Xəbər lenti
Dəridə tünd ləkələr: yaranma səbəbi və müalicəsi

Alimlərin qənaətinə görə, bu ləkələr melaninin normadan artıq sintezi nəticəsində meydana gəlir. Bu piqment gözlərə, saçlara, dəriyə rəng verir. Bəs hansı səbəbdən əvvəl təmiz dəridə müəyyən vaxtdan sonra ləkələr yaranır?
Dermatoloqlar bu sualı belə cavablandırır: ətraf mühit, iqlim, günəşin ultrabənövşəyi şüaları, solyari, qaralma melanin sintezini pozur.
Hamiləlik dövründə bəzi qadınlarda bu ləkələr yaranır. Amerika Dermatologiya Akademiyasının məlumatına görə, hormonal statusun dəyişməsi melanodermiyanın- dəridə həddən artıq melaninin toplanmasına səbəb olur.
Qeyri-steroid preparatlar, antibiotiklər, tetrasiklin, psixotrop kimi dərmanların yan təsiri də belə ləkələrin yaranmasına səbəb olur. Dəri travması, iltihabi proseslərdən sonra da ləkələr qalır. İntəhası, bu ləkələr bir müddətdən sonra gedir.
Həkimlər bildirir ki, ləkələrrin rəngi pasiyentin yaşı və dərisinin tonusundan asılıdır. Əgər ləkə çox tünd deyilsə, on iki ay ərzində itə bilər.
Müayinə və müalicə
Dəridə əmələ gəlmiş qəhvəyi ləkələrin müalicəsi üçün kosmetoloqa yox, dermatoloqa müraciət olunmalıdır. Diaqnostika üçün xüsusi lampa, böyüdücü şüşə, analizlər, testlər istifadə olunur. Əgər ləkələrin səbəbi ciddi pozulma, xəstəlik deyilsə, sırf estetik həlli üçün dermatoloq ağardıcı kremlər, mazlar, lazer təyin edə bilər. Tünd ləkələrin aradan qaldırılması üçün isə impulslu işıq lazerindən istifadə edilir.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar