Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Ürək dayana və ya göz damarları yırtıla bilər" - Asqıran zaman bədəndə nələr baş verir

Tarix: 24-10-2022 09:08     Baxış: 4481 A- / A+

Tənəffüs yollarında olan filtrlər təbii refleks olaraq asqırmağımıza səbəb olur. Çox vaxt asqırmaq mikrobların bədəndən atılmasında olduqca faydalıdır. Hətta asqıranda çox zaman özümüzü rahat hiss edirik. Bunun səbəbi sol tənəffüs yollarında tez-tez yaranan maneənin aradan qalxmasından irəli gəlir. Bəs, asqırmağın sağlamlıq baxımından faydaları nələrdir və orqanizmə təsiri necədir? Nə üçün həkimlər asqırdığımız zaman tənəffüs yollarımızın hər ikisini də - burnumuzu və ağzımızı tam qapatmağın ciddi sağlıq problemləri yaratdığını qeyd edirlər?
Suallar ətrafında aparılan araşdırmaların təfərrüatlarını oxucularımızla bölüşürük:
Asqırmaq, bədən sağlamlığı üçün çox vacibdir. Həmin proses zamanı ağzımızı örtməyimiz önəmlidir. Xüsusilə, qəbul etdiyimiz mikrobları ətrafımıza yaymaq istəmiriksə, asqırarkən ağzımızı salfetlə bağlamalıyıq. Amma asqırarkən həm ağzı, həm də burnu bağlamaq çox ciddi problemlərə səbəb ola bilər.
Üst tənəffüs yollarında olan filtrlər mikrobları xaric etməyimizə kömək edir. Bu filtrlər sayəsində ciyərlərimizə daxil olan zərərli maddələri xaric edə bilirik. Bu səbəbdən asqırma sağlamlıq üçün əhəmiyyətli bir refleks olaraq bilinir.
- Asqırma zamanı qan ürəyə və beyinə vurulur. Bu sayədə beyində və ürəkdə rahatlıq təmin edilir.
- Qan damarları genişlənir.
- Ağciyərlərdə çökən zərərli maddələr asqırmaqla orqanizmdən xaric edilir.
- Ürəyimiz bir neçə saniyə dayanır. Bu fasilə əslində ürəyin dincəlməsinə kömək edir.
- Ağciyərlərdə asqırma ilə hava boşaldılır və ağciyərlərə təmiz hava daxil olur.
Asqırmaq faydalı olsa da, sağlamlıq baxımından bəzi zərərli vəziyyətlərə də səbəb ola bilər. Bu hallar;
- Asqırmağı dayandırmağa çalışmaq beyin qanamasına səbəb ola bilər.
- Asqırma zamanı yüksək təzyiq yaranır. Bu təzyiq səbəbiylə ürək dayana bilər və ya gözün damarları yırtıla bilər.
Asqırmaq beyinə və ürəyə necə təsir edir?
Asqırma bədəndə yüksək təzyiq yaradır. Bu təzyiq səbəbiylə beyin və ürəkdə bəzi zədələnmələr baş verə bilər. Xüsusilə asqırmanın qarşısı alınmağa çalışılarsa, beyinə gedən damarlarda bəzi problemlər yarana bilər. Bu səbəbdən asqırma refleksini əngəlləmək olduqca təhlükəli davranışdır. Həmin zaman bədəndə yaranan təzyiq yüksək olduğu üçün ürək dayana və ya göz damarları çatlaya bilər.
Asqırarkən nə etməli və nə etməməli…
Asqırarkən ağzımızı örtməliyik. Bu bağlama asqırmağın qarşısını almaq üçün deyil. Çünki bu zaman bədənimizdə yığılan mikroblar çölə atılır. Mikrobların yayılmasının qarşısını almaq üçün asqırarkən ağzımızı salfetlə örtmək həm etik bir davranış, eyni zamanda da başqalarının sağlamlığının qeydinə qalmaqdır. Tibbi ekspertlər asqırma zamanı ağız ətrafının qolun dirsək bölgəsi ilə örtülməsini məsləhət görürlər. Çünki ağız əllə qapadılan zaman ələ keçən mikropla bir başqası ilə görüşdüyümüz zaman ona da bulaşa bilər.
Bununla yanaşı, asqırdığımız zaman hər iki tənəffüs yolunun qapadılması, kapilyar damarların zədələnməsinə, qulağın eşitmə qabiliyyətinə və gözlərə ciddi xəsarət yetirə bilər. (bizimyol.info)

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar