Xəbər lenti
"Erməni millət deyil, təşkilatdır, onlar elə bir qonşudur ki, ağacımız əlimizdə olmalıdır..."
Aaprelin 8-də ötən əsrin ən dəhşətli cinayətlərindən biri - Ağdaban soyqırımının ildönümüdür.
Manevr.az bildirir ki, Moderator.az-ın əməkdaşı bu münasibətlə soyqırımda bir neçə yaxın qohumunu itirmiş rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovla görüşüb və fürsətdən istifadə edərək ondan bir neçə suala cavab alıb.
-Cavid müəlim, Ağdaban soyqırımının növbəti ildönümünə sayılı günlər qaldı. Amma bu günədək heç bir yerdə rast gəlmədik və mediada da eşitmədik ki, həmin qətliamın günahkarlarından kimsə nəinki məsuliyyətə cəlb olunub, hətta hansısa hava limanında bir neçə saatlığa saxlanılıb. Halbuki Azərbaycan onların bir çoxunu beynəlxalq axtarışa verib...
- Burda əslində qeyri-adi bir şey yoxdur. Çünki dünya ikili standartların girovluğundadır. Dünya hər zaman Azərbaycan həqiqətlərinə göz yumub və sanki erməni yalanları ilə qidalanmaqdan zövq alıb. Özü də burada təkcə xristian təəssübkeşliyi rol oynamayıb, ermənilər bir toplum olaraq giricidirlər və insanları inandırmağı bacarırlar. Tarix boyu bizə qarşı haqsızlıq olub və bu gün də davam edir. Azərbaycanın və Türkiyənin inkişafından, dünya siyasətində həlledici mövqe qazanmağımızdan qıcıqlanırlar, buna görə də bir çox beynəlxalq mərkəzlər ermənilərdən bizə qarşı alət kimi istifadə edirlər.
- Ağdaban hələ də işğal altındadır. Daha doğrusu, kəndə gedən yol ermənilərin nəzarət etdiyi ərazidən keçdiyindən ora rahatlıqla daxil olmaq mümkün deyil. Kənddə rus sülhməramlıları varmı?
- Ağdabanda yoxdur, amma Bağlıpəyə kəndindəki təmas xəttində rus sülhməramlıları var. Ermənilərin əsas qarnının ağrısı odur ki, deyirlər siz bizə Xudavəngə getməyə icazə verin, biz də o zaman Ağdaban yolundan çəkilək. Ermənilər istəyir ki, ordakı alban kilsəsinə istədikləri vaxt keflərinə verən kimi gedə bilsinlər. Bizsə onların nazı ilə oynayan deyilik. Mən Xudavəng olan ərazini qarış-qarış tanıyıram, uşaq vaxtı orda çox oynamışam. Biz ora Vəng deyirdik. Orda yaxınlıqda civə zavodu vardı və rəhmətlik Ələsgər əmim həmin civə zavodunun direktoru idi. Əmim elə orada yaşadığından mən də tez-tez onun yanına gedirdim. İşğal dönəmində həmin Xudavəng qalasının başına oyun açıblar, oranı erməniləşdirməkdən ötrü ağıla gələn və gəlməyən hər şey ediblər.
- Yəni Ağdabanda hal-hzırda heç bir erməni yaşamır.
- Yox, heç bir yaşayış yoxdur. İşğaldan sonra bizim kəndin sakinlərindən rus sülhməramlılarının müşayəti ilə Ağdabana getmişdilər. Orda yalnız bir erməni 10-15 arı saxlayırmış.
- Yəqin Çapar kəndindən gələn erməni olar...
- Yəqin ki. Dəqiq deyə bilmirəm. Bizim uşaqlar daha gedib soruşmayıblar ki, kimsən, burda nə gəzirsən? Amma Ağdaban və ona bitişik Çayqovuşan kəndləri boşdur. Sadəcə getmək mümkün deyil.
- Təmas xəttində duranlar erməni hərbçiləridir, yoxsa rus sülhməramlıları?
- Əvvəl Bağlıpəyədə ruslar dayanırdı. Amma sonradan Saleh Məmmədovgil (AAYDA sədri) ora yol açdılar. Daha doğrusu, Ağdabana qədər olan yolu bərpa elədilər. Torpaq yol çəkildi və istəyirdik sonradan asfalt çəkilsin, amma alınmadı, mane oldular, məsələ elə o cür də qaldı.
- Ruslar qoymadı...
- Qoymadılar. Bilirsiniz, Ağdaban mənim doğulduğum kənd olduğu üçün demirəm, o qədər unikal strateji mövqedədir ki, elə ona görə də min bir bəhanə ilə geri qaytarmaq istəmirlər. Orada 3 kənd var. Bağlılpəyə, Çayqovuşan və Ağdaban. Çayqovuşanla Bağlıpəyə kiçik kəndlərdir, amma Ağdaban mərkəzdir, böyükdür. Kəlbəcərdən gələndə Ağdabana gedən 7 km yolun kilometr yarımı Dağlıq Qarabağın ərazisinə düşürdü. Ona görə indi də Ağdabana getmək istəsən gərək gedib rusun yanından keçib qalxasan kəndə. Rus sənə mane olmur, amma qarşıda ermənilərin postu var.
- Qanunsuz silahlı birləşmələrin postu.
- Təbii ki. Adlarını polis qoyublar, amma hamı bilir ki, bunlar quldur dəstəsidir.
- Cavid müəllim, ermənilərin başına belə bir oyun açılsaydı, tutaq ki, Ağdaban və Başlıbel kimi onların hansısa kəndində gedib qətliam törətmiş olsaydıq, dünyanı ayağa qaldırmışdılar. Amma biz başımıza açılan bunca müsibətləri dünyaya çatdıra bilmədik. Bunun günahı ermənilərdə yox, elə özümüzdə deyilmi?
- Bizim günahımız yoxdur. Onu başa düşmək lazımdır ki, dünyada bizi istəyən yoxdur. Hələ sovetlər dönəmində bizi düz əməlli tanıyırdılar guya? Rəhmətlik Ulu Öndər Azərbaycanda hakimiyyətə gələnədək SSRİ məkanında bizi adam yerinə qoyan vardı? Gedirdik Moskvaya, deyirdilər ki, siz hardan gəlmisiniz? Amma Heydər Əliyev Azərbaycanı məşhurlaşdırdı, sovetlər birliyinin ən öndə gedən respublikalarından birinə çevirdi. Heydər Əliyev olmasaydı, hələ sovetlərin zamanında ermənilər Qarabağ məsələsinin öz istədikəri kimi həll etmişdilər. Amma Ulu Öndər sinəsini qabağa verib bu məkrli ssenarini pozdu. Eləcə də son zamanlar cənab prezidentin 44 günlük savaşda dünyanı necə heyrətləndirdiyini görmədinizmi? O savaşda İlham Əliyev təkcə erməniləri yox ey, dünyanı şoka saldı. Bütün beynəlxalq təşkilatlar ermənilərin əlində oyuncaq olaraq bizim öz doğma torpaqlarımızı qaytarmağa guya razı idilər? Qətiyyən yox. Yüz il qalsa da ermənilərə gözün üstə qaşın var deməyəcəkdilər. Amma İlham Əliyev bu oyunu pozdu və hamıya yerini göstərdi. Bundan danışmaq lazım. Özümüzü günahlandırmağa nə var ki. O boyda Xocalı qətliamı baş verib, əsrin ən dəhşətli soyqırımı, amma bizə onu dünyaya tanıtdırmağa imkan vermirlər. Çünki dünya erməni yalanları ilə xirtdəyə qədər doldurulub. Şəxsən mən Ağdaban soyqırımı ilə bağlı sənədləri Beynəlxalq məhkəməyə də göndərdim.
- Baxılmadı...
- Kimdir baxan. Bizdən gedən şikayətləri tullayırla qırağa.
- Çünki bütün beynəlxalq təşkilatların içərisində ermənilər və onlara havadarlıq edənlər var.
- Təsəvvür edin ki, Haaqa məhkəməsinin sədr müavini ermənidir. Bilirsiniz, bizim ayrı yolumuz yoxdur. Rəhmətlik Atatürkün dediyi sözlər bütün zamanlar üçün keçərli olacaq ki, Türkün Türkdən başqa dostu yoxdur. Cənab prezident ermənilərlə məsələdə də çox düzgün yol tutub. Bir məsəl var ey, haylamaqla donuzu darıdan çıxarmaq olmaz. gərək döyüb çıxarasan.
- Yeganə təsəllimiz odur ki, qisas qiyamətə qalmadı və bizim nəsil torpaqlarımızın işğaldan azad olunduğunu gördü.
- Mən sizə bir şey deyim də. İnsan ağlına sığmayan, insan düşüncəsinin həzm edə bilmədiyi bir hadisə və ya nəsə eşidəndə, görəndə onu fantastika adlandırırıq də. 44 günlük savaş da fantastika idi. Kimin ağlına gələrdi ki, belə bir parlaq qələbə qazanacağıq? Bu kimin nə deməsindən asılı olmayaraq İlham Əliyev dühasının məhsulu deyildimi? Sizə həqiqəti deyirəm, şəxsən mən inamımı itirmişdim ki, yəqin mən torpaqların işğaldan azad olunmasını görməyəcəm. Amma İlham Əliyev mümkün olmayan şeyləri mümkünə çevirdi. Bu kişi adını tarixə qızıl hərflərlə yazdırdı, vəssalam, buna kimsə əks arqument qoya bilməz.
- İnşallah tezliklə Ağdaban da işğaldan tamam qurtular və orda da söhbətləşərik.
- Mənim heç buna şübhəm yoxdur. Amma başa düşmək lazımdır ki, çox çətindir. Rusun indi əlacı yoxdur deyə, bizə tərəf azca da olsa meyyləndiyi hiss olunur. Həm Ukraynada baş verənlər, həm də ermənilərin ipə sapa yatmamsı, ruslara qarşı nankorluq etmələri Rusiyanı bəzən bizə qarşı ədalətli mövqe sərgiləməyə vadar edir. Onu da unutmaq olmaz ki, Kəlbəcəri savaşla geri almaq Azərbaycana çox baha başa gələ bilərdi və on minlərlə itkimiz olardı. Bu da Ali Baş Komandanın Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən biridir. Ümumiyyətlə, yəqin ki, Qarabağ məsələsi həll olunacaq. Çünki sülhün alternativi yoxdur.
- Amma onu da unutmayaq ki, bunlar çox iyrənc millətdir və sülh olsa belə qiyamətə qədər tətikdə olmağa məhkumuq.
- Yadınızda bir şeyi saxlayın. Erməni millət deyil, təşkilatdır. Onlar bir təşkilat kimi qarşılarına tək bir məqsəd qoyublar ki, türkü qırmalıdırlar. Onlar təkcə bizə qarşı belə anormal siyasət aparmırlar ki. Onlar dünyada yaxşı nə varsa, öz adlarına çıxırlar. Onlara əsrlərlə belə bir yanlış təsəvvür təlqin ediblər ki, dünyada bunlardan yaxşısı, istedadlısı yoxdur. Bunlar xəstə doğulublar və həmin xəstəliklə də bu dünyadan köçürlər. Adamları amansızlıqla qətlə yetirilər, adını qoyurlar ki, onlar buna haqq edirdi.
- Bütün bunlara baxmayaraq sülhə də inanırsınız.
- Dünyadakı bütün müharibələrin axırı sülhlə bitib. Nə biz erməniləri silib yer üzündən süpürəsi deyilik, nə də onlar bizi. Biz onlarla qonşuluqda yaşamağa məhkumuq. Bunu biz seçməmişik ki. Taleyimiz belə gətirib. Bu elə bir qonşudur ki, dostluq etsək də ömrü boyu ağacımız əlimizdə olmalıdır.
- Bu günlər mediada bir xəbər başlığı hamının diqqətini cəlb etdi ki, Cavid Qurbanova yeni vəzifə verildi. Əvvəllər bu idman növünün adı yüngül atletika idi, deyəsən gördülər ki, deyəsən, ən ağır idman növüdür, ona görə "yüngül" sözünü çıxardılar...
- Ümumiyyətlə, yüngül iş yoxdur. O baxır kim həmin işə hansı prizmadan baxır.
- Federasiyadakı durumla maraqlanmaq imkanınız oldumu? Hər şeyə sıfırdan başlamaq lazım gələcək, yoxsa vəziyyət ürəkaçandır?
- Desəm ki, heç nə yoxdur, heç bir iş görülməyib, ədalətsizlik etmiş olaram. Atletlərimiz də var, yer tutanlarımız da var, idman arenaları da. Bir neçə gündür gəzirəm, vəziyyətlə yerindəcə tanış oluram. Birincisi, möhtərəm cənab prezident və Mehriban xanım məsləhət bilib ki, mən o federasiyaya gedim. Deməli, atletlərimizdən gözləntiləri daha böyükdür. Unutmayaq ki, atletika olimpiya idman növüdür. Azərbaycanda da o potensiual var ki, dünyaya səs salacaq idmançılar yetişdirilsin. Məndən əvvəl həmin federasiyaya rəhbərlik edən Çingiz müəllim Milli Olimpiya Komitəsinin müavinlərindən biridir və çox yaxşı kişilərdən də biridir. Sanabllı adamdır, intəhası onun işi hədindən çoxdur. Gələn il olimpiya oyunlar var, cənab prezident qarşıya məqsəd qoyub ki, o daha çox o istiqamətdə çalışsın.
- Medal gözlədiyiniz atletləriniz çoxdurmu?
- Mütəxəssisləri danışdırmışam. Deyirlər ki, maksimum 5, minimum 2 lisenziya ala bilərik. Amma bu ilkin qiymətləndirmədir. Mənə belə bir etimad göstərilibsə, deməli, əlimizdən gələni əsirgəməməliyik ki, uğurlarımız daha çox olsun. Atletlərimizin maddi bazası zəifdir. Manejə baxdım, yeni standartlara uyğunlaşdırılmalıdır, modern tələblərə cavab verməlidir. Ulu Öndərimizin zamanında yaxşı manej tikilib, amma indi standartlar dəyişib, modernləşdirilməldiir. Mən onu da arzulayardım ki, bəlkə qismət olsa gələcəkdə Kəlbəcərdə belə bir manej tikilsin. Kəlbəcər şəhərinin özü dəniz səviyyəsindən 1600 metr yüksəlikdə yerləşir. Dağ şəraitində idman edən uşaqlar aşağı düşəndə daha böyük potensiala malik olurlar və onların uğur qazanma şansları daha çox olur. İnşallah ümid edirəm ki, bu arzumuzu gerçəkləşdirmək mümkün olacaq və atletlərimiz onlara göstərilən qayğını, etimadı doğruldacaqlar.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar