Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Ölüm həsrəti” reallaşdı : bura sözün bitdiyi yerdi - ŞƏKİLLƏR

Tarix: 02-02-2019 23:49     Baxış: 2621 A- / A+
“Ölüm həsrəti” reallaşdı : bura sözün bitdiyi yerdi


Dünya çapında hər hansı canlının öldürülməsi qınaq obyekti olduğu kimi, insanın insanı məhv etməsi də cinayət faktı olaraq qəbul olunur. Bu da azmış kimi öldürdüyü adamı yenidən öldürürmüş kimi kəsmək, doğramaq, təcavüz etmək, dərisini soymaq kimi ağlasığmaz davranışlar haqqında düşünmək belə ağırdır. Bura sözün bitdiyi yerdir.

Xocalı faciəsi də faydasevər siyasətin, insanlığa sığmayan sərhədsiz dahranışların meydan suladığı, fərqli bir qətliyamdır. 20 Yanvar faciəsinin ardınca , ağrı-acılarını unutmağa macal tapmamış Azərbaycan dövlətinə təyziqlərin artdığı bir zamanda, müstəqilliyinə yeni qovuşmuş bir xalqın mübarizə əzmini qırmaq, hədə-qorxu ilə bölgədə mövqeyini bərkitmək istəyən imperiya qüvvələrinin növbəti həmləsi-soyqırım siyasəti olaraq Xocalı qətliyamı reallaşdı... Aradan 26 il keçməsinə baxmayaraq bu qanlı hadisə nə hüquqi, nə də siyasi qiymətini almış oldu. Beləcə dünya qanlı tarix yazmaqda israrlı olduğu bir daha təsdiq etdi. Yeni il ərəfəsində də İrəvan Dövlət Dram Teatrı yaddaşları təzələyəcək bir mövzuya müraciət edərək yazıçı Sabir Şahtaxtının “Ölüm həsrəti” tamaşasının premyerasını Rus Dram Teatrının səhnəsində reallaşdırdı.

Əvvəlcə diqqətimi çəkən tamaşanın səhnə və musiqi tərtibatı oldu. İlk baxışdan səhnədə qurulan xarabalıq nədənsə mənə Misir ehramlarını xatırladırdı. Əsirlərin saxlanıldığı yer isə tövlə və ya bağlı zirzəmi olmalıydı ki, daha canlı təsurat yaratmiş olsun.

Əsərin motivi publikanı məlumatlandırmaq istəyi üzərində qurulduğu üçün səhnədə daha çox səs-küylü musiqi, haray-həşir, qışqırıq vardı. Jurnalist taktikasından çıxış edən müəllif hərəkətdən də daha çox söz-söhbətə, xatirələrə yer verilmişdi. O cümlədən savaşda ərinə cəng yoldaşı, özü isə bir cəngavər olan şərq qadınını nədənsə burada zəif və çarəsiz təqdim edirdi. Hələ bu azmış kimi güvəncimiz olan əsgər bir qozbel erməni qızının əlində oyuncaq olacaq qədər zavallı və müti gördüm. Bu məni qane etmədi. Yadımda qalan və məni düşündürən yeganə obraz əməkdar artist Tünzalə Əliyevanın oynadığı ağlını qaçırmiş əsir oldu. O da əsir düşməzdən əvvəl, körpəsini qoynuna sıxıb qaçan, bir ananın fədakarlığından danışırdı. Lakin məzmundan fərqli olaraq özünü oynayırdı. Yalnız düşmən əlinə keçməmək üçün körpəsini əbədi yuxuya vermiş bir ananın faciəsini yaşayan qadın ağlını qaçıracaq qədər dəhşətə şahid ola bilərdi... Hətta hadisələrin təsvir dinamikası o qədər ağır və ağrılı gedirdi ki, iki dəfə zalı tərk etmək cəhdindən özümü zorla saxladım.

Tamaşa bitincə alqış səsləri zalı başına götürdü. Mənə elə gəldi ki, əsil tamaşa elə ondan sonra başladı. Qeyri-ixtiyarı mən də alqışlayanlara qoşulub, adamların nəyə əl çalırdığını anlamağa çalışdım. Bu qədər qana, haray-həşirə, qışqırığa, qurban kəsilən əsirlərə, zülmə, zillətəmi???

Ən azından tamaşanın mübarizə ruhu, əsərin imkanlarına uyğun aktyor oyunu və ya yaddaşları fəth edəcək yaradıcı bir iş alqışlara layıq olmalıydı. Təssüf ki, gözlədiyim olmadı.

Belə başa düşürəm ki, müəllif tamaşaçını nəzərə almadığı üçün hiss-həyəcanını yönəldəcək ünvan buraxmamışdır. Bir sözlə müəmmalı suallar doğuracaq sujet xətti ilə Xocalı faciyəsi dünyada baş verən qanlı hadisələrdən biri kimi xatırlanır, düşündürməkdən daha çox illər boyu yığılan məlum informasıyanı bir dəfəyə verməklə tamaşaçını əlacsız, arzuolunmaz bir duruma düşürmüş oldu. Əslində zülmə, cəhalətə, qan-qadaya qarşı olan müəllif adamların həyat eşqini yüksəltmək, mübarizə əzmini coşdurmaq və düzgün yol göstərmək məharətilə fərqlənməlidir. Əks halda heç bir uğurlu işdən, nəticədən söhbət gedə bilməz.

Qismət elə gətirdi ki, həm teatrın rəhbəri İftixar Piriyevlə, həm tamaşanın müəllifi Sabir bəylə, həm də teatrın mətbuat katibi Teymur Bayramovla şəxsən görüşüb, tanış olmaq şərəfinə nail oldum.

Bir sözlə Gənc rejissor Nicat Mirzəzadənin qurluşunda təqdim olunan tamaşa mənə anlatdı ki, biz hələ yaşadıqlarımızın və başımıza gətirilən faciyələrin fərqinə varmaq qüdrətində deyilik. Hər gün itirməkdə olduğumuz zamanın qədirini bilmədiyimiz kimi, özümüzdən və milli-mənəvi dəyərlərlərimizdən uzaqlaşdıqca bunun hesabını soracaq unvan da tanımırıq.
Gec də olsa anladım ki, onlar aktyor oyununu alqışlayırlar...

Akəm XAQAN,
şair, tənqidçı


Manevr.az

“Ölüm həsrəti” reallaşdı : bura sözün bitdiyi yerdi
“Ölüm həsrəti” reallaşdı : bura sözün bitdiyi yerdi
“Ölüm həsrəti” reallaşdı : bura sözün bitdiyi yerdi
“Ölüm həsrəti” reallaşdı : bura sözün bitdiyi yerdi
“Ölüm həsrəti” reallaşdı : bura sözün bitdiyi yerdi



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar