Bu xəstəlik ağ ciyərlərdə bədxassəli şişin inkişaf etməsi ilə xarakterizə olunur. Ağ ciyər xərçənginin inkişaf etməsinin əsas risk faktorları aşağıdakılardır:
- Siqaret çəkmək. Bu, ağ ciyər xərçənginin inkişaf etməsində ən əsas səbəb hesab olunur.
Siqaret çəkənlərdə ağ ciyər xərçənginin inkişaf etməsində risk dərəcəsi xəstənin yaşından, gün ərzində çəkilən siqaretlərin sayından, siqaretin hansı müddət ərzində çəkilməsindən asılıdır. Siqaret çəkməkdən tam şəkildə imtina etdikdən sonra ağ ciyər xərçənginin inkişaf etmə riski tədricən azalmağa başlayır, ancaq heç bir zaman ilkin (siqaret çəkmədikdə) risk dərəcəsinə qayıtmır;
- Genetik meylliliyin olması. Əgər sizin yaxın qohumlarınızda ağ ciyər xərçəngi ilə xəstələnənlər olarsa, siz də çox ehtiyatlı olmalısınız;
- Ekoloji faktorlar: havanın xeyli dərəcədə tozlu olması, iri sənaye şəhərlərində havaya zərərli qazların xaric edilməsi, radiasiyanın yüksək olması, tez-tez siqaret çəkənlərlə bir yerdə olmaq (passiv siqaret çəkilməsi), zərərli peşə faktorlarının təsiri (nikel, asbest, xrom, arsen və digər bu kimi zərərli maddələrlə uzun müddət təmasda olmaq, daş kömür şaxtalarında işləmək və s.);
- Ağ ciyərlərdə müxtəlif xroniki xəstəliklərin (məsələn, ağ ciyər vərəmi, xroniki bronxit) olması.
Ağ ciyər xərçənginin əsas əlamətləri:
- Ağ ciyər xərçənginin ən çox yayılmış əsas əlamətlərindən biri uzun müddət ərzində öskürəyin olmasıdır. Ağ ciyər xərçəngi zamanı öskürək, adətən, daimi xarakter alır, quru (bəlğəmsiz) olur. Ancaq bəzi hallarda öskürək bəlğəmlə də - selikli-irinli, bəzən isə selikli və təzə al qırmızı qan qarışığı ilə (qan hayxırma) olur;
- Təngnəfəslik - (fiziki gərginlik və ya sakit halda olduqda hava çatışmazlığı hissiyyatı) ağ ciyərdə olan şişin iri bronxlara təzyiq etməsi nəticəsində ağ ciyərlərə olan hava axınının qarşısını alması səbəbindən baş verir ki, bu zaman ağ ciyərin bir hissəsinin funksiyası pozulmuş olur;Bədən hərarətinin yüksəlməsi, həmçinin tez-tez baş verən (xüsusən də siqaret çəkənlərdə) pnevmoniyalar (ağ ciyərlərin iltihabı) ağ ciyər xərçənginin əlaməti ola bilər;
- Döş qəfəsində olan və dərin nəfəs alma zamanı güclənən ağrılar;
- Ağ ciyərdə olan şişin iri qan damarına yayılması zamanı ağ ciyərlərdən qanaxma da baş verə bilər. Ağ ciyər qanaxması ağ ciyər xərçənginin ən təhlükəli fəsadıdır! Bəlğəmdə xeyli miqdarda təzə, al qırmızı qanın müşahidə edilməsi zamanı tez bir zamanda "təcili yardım" çağırmaq lazımdır!
- Ölçüsü iri olan ağ ciyər şişləri qonşu orqanları və iri qan damarlarını sıxaraq aşağıdakı əlamətlərin meydana çıxmasına səbəb ola bilərlər: sifətin və qolların şişkinliyi, çiyinlərdə və qollarda ağrı, udma refleksinin pozulması, səsin hər zaman xırıltılı olması və ya hıçqırmaq.
- Xərçəngin istənilən növü üçün xarakterik olan ümumi əlamətlər: digər səbəblərlə izah oluna bilməyən zəiflik, bədən çəkisinin azalması, iştahanın olmaması.
Bəzi hallarda ağ ciyər xərçəngi uzun müddət simptomsuz keçərək profilaktik rentgen müayinəsi (flyuoroqrafiya) zamanı aşkar edilir.
Ağ ciyər xərçənginin profilaktikası üçün aşağıdakı əsas şərtlərə riayət etmək lazımdır:
- Ağ ciyər xərçənginin profilaktikası üçün ən effektli üsul siqaret çəkmək vərdişindən imtina etməkdən ibarətdir;
- İstehsalatdakı zərərli faktorların (nikel, asbest, daş kömür və sairə) təsirindən mümkün qədər uzaq olmaq lazımdır;
- Yaşa dolmuş insanlar ildə bir dəfə olmaqla ağ ciyərlərin profilaktik rentgen müayinəsindən (flyuoroqrafiya) keçməlidırlər. Ağ ciyər xərçənginin ilkin dövrlərdə aşkar edilməsi, digər bədxassəli şişlərdə olduğu kimi, müalicənin müvəffəqiyyətlə aparılmasının təminatıdır.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar