Xəbər lenti
Psixikası pozulan insanları tanımaq üçün: Tez-tez bunları edirlər-HƏKİM RƏYİ
Bir insanın normal hesab etdiyi adi hərəkətlər və təkrarlanan fikirlər əslində xəstəliyin inkişafını göstərə bilər.
Manevr.az xəbər verir ki, bunu “Sputnik” radiosuna müsahibəsində tibb elmləri namizədi, psixiatr, psixoterapevt Yevgeni Fomin deyib:
“Obsesif-kompulsiv pozuntu obsesif ideyalar və kompulsiv hərəkətlərlə səciyyələnən, yəni bu hərəkətlərin, məcburiyyətlərin vaxtaşırı təkrarlanması insanın davranışında müəyyən ritualların formalaşması halıdır”.
Həkim obsesif-kompulsif pozğunluğun simptomları ola biləcək vərdişlərdən nümunələr verib:
"Adətən, bu, sol çiyninə tüpürmək və ya küçə plitələrinin birləşmələrinə addım atmamaq kimi bir az qəribə vərdişə başlayır. Yaxud da adam bir az tez-tez nələrsə edir, bəlkə əlini yuyur və ya qapının bağlı olub-olmadığını, qazın, ütünün söndüyünü yoxlayır, baxmayaraq ki, onu bağlayıb söndürdüyünü xatırlayır. İnsan çoxlarının olduqca zərərsiz hesab etdiyi bir şeyi etməməyə çalışa bilər. Xəstəliyin ilkin mərhələsində bu, həyata müdaxilə etmir, sadəcə bir insanın qəribə bir məqamı kimi görünür”.
Bununla belə, o, xəbərdarlıq edib, artan narahatlıq xəstəliyin inkişafına kömək edir və stresli vəziyyətlər bu pozğunluğa meyilli bir insanın vəziyyətini daha da ağırlaşdırır:
“Stressli vəziyyətlərdə durum ağırlaşa bilər. İnsanın obsesif fikirləri, düşüncələri, təsvirləri, impulsları olur. İnsan davranışında qəribəlik hiss etməyə başlayır, bu, günahkarlıq, qorxu, narahatlıqla müşayiət oluna bilər və bütün bunlar ağır bir pozğunluğa çevrilər. Vərdişlər bir insan üçün problemə çevrilir, həyatın bütün sahələrində sosiallaşmaya təsir göstərməyə başlayır”.
O qeyd edib ki, obsesif-kompulsiv pozğunluğu təkcə dərmanların köməyi ilə deyil, həm də psixoterapiyanın köməyi ilə aradan qaldırmaq olar./cebhe.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar