Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xankəndi nə vaxt azad ediləcək?

Tarix: 01-09-2022 11:37     Baxış: 3325 A- / A+




Brüssel onillər sonra ilk dəfə Cənubi Qafqazdakı ən qanlı və ağır münaqişənin sonunu gətirə bilər.
Dünən Belçikanın paytaxtında Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.
İkinci görüş də "Brüssel debütü" kimi Azərbaycan üçün uğurlu oldu. Xatırladım ki, ilk müzakirələrdə əhəmiyyətli sonuclar əldə olunduğundan yekun sülh müqaviləsi istiqamətində görülən işlər Azərbaycanın diplomatik uğurunun növbəti göstərişi də sayıla bilər.
Şarl Mişelin cəhdləri və vasitəçiliyi hələlik uğurludur.
Təbii ki, mövcud situasiyanı mümkün qədər dəyişməz saxlamaq, yekun sülh müqaviləsinin imzalanmasını maksimum təxirə salmaq, ən başlıcası isə tarixin zibilliyinə atılmış ATƏT-in Minsk Qrupunu reinkarnasiya etmək cəhdləri ilə rəsmi İrəvan aldığı göstərişləri yerinə yetirirdi.
Həmişə olduğu kimi, ermənilər eyni vaxtda bir neçə ağaya xidmət göstərərək ABŞ, Fransa, Rusiya və İrandan ünvanlanmış əmrləri gerçəkləşdirməyə çalışıb.
Lakin bu cəhdlər uğursuz oldu: belə ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirliklərinin xətti ilə bir ay ərzində sülh razılaşmasının mətni üzərində iş aparılması üçün işçi qrupların yaradılması razılaşdırıldı.

Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev görüşdən sonra sosial şəbəkə hesabında Aİ-nin vasitəçilik səylərini yüksək qiymətləndirən paylaşım etdi: "Biz Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin komandasının Ermənistan və Azərbaycan arasında ikitərəfli sülh müqaviləsi danışıqlarına və dövlətlərarası normallaşmaya kömək etməsini yüksək qiymətləndiririk. Prezident İlham Əliyev bununla bağlı Azərbaycanın mövqeyini dəfələrlə bəyan edib".
Səbəb sadədir: sabiq Minsk qrupunun otuz il ərzində əldə edə bilmədiyi nəticələrə Aİ qısa müddətdə nail olmağı bacardı. Şübhəsiz, bu, həm də Aİ-nin Azərbaycana verilən dəyər, ölkəmizin geosiyasi rolu ilə bağlıdır.
Brüsseldəki danışıqların və müzakirələrin önəmli məqamlarından biri də yekun açıqlamada "Dağlıq Qarabağ" və "Qarabağ münaqişəsi" ifadələrinin yer almaması, ATƏT-in Minsk Qrupu barədə isə ümumiyyətlə, heç nə deyilməməsidir.
Beləcə, Şarl Mişelin vasitəçiliyi və Avropa İttifaqının egidası altında aparılan danışıqlarda Brüssel birmənalı olaraq Qarabağla bağlı situasiyanı Azərbaycanın daxili siyasi məsələsi həll edir.
Eyni zamanda, Avropa İttifaqı üçün yeni geosiyasi reallıqlar çərçivəsində əhəmiyyəti dəfələrlə artan və ikitərəfli münasibətləri əlahiddə geosiyasi önəm kəsb edən Brüssel-Bakı əlaqələrinin dəyərləndlirilməsi göz önündədir.
Ş.Mişel üçtərəfli görüşdən sonra bildirib ki, sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə təminatında irəliləyiş barədə bütün məqamlar nəzərdən keçirildi. Ümumiyyətlə, Avropa İttifaqı yekun sülh müqaviləsinin imzalanmasında, beləliklə, regionda sabitliyin təmin olunmasında maraqlıdır. Və bu məsələdə Azərbaycanın irəli sürdüyü beş bəndlik sülh təklifinin əsas götürülməsi önəmlidir. Çünki Aİ üçün Bakının mühüm tərəfdaş olduğu sətiraltı olsa da, vurğulanıb.
Dünyanın siyasi xəritəsində sadəcə, məkana çevrilən və "failed state" statusu ilə qarşılaşan Ermənistandan fərqli olaraq, Azərbaycan tam müstəqil xarici siyasət yeridir, bölgədə yeni və tam fərqli geosiyasi reallıqları formalaşdırmağa davam edir.
Brüsselin vasitəçiliyinə hər vəchlə mane olaraq Cənubi Qafqazdakı mövqelərinin sürətlə itirilməsinin qarşısını almağa çalışan Rusiya, proseslərə kobud müdaxilə imkanlarına malik olduğunu xəyal edən və bunun üçün Ermənistanı tam dəstəkləyən teokratik İran, habelə bölgədə təsir rıçaqları əldə etmək üçün Minsk Qrupunu "diriltməyə" can atan Fransanın mövqeləri bəllidir.
Bu üç ölkə Zəngəzur dəhlizinin reallaşmasına imkan verməməyə can atır, Ermənistanı yekun sülh müqaviləsi imzalamaqda "tələsməməyə" çağırır və Azərbaycana təzyiq göstərməyə səy göstərirlər.

Yekün sülh müqaviləsinin imzalanmasının təməl prinsipi isə bəlli və Azərbaycanın irəli sürdüyü 5 şərtə əsaslanmalıdır.

Həmin şərtlər belədir:
1. Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
2. Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
3. Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
4. Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
5. Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
Brüsseldə keçirilmiş üçtərəfli görüş zamanı müzakirələrdə Ermənistanın baş naziri Nikol Paşinyanın laubəli davranışı və hətta miskin görünüşü onun Paris-Moskva-Tehran triosu tərəfdən necə ağır təzyiqlərə məruz qaldığını bariz şəkildə göstərirdi.
Təbii, Brüssel görüşündə ifrat konkret nəticələrin əldə olunacağını, sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı anlaşmanın razılaşdırılacağını, qarabağlı ermənilərin durumu barədə son qərarın veriləcəyini təxminləmək sadəlövhlükdür.
Proses qısa zamanda bitən deyil və davam edəcək.
Hazırda Rusiyanın sülhməramlı kontingentinin nəzarətində olan Xankəndi və digər şəhərlərimizə gəldikdə isə, onların da azad ediləcəyi şübhəsizdir.
Sadəcə, prosesi real dəyərləndirmək, Azərbaycanın bu istiqamətdəki siyasətini və qəbul etdiyi qərarları adekvat dəyərləndirmək gərəkdir.

"Xankəndi nə zaman azad ediləcək?" sualının ritorik gözlənti məcrasından çıxarılaraq real fəaliyyət müstəvisinə keçirilməsi ilə bağlı suallar da emosionaldır, çünki rəsmi Bakı İkinci Qarabağ Müharibəsi başa çatandan bəri həmin istiqamətdə aktiv çalışır.
Laçının qayıdışını ən yaxşı halda 2023-cü ilin sonlarında təxminləyənlər üçün ötən həftədəki proseslər necə "sürpriz" oldusa, Xankəndində bayrağımızın dalğalanacağı gün də elə "qəfillik" sayılacaq. Çünki Bakı sözə yox, işə üstünlük verir.milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar