Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Udmurt Milli Kitabxanası 100 illik yubileyini qeyd etdi

Tarix: 14-11-2018 11:54     Baxış: 2792 A- / A+
Udmurt Milli Kitabxanası 100 illik yubileyini qeyd etdi


Manevr.az bildirir ki, Azərbaycan və Udmurt Respublikaları arasında mədəni əlaqələr genişlənir

2018-ci il Udmurt Respublikası üçün əhəmiyyətli il oldu – respublikanın Milli Kitabxanası 100 illik yubileyini qeyd etdi.

Udmurt Respublikası Milli Kitabxanasının universal fondunda 1,5 milyondan artıq saxlama vahidi vardır. Udmurt Respublikasının Milli elektron kitabxanası (UR MEK) hazırda daim onlayn rejimdə əlyetərli olan 35 mindən çox tammətnli rəqəmsal sənədlərdən ibarətdir.

7-9 noyabr 2018-ci il tarixində İjevsk şəhərində Udmurt Respublikası Hökümətinin dəstəyi ilə Milli Kitabxananın yubiley tədbirləri çərçivəsində beynəlxalq iştirakla “Kitabxanalar Rusiya, yaxın və uzaq xarici ölkələr xalqlarının mədəniyyətlərarası əlaqələrin strukturunda” Regionlararası elmi-praktik konfrans təşkil olunmuşdur.

Konfrans iştirakçılarını və qonaqları mədəniyyət və turizm naziri V.M.Solovyov, milli siyasət naziri L.N.Buranova, Avrasiya Kitabxana Assambleyasının Baş direktoru Q.A.Raykova, Udmurt Respublikası Dövlət Şurasının elm, təhsil, mədəniyyət, milli, gənclər siyasəti və idman üzrə Daimi Komissiyasının Sədri, “YEDİNAYA ROSSİYA” deputat fraksiyasının üzvü, “Удмурт Кенеш” Ümumudmurt assosiasiyasının prezidenti T.V. İşmatova salamladılar.

B.N.Yeltsin adına Prezident kitabxanasının nümayəndəsi, pedaqoji elmlər namizədi M.V.Steqayeva “Milli elektron resursun formalaşdırılması: Prezident kitabxanasının təcrübəsi” məruzəsini təqdim etdi.

Çıxış üçün söz Bakı şəhəri Yasamal rayon MKS-inin direktoru, YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan komitəsinin sədri, “ELNİT” Beynəlxalq Kitabxana Assosiasiyasının İdarə Heyətinin üzvü, tarix doktoru L.A.Məmmədovaya verildi. O, ünvan-təbriki oxudu, Milli Kitabxanaya Azərbaycan müəlliflərinin yeni kitablarını hədiyyə etdi. L.Məmmədovanın “Müasir kitabxanalar: rəqəmsal zəmanəsinin problemlərinə cavab” məruzəsi böyük maraqla dinlənildi. Məruzəçi Azərbaycan kitabxanalarının respublikanın əhalisinə təqdim etdikləri Azərbaycanın milli-mədəni və tarixi irsinin rəqəmsallaşdırılmasından, biliklər cəmiyyətinin Azərbaycan modelindən, ölkədə informasiya cəmiyyətinin formalaşdırılması xüsusiyyətlərindən, informasiya xidmətinin inkişafından danışdı. Məruzədə respublikanın kitabxana-informasiya sahəsinə dövlət qayğısına, ölkədə əsrlərlə formalaşıb inkişaf etmiş multikultural, tolerant mühitə xüsusi diqqət yetirilmişdir.

Uşaq, yeniyetmə və gənclər arasında diyarşünaslığa dair ədəbiyyatın təbliği məsələləri, fiziki imkanları məhdud olan insanlarla aparılan işin problemləri və xüsusiyyətləri konfrans iştirakçılarının diqqət mərkəzində olmuşdur.

Konfransda müasir mərhələdə kitabxana fəaliyyətinin digər aktual məsələləri də müzakirə olunmuşdur. Onların arasında beynəlxalq əməkdaşlıq və beynəlxalq kitab

mübadiləsi məsələləri ön plana çəkilmişdir. Bu problemlərə “Beynəlxalq kitab mübadiləsi” mövzusunda “dəyirmi masa” həsr olunmuşdur. Məsələ ilə bağlı “Beynəlxalq kitab mübadiləsi: MDB ölkələrinin milli kitabxanalarında həyata keçirmə təcrübəsi” məruzəni Avrasiya Kitabxana Assambleyasının Baş direktoru Q.A.Raykova etmişdir. Məruzədə qeyd olunmuşdur ki, Azərbaycan Milli Kitabxanası 51 dövlətin, o cümlədən, 9 MDB ölkələrinin 65 kitabxanası ilə əlaqələr yaratmışdır. Nəticədə, 2018-ci ilin 10 ayında kitabxanaya 3354 kitab daxil olmuş, onlardan 211-i MDB ölkələrinin kitabxanalarından olmuşdur. Sənədlərin elektron çatdırılması (SEÇ) məsələsi aparılan diskussiyanın əsas predmetinə çevrilmişdir.

Konfransın sonuncu günü “Gənclər kitabxana işində” II Respublika forumu keçirilmişdir. Forum iştirakçılarına Udmurt Milli Kitabxanasının direktoru Tensina T.V., Yasamal rayon MKS-inin direktoru Məmmədova L.A., Udmurt Respublikasının Fəxri vətəndaşı Botkina Z.Y. müraciət etmişdilər. L.Məmmədova qlobal kommunikasiyalar xaosunda milli mədəniyyətdə milli dəyərlərin əhəmiyyəti, milli mədəni brendin təbliği haqqında danışmışdır.

“Mənim layihəm” (“peça-kuça” formatında) qeyri-formal konfrans maraqla qarşılanmış, burada 10 ən maraqlı stend layihəsi müdafiə olunmuşdur.

Müsabiqədən sonra konfrans iştirakçıları və qonaqlar “Törosereq (Qırmızı künc)” qeyri-formal görüşdə Udmurt Respublikasının mədəniyyət və turizm naziri V.M.Solovyovla görüşmüşlər.

Yubiley tədbirləri çərçivəsində maraqlı mədəni proqram da təşkil olundu. Qonaqlar böyük rus bəstəkarı P.İ.Çaykovskinin Votkinskdəki xatirə ev muzeyini, Buranova kəndində isə Bakıda keçirilən “Eurovision - 2012” müsabiqəsində Rusiyanı təmsil edən və 2-ci yer tutan “buranov babuşkaları”nın qonağı olmuşlar.

Yubiley tədbirlərində Udmurt Respublikasındakı “Dostluq” Azərbaycan İctimai Mərkəzinin sədri, Udmurt Respublikasının xidmət sahəsinin Əməkdar işçisi Zülfüqar Mirzəyev də iştirak etmişdir.

Yubiley konfransının təntənəli açılışında Udmurt Respublikasının mədəniyyət və turizm naziri V.M.Solovyov Azərbaycan Respublikasının mədəniyyət naziri Ə.Qarayevə beynəlxalq mədəni əməkdaşlığın möhkəmlənməsində xidmətinə görə təşəkkürnamə (Taukaron) vermişdir.

Udmurt Milli Kitabxanası 100 illik yubileyini qeyd etdi
Udmurt Milli Kitabxanası 100 illik yubileyini qeyd etdi
Udmurt Milli Kitabxanası 100 illik yubileyini qeyd etdi
Udmurt Milli Kitabxanası 100 illik yubileyini qeyd etdi
Udmurt Milli Kitabxanası 100 illik yubileyini qeyd etdi
Udmurt Milli Kitabxanası 100 illik yubileyini qeyd etdi


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar