yemək lazımdır? 
Manevr.az bildirir ki, bu qərarı sizin deyil, həkiminizin verməsi çox vacibdir.
Yumurta ilə qidalanmanın təsiri insandan insana dəyişə bilər. Ailə tarixçəniz, yumurtaları necə hazırladığınız, pəhriziniz və hətta yaşadığınız yer gündə neçə yumurta yeməli olduğunuza təsir edə bilər.
Məsələn, pəhriz saxlayırsınızsa, yumurtadan başqa yediklərinizdən nə qədər xolesterol aldığınızı hesablayın. Ümumiyyətlə, aşağı xolesterol pəhrizində yumurtaya yer ayıra bilərsiniz. Ancaq pəhrizinizdə xolesterin yüksəkdirsə, yumurta istehlakınızı məhdudlaşdırmaq da faydalıdır.

Normal xolesterin səviyyəsi olan və ürək xəstəliyi üçün heç bir risk faktoru olmayan bir yetkin üçün gündə 1 və ya 2 yumurta yemək təhlükəsiz olardı. Bununla belə, mütəxəssislər ümumiyyətlə gündə bir yumurtanın həddindən artıq olmamalı olduğunu düşünürlər.

2018-ci ildə Koreyada böyüklər üzərində aparılan "Yumurta istehlakı ilə Metabolik Xəstəliklər Arasındakı Əlaqə" adlı araşdırma, həftədə 2-7 yumurta yeməyin metabolik sindrom riskini azaltmağa və yüksək HDL xolesterinin səviyyəsini saxlamağa kömək etdiyini göstərdi. Ancaq gündə 2 və ya daha çox yumurta yeyildikdə bu qoruyucu təsir müşahidə olunmadı. 

Metabolik sindrom, ürək-damar xəstəliklərinin və şəkərli diabetin əmələ gəlməsini hazırlayan artıq çəki, yağ-xolesterol mübadiləsi pozğunluqları, yüksək qan təzyiqi və şəkər mübadiləsi pozğunluqlarının (gizli şəkər problemləri) birləşməsi kimi müəyyən edilir. Yüksək qan təzyiqi, qan şəkəri, qanda yağ səviyyəsi və bel ətrafında çəki artımı birlikdə diabet və ürək xəstəliyi kimi xroniki xəstəliklərin riskini artırır.

Sağlam böyüklər üçün gündə 1 və ya ən çox 2 yumurta istehlak etmək təhlükəsiz görünsə də, hələ də əksini söyləyən araşdırmalar var.

200.000 ABŞ veteranı üzərində aparılan araşdırmada məlum olub ki, gündə yalnız bir yumurta yemək infarkt riskini artırır. Bu ehtimal şəkərli diabet və artıq çəki olan insanlarda daha yüksəkdir. Million Veteran Proqramında (MVP) yumurta istehlakı və koronar arteriya xəstəliyi riski adlandırılan bu araşdırma Milli Tibb Kitabxanasında dərc olunub.

Tədqiqatlar göstərir ki, Avropalı və Koreyalı yetkinlərdə həftədə 2-4 yumurta yemək pəhrizdə xolesterol qəbulunu artırır və diabetli insanlarda ürək xəstəliyi riskini artırır. Həmçinin ABŞ-da 100.000-dən çox böyüklər və yaşlı yetkinlər üzərində aparılan araşdırmaya görə, həftədə 5-6 yumurtadan çox yeyənlər üçün ürək xəstəliyinə tutulma riski yüzdə 30 artır.

Ancaq bütün bu araşdırmalarda yalnız yumurtaların riski artırdığına zəmanət vermək olmaz. Yaş artdıqca yumurta qəbulundan asılı olmayaraq, yağ yığılması və damarların sərtləşməsi səbəbindən ürək xəstəliyi riski artır. Buna görə də, nə qədər yumurta yemək təhlükəsiz olduğuna qərar verərkən ümumi vəziyyətə baxmaq lazımdır. Əsas odur ki, bu qərarı həkiminiz verir.

Əgər sizdə yüksək LD xolesterol səviyyəniz varsa, artıq çəki varsa, şəkərli diabet kimi xroniki xəstəlik varsa və ailənizdə ürək xəstəliyi varsa, gündə 1, həftədə isə 4-5 yumurtadan artıq yeməməlisiniz..

Bu qədər risk faktorunu özünüzün qiymətləndirməyiniz də sağlam deyil. Buna görə də nə qədər yumurta yeyəcəyinizə siz deyil, həkiminiz, diyetoloqunuz və ya təlim keçmiş sağlamlıq mütəxəssisi qərar verməlidir.

Sevinc
Manevr az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar