Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Beynin qocalmasını yavaşladan beş əsas qayda

Tarix: 25-02-2023 11:39     Baxış: 3318 A- / A+

Müasir insan tez-tez xroniki yorğunluqdan, depressiyadan və unutqanlıqdan şikayətlənir. Belə əlamətlər çox vaxt beynin qocalmasını göstərir.
Manevr.az xəbər verir ki, Rusiyanın aparıcı gerontoloqlarından biri, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Aleksey Moskalev kp.ru saytına müsahibəsində həyat tərzini dəyişdirməyi tövsiyə edib. Ekspert hesab edir ki, bir nömrəli qayda neyroiltihabdan qorunmadır.
"Bütün beyin hüceyrələrinin təxminən 10%-i mikroqliya adlanan hüceyrələrdir. Onun ən mühüm vəzifəsi beyində immun nəzarətdir. Mikroqliya hüceyrələri də sinir toxumasına yad agentlər daxil olduqda qoruyucu reaksiyalarda iştirak edirlər. Bunlar infeksion agentlər, müxtəlif toksinlər, ağır metallar, hava və qida yolu ilə daxil olan çirkləndiricilərdir.
Bununla belə, immun hüceyrələrinin həddindən artıq aktivliyi neyroiltihabın inkişaf etməsinə səbəb olur. Nəticədə yaddaş və öyrənmə qabiliyyəti pozulur. Buna görə də, mikrogliaların "həddindən artıq yüklənməsindən çəkinmək lazımdır. Beyində mənfi reaksiyalara səbəb ola biləcək ən çox yayılmış amillər infeksiyalar, uzun müddətli stress və xroniki patoloji vəziyyətlərdir.
İkinci qayda qidalanma ilə bağlıdır. Kolbasa və sosiska kimi yarımfabrikatlar, çipslər, şəkərin istifadəsini məhdudlaşdırmaq lazımdır. Bütün bədəndə, o cümlədən beyində iltihablanma təhlükəsini azaldan qidalar var ki, onlara üstünlük verməyə dəyər. Bunlar göyərti, tərəvəz, qoz-fındıq, meyvə, giləmeyvə, ədviyyatlar, balıq və dəniz məhsullarıdır.
Üçüncüsü, bağırsaq mikroflorasının tarazlığını dəstəkləməlisiniz. Taxıl və dənli bitkilərin, həmçinin paxlalı bitkilərin, tərəvəzlərin, meyvələrin və göyərtilərin tərkibində olan liflər buna kömək edəcək", - həkim qeyd edib.
Bundan əlavə, mütəxəssis mikrofloraya mənfi təsir göstərən məhsulların istifadəsini məhdudlaşdırmağı məsləhət görüb. Bunlar sürətli karbohidratlar (şirniyyat və xəmir) və qırmızı ətdir.
Daha sonra ekspert depressiya və demans riskini azaldacaq fiziki fəaliyyəti təklif edir. Son olaraq da sağlam yuxunun vacibliyini bildirib. Moskalev həm də yataq otağını yaxşı havalandırmağı, qalın pərdələrdən və ya yuxu maskasından istifadə etməyi, gecələr isə yemək yeməməyi və spirtli içki içməməyi məsləhət görüb.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar