Xəbər lenti
"Rusiya Ermənistanı qucağında elə saxlayıb ki, tərpənə bilmir" - Müsahibə
Manevr.az həminmüsahibəni təqdim edir:
- Tofiq müəllim, 6 ay sonra Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin Moskvada görüşü baş tutdu. Kommunikasiyaların açılması ilə bağlı nikbin yanaşmaların olduğu açıqlanıb. Sizcə, prosesin ləng dinamikada getməsinə səbəb nədir?
- Burada bir neçə məsələ var. 10 noyabr 2020-ci ildə əldə edilmiş razılaşmaya əsasən Ermənistan Azərbaycana Naxçıvanla birləşmək üçün dəhliz verməli idi. Bu tarixi Zəngəzur ərazisindən keçən bir dəhliz olacaqdı. Çünki həmin bəyanatda göstərilib ki, bu dəhliz rus sərhədçilərinin nəzarəti ilə fəaliyyət göstərəcək. Amma görünən odur ki, bu proses getmir. Yəni, Ermənistan Zəngəzur dəhlizinin açılmasına razılıq vermir. Sadəcə olaraq qarşı tərəf kommunikasiyaların açılmasına razıdır. Belə olan halda ortaya digər bir məsələ çıxır. Bu da Laçın dəhlizi ilə bağlıdır. Ona görə də məsələ hələ də öz həllini tapmayıb. Çünki Ermənistan Azərbaycana dəhliz vermirsə, biz tam ixtiyarla Laçın dəhlizində bu məsələni birdəfəlik həll edəcəyik.
- Kommunikasiyalar dedikdə konkret nə nəzərdə tutulur?
- Burada başqa kommunikasiyalar da mövcuddur. Onların da işə salınması vacibdir. Bu, Qazax rayonu istiqamətindən bəzi kommunikasiya xətlərini də nəzərdə tutur. Eyni zamanda Zəngəzur dəhlizinin davamı olaraq Naxçıvandan Ermənistana gedən yolun çəkilişi nəzərdə tutulub. Bundan başqa Türkiyə ilə Ermənistan arasında dəmir yolu xətti bağlantısı olub. Sovet vaxtında bu xətt də mövcud idi. Ona görə də kommunikasiyalara aid mövzular çoxdur. Yaxşı ki, bu məsələlərə aid fikir mübadiləsi başlayıb.
- Delimitasiya və demarkasiya həll edilmədən kommunikasiyaların açılması baş verə bilər?
- Delimitasiya və demarkasiya prosesinə isə doğrusu çox nikbin yanaşmaq olmur. Çünki bu məsələlərdə çoxlu problemlər var. Ümumiyyətlə hansısa bir, ya da iki görüşdən nəticəni gözləmək sadəlövlük olar.
- Azərbaycan Rusiya ilə sərhəd xətlərini 2010-ci ildə həll etdi. Gürcüstanla isə hələ də 30 faiz sərhəd xətlərində həll edilməmiş məsələlər var. Belə olan halda Ermənistanla qısa zamanda sərhəd məsələsinin həllinə necə ümid etmək olar?
- Son Brüssel görüşündən sonra müəyyən aktivlik hiss olundu. Ancaq son günlər yenidən sanki durğunluq yaşanır...
- Brüssel və yaxud Moskva formatı artıq fəal deyil. Ona görə də artıq onları heç format da adlandırmaq olmaz. Çünki real danışıqlar yoxdur. Yəni, görüşdən-görüşə hansısa müzakirələr baş verir və s. Bu ciddi, mütəmadi şəkil almayıb.
- Sizcə, bu, Brüssel və ya Moskva arasında ziddiyətlə nə dərəcədə bağlıdır?
- Əslində bu iki format arasında heç ziddiyət də yoxdur. Kimsə, mənə desin ki, burada ziddiyyət nədən ibarətdir, başa düşüm! Yəni, mövzulara aid burada heç bir ziddiyyət yoxdur. Rusiyanın guya bu məsələyə görə, hansısa bir gərginliyi var və s. Buna çox da inanmaq olmaz. Rusiya onsuz da Ermənistanı qucağında elə saxlayıb ki, onların tərpənmək imkanları belə yoxdur. Sadəcə olaraq Avropa İttifaqı böyük maliyyə imkanlarına malik bir qurumdur. Tərəflər, yəni Azərbaycan və Ermənistan da daha çox maraqlıdır ki, bu mənbədən istifadə etsin. Başqa-başqa layihələrin maliyyələşməsi məhz bu istiqamətdən olsun deyə belə yanaşmalar var. Bundan başqa burada ayrı bir məsələ görünmür.
- Ermənistanda son günlər etirazlar səngimir. Kütlə sayı az olsa da, müntəzəm olaraq mitinqlər keçirilir. Bu, sülh prosesinə, tərəflər arasındakı razılığıa hansısa dərəcədə təsir göstərə bilərmi?
- Biz öz tərəfimizdən bu məsələyə baxmalıyıq. Bir vaxtı bizim media məkanında ironik də olsa, gedən bir söhbət vardı, yəni Ermənistanın Baş naziri Nikol Paşinyan özünü ermənipərəst aparır. İndi də bu gülməli fikiri xatırlamaq olar. Çünki o erməni millətçiliyini kənara qoyub proseslərə soyuq başla yanaşa bilmir. Sadəcə olaraq N.Paşinyanın digər erməni millətçilərdən fərqi odur ki, real imkanları nəzərə alaraq nəsə bəyanatlar verir. Bu sadəcə belədir. O, prosesin irəliləməsi üçün hansısa addımları atmağa da tələsmir. Amma buna baxmayaraq bizim üçün Ermənistanın ziyanına siyasət aparan bir tərəf lazımdır. Çünki Azərbaycanın hərbi, iqtisadi, siyasi üstünlüyü həddindən artıq çoxdur. Əgər qarşı tərəf bundan sonra da qeyri-adekvat siyasət aparsa, bizim üçün bəhanə olar ki, onlara qarşı sərt adımlar ataq. Ona görə də bizim üçün Ermənistanda millətçilərin hakimiyyətə gəlməsi ilə bağlı haray-həşir salmağa ehtiyac yoxdur. İmkan verək ki, onlar hakimiyyətə gəlib səhvlər etsinlər ki, biz də bu səhvlərdən özlərinə qarşı istifadə edək. Çünki onlar növbəti səhvlərində Azərbaycandan daha bir sərt qapaz alacaqlar.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar