Xəbər lenti
İnsultun qarsısını almaq üçün edə biləcəyimiz 8 ƏMƏL
İnsultun qarşısının alınmasına bu gündən başlamaq olar. Yaşınızdan və ailə tarixçənizdən asılı olmayaraq özünüzü qoruyun və insultdan uzaq olun.
İşemik insult beynimizin qan tədarükü dayandıqda baş verir və nəticədə beyin hüceyrələri ölür. Yaş, irq/etnik mənsubiyyət və ya cins kimi insult üçün bəzi risk faktorları dəyişdirilə bilməz. Lakin dərman və həyat tərzi düzəlişləri ilə dəyişdirilə bilən bir çox risk faktorları var. Risk faktorlarınızı idarə etmək gələcəkdə insult keçirmə şansınızı azalda bilər.
İnsultun qarşısını necə almaq olar?
Bunun üçün önəmli olan 8 şeyə diqqət etmək lazımdır:
1. Ürək xəstəliklərini müalicə edin
Ürək-damar problemləri insult ehtimalını xeyli artırır. Bunun bir səbəbi ürək xəstəlikləri və insult üçün risk faktorlarının oxşar olmasıdır. Ürəyinizə faydalı olan bir çox həyat tərzi dəyişiklikləri də insult riskini azaldacaq.
Atrial fibrilyasiya xüsusilə insult riskini artırır. Əgər belə nizamsız ürək döyüntüsü probleminiz varsa, insult keçirmə ehtimalınız beş dəfə çoxdur. Ancaq diaqnoz qoyulanlarda bir neçə müalicə variantı var və kardiloq və ya aritmoloq tərəfindən dəyərləndirilib uygun müalicəni qəbul etmək lazımdır.
2.Qan təyziqini tənzimləyin:
Normal qan təyziqi 120/80 mm.c.süt-dan yuksək olmamalıdır. Qan təyziqinin 130/80 mm.c.süt-dan yuxarı olması yüksək qan təyziqi hesab olunur. Qan damarlarımızın divarına çox güclü təyziq göstərdikdə, onları zəiflədə və insulta səbəb ola bilər.
Müntəzəm məşq etməklə, siqareti tərgitməklə, sağlam çəki saxlamaqla, stressi idarə etməklə, sağlam qidalanmaqla və duz qəbulunu gündə bir çay qaşığı ilə məhdudlaşdırmaqla qan təyziqini aşağı sala bilərsiz. Əgər bunlar kömək etmirsə həkiminiz qan təyziqi üçün dərman təyin etməyə qərar verə bilər.
3. Xolesterolunuzu yoxlayın
Xolesterol damarların divarına yapışan lövhə əmələ gətirərək qan axını üçün kanalları daraldır.Yüksək LDL("pis xolesterol" kimi də tanınır) insult üçün risk faktoru olduğu sübut edilmişdir. İnsult xəstələrində LDL-in 70 mq/Dl-dən az olması tövsiyyə edilir.
Alkoqol və duz qəbulunu azaltmaqla, sağlam çəki saxlamaqla, müntəzəm idman etməklə və paxlalılar, taxıllar və bəzi meyvələr kimi həll olunan liflə zəngin qidalar yeyərək xolesterolunuzu azalda bilərsiniz. Təyin edilmiş dərmanlar da xolesterolu idarə etməyə köməklik edə bilər.
4. Şəkərli diabetə nəzarət edin
Zamanla diabetin səbəb olduğu yüksək qan şəkəri qan damarlarının divarına zərər verə bilir, qan axınını məhdudlaşdırır.
Qan şəkərinin monitorinqi və diabetinizi həkiminizin göstərişinə uyğun dərmanlarla müalicə etmək çox vacibdir. Balanslaşdırılmış pəhriz və müntəzəm məşq də diabeti nəzarət altında saxlamağa kömək edə bilər.
5. Arıqlamaq
Artıq çəki və ya piylənmə yüksək qan təyziqi və yüksək xolesterin və diabetlə əlaqələndirilir. Bunlar da həmçinin insult üçün risk yaradan amillərdir. Həkimlər adətən Bədən Kütlə İndeksini(BMİ)-i 25-dən aşağı saxlamağı tövsiyyə edirlər.
6. Siqareti buraxın
Siqaret çəkmək qan damarlarına zərər verir, qan damarlarında lövhə(kirəc) yığılmasını artırır, qanın laxtalanma müdətini artırır və qan damarlarının daralmasına və qalınlaşmasına səbəb olur. Bu səbəbdən siqaret çəkənlərə siqareti tezliklə buraxması tövsiyyə olunur.
7. Müntəzəm məşq
Fiziki cəhətdən qeyri-aktiv olmaq yüksək xolesterol və qan təyziqinə, həmçinin piylənməyə kömək edir ki, bu da insult riskinizi artıran daha cox sağlamlıq problemlərinə səbəb ola bilər.
Məşq sürətli gəzinti qədər sadə ola bilər. Ümumiyyətlə götürdükdə günə 10 000 addım tövsiyyə olunur.
8. Alkoqol qəbulunu məhdudlaşdıtın
Həddindən artıq içki içmək qan təyziqini yüksəldə bilər.
Nevroloq Sevinc Mir Seyid
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar