Xəbər lenti
“Səngərdə konyak içirdik, birdən...” – Erməni əsgərlərin müharibə etirafları - REPORTAJ
“Arqumenti i Faktı” nəşrnin şərhçisi Georgi Zotov İrəvandan reportaj hazırlayıb. Müəllif reportaj boyunca oxucunu Ermənistanın məğlubiyyəti, müharibədən sonra düşdükləri vəziyyətlə tanış edir.
Manevr.az həmin reportajı təqdim edir:
İrəvanda hərdənbir arxa pəncərəsinə hərbi geyimli gəncin iri ağ-qara fotosunun yapışdırıldığı avtomobilə rast gəlirsən. Bu, Qarabağ uğrunda Azərbaycanla aparılmış 44 günlük müharibədə həlak olmuş kiminsə atası, qardaşı, yaxud oğludur. Rəsmi məlumatlara görə, 4 min, qeyri-rəsmi məlumatlara görə 7 min erməni əsgər öldü.
Könüllü olaraq döyüşdə iştirak edən, bir əlinin iki barmağı kəsilmiş Armen Mnatsakanyan deyir: “Sanki vəba baş verdi. Döyüşməyə belə imkan tapmadıq. Cəbhəyə getdim, iki gün sonra postda oturmuşduq, konyak içirdik, birdən cüzi vızıltı eşitdik və paart! Türkiyənin pilotsuz təyyarəsi zərbə endirdi. İki dostum parça-parça oldu, mözücə sayəsində sağ qaldım, əlim zədələndi”.
2020-ci ilin 27 sentyabr-10 noyabr tarixində baş verən Qarabağ müharibəsi göstərdi ki, silahlı qarşıdurmada qalib gəlmək üçün cəsarət yetərli deyil, rəqibin imkanlarını qiymətləndirmək, ciddi nizam-intizam və müasir texnika lazımdır. Yüzlərlə tankı və əsgəri “Ura” qışqıraraq, döyüş meydanına gətirmək sistemi artıq işləmir.
“Azərbaycan 1994-cü ildən başlayaraq, davamlı silahlanır” deyən Ermənistan ordusunun keçmiş kapitanı Suren Ter-Qukasyan ah çəkir və qeyd edir:
“Təkcə son 9 ildə müdafiə sənayesinə 24 milyard dollar xərclədilər, hərbi xərclər dövlət büdcəsinin 11 faizini təşkil edir. Rusiyadan ən müasir helikopter, zirehli daşıyıcılar, tank əleyhinə “Kornet-E” kompleksləri, “S-300” hava hücumundan müdafiə sistemləri alıblar. Onların ordusu Türkiyənin, İsrailin və ABŞ-ın ən yaxşı təlimçiləri tərəfindən hazırlandı. Ermənistanda orduya cəmi 4 milyard dollar ayrıldı. Əlbəttə silahlar alındı, lakin çox deyil: İsgəndər raketləri, Serbiya istehsalı olan minaatanlar. Biz axmaq idik. Biz birinci müharibədə Azərbaycanın mığlub olmasının eyforiyasında idi. Lağ edirdik: “Bu azərbaycanlılar doğrudan döyüşməyi bacarır? Gözləsinlər, biz Bakıya çatacağıq”.
Qarabağda təmas xəttindəki qarşıdurma 26 il davam etdi. Hər gün atışmalar, snayper duellesi olurdu. Məlum oldu ki, ermənilər genişmiqyaslı müharibəyə hazır deyillər. Keçmiş qələbədən sonra rəqibin öhdəsindən gəlməyin asan olduğuna inanırdılar. Bunun fonunda Azərbaycanda Qarabağın azad edilməsi milli düşüncəyə çevrildi. Bakıda olduğum zaman buna əmin oldum. Azərbaycanlılar uşaqlıqdan yeni müharibəni arzu edirdilər və fədakarlığa da ruhi cəhətdən hazır idilər. Ermənilər illərdir Azərbaycanın müasir silahlar aldığına baxır və düşünürdülər ki, məqsəd onları qorxutmaqdır. Azərbaycanlılara gülürdülər: “Qorxaqlar, buna cəsarət edə bilməzlər”.
İrəvanın mərkəzindəki bir kafedə ötən ilin oktyabrında Qarabağ müharibəsinə könüllü gedən Levon Melkonyanla danışıram. Söhbət ingilis və ərəb dillərində gedir, çünki Levon Livanda – Beyrutun erməni məhəlləsndə doğulduğu üçün rus dilini bilmir. Levon xatırlayır:
“Müharibənin ilk günündən etbarən azərbaycanlılar hava üstünlüyünə nail oldular. Tanklar və zirehli texnikanın faydasız olduğu ortaya çıxdı, pilotsuz təyyarələr raket yağdırırdı. Raketlər komandirlərin iclas üçün toplandığı yerləri məhv edirdi. Sursat gətirə bilmirdilər, çünki PUA-lar yük maşınlarını axtarır, tapır və məhv edirdi”.
Bu sözləri İrəvanda əksər hərbçidən eşitdim. Ermənistan on minlərlə əsgər topladı, lakin cəbhəyə göndərə bilmədilər, çünki məqam əldən verilmişdi. Növbəti vacib amil döyüş bölgəsindəki nizam-intizamdır. Məqalənin əvvəlində söhbət etdiyim könüllü etiraf edirdi: postda oturub konyak içirlər. Aydındır, bəzən içki olmadan müharibə aparmaq çətin olur. Əsgər Araik Xaçikyan etiraf edir:
“Dəhşətli idi. Mən səhər açılan kimi içməyə başlayırdım, əks halda dronların törətdiyi partlayışlara əsəblərim dözmürdü. Zabitlər də içirdi, hətta deyirlər ki, yüksək çinli erməni siyasətçisi generallara zəng edərək, nəyin bahasına olursa-olsun, hücum etmək əmri versə də, komandirlər rəhbərliyin əmrlərinə sadəcə tüpürür, öz bildikləri kimi edirdilər. Hər şey bir-birinə qarışmışdı”.
İrəvnın hər küncündə çiçək satılır. Satıcı Qayenə deyir: “Qızılgül və qərənfillər çox bahalaşdı. Oktyabr-noyabr aylarında hər gün onlarla uşaq dəfn edirdik... Sonra da yas... Qəbir üstünə çiçək qoymaq lazımdır... Bu günə qədər də dəfn edirlər, ölmüş əsgərləri tapırlar... Min beş yüz əsgər itkin düşüb... Mən bir məsələni başa düşmürəm, niyə “İsgəndər”ləri istifadə etmədilər?”.
Kapitan Suren Ter-Quksayn isə deyir ki, “Azərbaycanın neft bölgələrini İsgəndərlə vurmaq lazım idi, lakin heç kimin buna cəsarəti çatmadı”.
Reportajın sonunda müəllif yazır ki, Qarabağ müharibəsindən Rusiya da dərs çıxarmalıdır. Çünki Türkiyənin pilotsuz təyyarələri indiki dövrdə müharibə metodlarının sürətlə dəyişdiyini göstərir.
Asif Nərimanlı
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar