Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rənglər, riyaziyyat, estetika, əlaqə...- Müşerref Saatlı Bulmuş

Tarix: 09-09-2021 14:22     Baxış: 3637 A- / A+
Rənglər, riyaziyyat, estetika, əlaqə...- Müşerref Saatlı Bulmuş
Müşerref Saatlı Bulmuş

Müşerref Saatlı Bulmuş, Akhisarda doğulmuşdur. İstanbul Universiteti Diş Həkimliyi Fakültə-sini bitirmişdir. Eyni zamanda rəsm çəkir ve keramika ilə məşğul olur. Eyni zamanda, kiçik əsərlər də yazıır. Bodrumda yaşayır.

RƏNGLƏR, RİYAZİYYAT, ESTETİKA, ƏLAQƏ

Rəsm tablosu hər şeydən əvvəl, bir yaradıcılıq ustalığıdır. Bir tabloda izləyicini cəzb edən ən böyük şeyin fiqurlardakı riyazi tarazlıq olduğunu düşünürəm. Bu tarazlıq kainatdakı o bö-yük harmoniyanın bir əksi kimidir.

Tamaşaçı bu harmoniyanı qavradıqda, fərqinə varmadan, rəsm əsərini gözəl görür. Bu sa-bit bir tarazlıq deyildir. Əksinə , bu dinamik bir tarazlıqdır. Bu tarazlıq vəziyyətində bir harmo-niya var. Və göz istər-istəməz bu tarazlığı axtarır.

Bax, elə böyük sənət əsərləri də bu harmoniyanı ehtiva edir. Bütün bu dərəcə və harmoni-yanın təməli riyazi bir tənzimləmə ilə reallaşır.

Rəsm əsərindəki bu riyazi tənzimləmə izləyicini içinə çəkib rəsmin məzmunundakı ifadə-ni, mesajı izləyiciyə çatdırır.

Günümüzdən 2400 il əvvəl Platon “Nizamsız bir şey gözəl olmaz”- demişdir. Qədim yunan mədəniyyəti, gözəlliyi bir varlığın içindəki nizamda, ya da müxtəlif varlıqların nizamlı toplulu-ğunda axtarırdı. Rəsm sənəti riyaziyyatın alt qolları olan cəbri (nisbəti) və həndəsəni (perspekti-vi) özündə ehtiva edir.

Rəsmdəki riyazi quruluşun həyata keçirilməsində ən böyük köməkçi perspektivdir. Pers-pektiv ilə iki üzlü kətana üçüncü bir səth, yəni dərinlik əlavə olunmuşdur. Rəsmə daxil olan perspektiv fiqurlar arasındakı uzaqlıqdan asılı olaraq, görünüşləri nizamlayır.

Perspektivi rəsmdə ilk dəfə tətbiq edən Giotto olmuşdur. Perspektivi həndəsi düzənə və xətt perspektivinə ən təsirli şəkildə tətbiq edən isə P.Uccellodur.

Sonrakı əsrlərdə rəsmdə riyaziyyatın digər alt qolu olan hesabın, yəni nisbətin ən təsirli şə-kildə istifadə edildiyi dövrlərdən biri ekspressionizm, xüsusilə kubizm idi. Paul Cezannenin əsərlərində ustalıqla istifadə etdiyi riyazi formatlar rəsmdəki mənanı gücləndirmişdir. Picasso isə cismin daxili quruluşunu da rəsm mövzusuna çevirərək əsərlərində həndəsi tənzimləmələr-lə həcmli formalar yaratmışdır. Cismləri hissələrə ayıraraq müxtəlif rakurslardan görünüşləri ilə təsvir edən kubistlər riyaziyyatı rəsmdə ən geniş istifadə olunandır.

XIX əsr rəsmdə bir neçə cərəyanın, axtarışın önə çıxdığı dövrdür.Xüsusilə, ekspressionistlər riyaziyyatı rəngkarlığın əsas elementi halına gətiriblər. Məsələn: Mondrian, Klein, Delaunay və Malevich şəkillərində riyazi formalardan geniş istifadə etmişlər. Rəssamın orijinal bir fantastika ilə həyata keçirdiyi bu ahəng, bəlkə də kainatın gizli kodlarını ehtiva etdiyinə görə, insanlar üçün hər dövrdə əvəzolunmaz olmuşdur.

Vasili Kandinski - "Abstrakt rəsm nəzəriyyəçisi"

Mücərrəd rəngkarlığın banisi sayılan V. Kandinski; "Məni rəsm çəkməyə vadar edən təbiət sevgisi və iradədəki sonsuz həyəcandır" - deyir.

Bəzı rəssamların rəsmlərini izlərkən “anlaşılmır”-deyə baxmırsınız. Onlar əsərləri ilə sizi əhatə edirlər. Bəzilərinin əsərlərinə baxanda həssaslığınız o qədər yüksəlir ki, özünüzü bu dü-şüncə və ya hissdə tapırsınız. Budur onlardan biri - Kandinski.

O görünənin rəsmini deyil, görünənin arxasındakı həqiqətin rəsmini çəkmişdir. Rəngin və biçimin ruhsal güclə əlaqəsindən ibarət rəsmlər çəkir. Onun rəsmləri izləyicinin ruhunda, rəng və xətlə bir ritm duyğusu əmələ gətirir. Məsələn, Kandinski: “Qırmızı rəng canlandırıcıdır, bir-başa təsir edir və bu bəlkə də axan qana bənzədiyi üçün can acıdan bir duyğuya qədər irəliləyə

bilir. Yəni bu rəng başqa bir fiziki təsirin xatirəsini oyandırmaqdadır”- deyir. Gördüyünüz kimi onun rəsmi mənaların bizi dərindən sarsıtdığı güclü ritmlərdən əmələ gəlmişdir.

Kandinski 1866-cı ildə Moskvada dünyaya gəlmişdir. Atası sibirli, anası isə rus olan rəssam kiçik yaşlarında rəsm, fortepiano və violonçel dərsləri almışdır. 1870-ci ildə orta məktəb illərin-də həvəskar fortepiano və violonçel konsertləri də vermişdir. 1886-cı ildə Moskva universitetin-də hüquq və iqtisadiyyat üzrə təhsil almışdır. Akademik kariyerası 1896-cı ilə qədər davam edir. Ancaq hər gün rəsmə olan sevgisi daha da artır. Və karyerasını buraxaraq, rəssam olmağa qərar verir. 1897-ci ildə, yəni 30 yaşından sonra Münhendəki Anton Azbenin rəsm məktəbinə yazılır.

V.Kandinskinin rəsm əsərləri dərin müşahidələrə əsaslanır. Rəssama görə təbiətdəki hər şey insan təbiəti ilə əlaqədə olan bir ritm içərisindədir. Hər rəngin, hər cizginin ifadə etdiyi bir həssaslıq dərəcəsi vardır. Buna görə müəyyən həndəsi formalar müəyyən həssaslıq dərəcələrini ifadə edir. Rənglər və formalar arasında qurduğu əlaqələr mücərrəd həndəsi rəngkarlığın əsası-nı təşkil edir.

1903-cü ildə Moskvada ilk şəxsi sərgisini təşkil edir. 1908-ci ilə qədər həm Münhen sənətçi-ləri ilə birgə, həm də Moskva Sənətçilər Birliyi ilə birlikdə sərgilər açır. Bir yandan da bütün Avropanı dolaşır, Bavyera şüşə rəsmlərinin və ikonalarının ifadəliliyi onu heyran edir. V.Gogh, Gauguin və Monetin rəsm əsərləri və impressionizm haqqında araşdırmalar edir.

Kandinski rəssamlıq fəaliyyətinə 1909-cu ildə başlayır. Bu əsərləri digər rəssamların da diqqətini çəkir. "Mavi atlı" hərəkatı dövründə Pikasso, Matisse, Delauney və Klee ilə bir araya gəlir, mücərrəd rəsm, realizm və ibtidai rəsmlər haqqında intellektual müzakirələr aparır. Kan-dinskinin rəsmləri bu mövzuların kəsişmə nöqtəsidir. Onun rəsmdə vermək istədiyi şey daxildə və vacib olandır. Obyektiv görünənin rəsm edilməsinin keçmişdə qaldığını düşünür. Daxili, yə-ni mənəvi-əqli-intellektual olanın isə yüksəlmiş ruhun, təmizlənmiş duyğuların işi olduğunu söyləyir. Beləliklə, daxildə olanın gələcəyi içində daşıyan bir nüvə olduğunu ifadə edir. Bunun gələcəkdən xəbər verən bir gücü olduğunu düşünür. Varlığın ən saf halını hiss edərək, rəsmlər çəkir.

Abstrakt rəsmin atası sayılan Kandinskinin rəsimlərindəki ən təsirli amillərdən biri də musiqidir. Həm də musiqiçi olan rəssam, rəsmlərində hər iki sənəti birləşdirir. Mücərrəd musiqi obrazlarını rəsmdəki rəng çalarlarına və cizgilərə çevirir, daxili bir səs yaradır.

Kandinski 1917-ci ildə Moskva İncəsənət Akademiyasına professor olaraq dəvət edilir, Moskva-da dərs dediyi müddətdə Təhsil Komissarı vəzifəsinə təyin olunur. Rusiya Estetika İnstitutunun ya-radılmasında fəal iştirak edir. Vladimir Tatlin ilə "konstruktivizm, suprematizm və materialların mə-dəniyyəti" üzərində işləmişdir. 1922-ci ildə məşhur alman məktəbi Bauhausda dərs keçmək təklifi alır. Burda müəllimlik etməyi dərhal qəbul edir. Çünki Bauhaus məktəbində həyata keçirilən yeni dizayn-lar geniş yayılmaqdaydı.

İntuitiv gücü ilə Kandinski dəyişən sosial quruluşu erkən qavrayırdı. Sənət əsərləri ənənəvi mə-nada izlənilənilərkən , sənaye çağında sənət əsəri bir sənət obyektinə çevrildi və həyatımızın bütün sa-hələrində yer almağa başladı. Yeni dizaynlar hər evə kütləvi istehsal şəklində daxil olan bədii obyekt-lərdir. Əslində bu anlayış, estetik-bədii genişlənmələri insanlarla asanlıqla və ucuz bir araya gətirmək-lə yanaşı, sinif fərqini də ortadan qaldırdı. Çünki o vaxta qədər yalnız kübarlara məxsus olan sənət əsərləri adi insanların da sahib ola biləcəyi bədii əşyalara çevrilmişdi. Kandinski bu məktəbin ən önəmli müəllimlərindən idi.

Bu dövrdə "Sənətdəki mənəviyyat haqqında" ilk kitabını yazdı. 1933-cü ildə nasistlər Bahaus məktəbini bağladıqda Almaniyanı tərk edərək Fransaya yerləşdi.

Ömrünün sonuna qədər Paris yaxınlığındakı Neully-də yaşadı. Bu dövrdə Fransada imp-ressionizm və kubizm rüzgarı hakim idi. Kandinski isə mücərrəd və mücərrəd-həndəsi rəsm sahəsində işinə davam etdi. Həmin vaxtlarda, Mondrian Delaunay və J.Miro ilə tanış oldu və bir-birlərindən təsirlənərək mücərrəd həndəsi rəsmlərin ən gözəl nümunələrini yaratdılar. 1939-cu ildə Fransa vətəndaşlığına keçdi.

Abstrakt rəsmin atası sayılan Kandinski bir sənət nəzəriyyəçisi olaraq, rəssamlıq tarixində layiqli yerini tutdu. 1944-cü ildə yaşadığı Neully-də öldü. Geridə qoyduğu minlərlə rəsm əsər-ləri Avropa və Rusiya muzeylərində sərgilənməkdədir.

Təqdim etdi: Nazilə Gültac
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar