Xəbər lenti
Söz qoşan yanıqlı dildi Natəvan -ŞƏKİLLƏR
Xalqımızın böyük iftixarı Xurşidbanu Natəvan xanım Cavanşirin 190 illik yubileyinin Azərbaycanın hər bölgəsində təşkil olunması xalqımızın böyük tarixi hadisəsidir.
Ölkə başçımızın sərəncamı ilə bu yubileyinin dövlət səviyyəsində keçirilməsi isə bir daha Şuşa iftixarımız olmaqla xalqımızın böyük sevincidir. Axı 28 il idi ki, biz Şuşa həsrətilə yaşayırdıq. Artıq Natəvan xanımın yubileyi 28 ildən sonra Şuşa şəhərində də möhtəşəm qeyd olunacaq. Gəlin bir daha klassik şairəmizin həyat yoluna nəzər salaq.
XIX əsrdə yaşayan Xurşidbanu Natəvan xanım Cavanşir Azərbaycanın görkəmli şairəsidir. O, sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı və İbrahimxəlil xanın nəvəsidir.
Mehdiqulu xan qızı Xurşidbanu Natəvan 6 avqust 1832-ci ildə xalqımızın böyük iftixar şəhəri Şuşada anadan olub. Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını verib. O, ailənin yeganə övladı, həm də Qarabağ xanlarının sonuncu vərəsəsi olduğu üçün, onu sarayda “Dürrü yekta” (Tək inci), el arasında isə “Xan qızı” çağırırdılar.
Balaca Xurşidbanunun ilk tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiyələri olublar. Məktəb yaşına çatdıqda isə evdə dövrün alim və sənətkarlarından dərs almağa başlayıb Xurşudbanu. Məşğələ zamanı Xurşudbanu “Quran” ayələrini və dini ehkamları əzbərləməklə yanaşı, dünyəvi elmlərlə də tanış olub. XIX əsrdə kübar ailələrin uşaqlarına bir qayda olaraq doğma dili ilə bərabər, ərəb və fars dilləri tədris edildiyindən, Xan qızı da bu dilləri öyrənib, onların vasitəsilə klassik şeirin qayda-qanunlarını mənimsəyib. О, lazımi dərəcədə bilik əldə etdikdən sonra müntəzəm surətdə mütaliə ilə məşğul olub. Dahi şərq şairlərin ələ düşən nadir kitabları, qiymətli əlyazmaları Xurşudbanunu klassik ədəbiyyata bağlayıb.
Natəvanın dünyagörüşünün, bədii zövqünün formalaşmasında yaxın və uzaq qohumlarının əməyi də az olmayıb. Qasım bəy Zakir, Mirzə Camal Cavanşir, Mirzə Adıgözəl bəy Qarabaği, Əhməd bəy Cavanşir kimi hörmətli və tanınmış şəxsiyyətlər öz yaradıcılıqları, ədəbi söhbət və mübahisələri, eləcə də ağıllı məsləhətləri ilə Xurşudbanuda şeirə və sənətə olan şövq və həvəsi qüvvətləndiriblər.
Tarixçilərin ehtimalına görə, həmin dövrdə xarici və daxili vəziyyətin ciddi surətdə gərginləşməsi ilə əlaqədar xan ailələri üzərində nəzarət gücləndirilmiş və Xurşudbanu milliyatca kumuk türkü Xasay xan Usmiyevlə izdivaca məcbur edilmişdi. Belə bir ehtimal da vardır ki, Vorontsovun şəxsi yavəri Xasay bəy Tiflisdə onlara mülk iddialarında kömək göstərib və bunun müqabilində Xurşudbanuya evlənməyi təklif edib. 1850-ci ilin payızında Xasay bəy Şuşaya gəlib toy edib və Xurşudbanunu Dağıstana- öz doğma kəndinə, oradan da Tiflisə aparıb.
Həyatının çiçək açdığı bir dövrdə Xurşudbanu Tiflisdə yaşamalı olub. Şəhərin səfalı yerləri, təbii mənzərələri ona xoş gəlsə də, burada yaşamağa məcbur olduğu və çox vaxtları tək qaldığı üçün sıxılıb, qəriblik çəkib. Natəvan bu şəhərdə rus, gürcü mədəni cəmiyyətlərinə qoşulub, özü də milli ənənəsi, kübarlara məxsus davranışı və üç dildə sərbəst danışması ilə cəmiyyətlərdə maraq oyatmışdır. Bir sıra vilayət və şəhərlərə səyahətə çıxması Xurşidbanunun təfəkkür dairəsinin genişlənməsinə, dünyagörüşünün artmasına təkan verib. Vladiqafqaza, Dağıstana, Şirvana, Bakıya, Gəncəyə və Naxçıvana səfəri zamanı o, yüksək rütbəli dövlət qulluqçuları, yazıçı, alim və səyyahlarla görüşmüşdür.
1855-ci ildə Xurşudbanunun oğlu, 1856-cı ildə qızı dünyaya gəlib. Oğlunun adını Mehdiqulu, qızın adını isə Xanbikə qoyublar.
Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideallara malik olan şəxsiyyət olub. O, Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoymuşdur. Bu fenomenin meydana gəlməsinin bir neçə əsas səbəbi vardır. Bunlardan birisi şairənin soy köküdür. Yəni, Natəvanda iki böyük nəslin – Cavanşirlərin və Ziyadoğlu Qacarların qanı vardır. Adlarını çəkdiyimiz bu iki böyük və şərəfli nəslin hər biri dünyaya bir sıra şair gətirmişdir. Bunlardan: Cavanşir nəslindən , Əbülfət xan Tutinin, Qasım bəy Zakirin, Ziyadoğlunun, Qacar nəslindən isə Ziyadi Qarabağinin, Müsahib Gəncəvinin və bir sıra başqa şairlərin adlarını çəkmək olar. Maraqlıdır, ki, Ziyadi Qarabaği və Musahib Gəncəvi vaxtilə Qarabağ bəylərbəyisi olublar. Natəvanın yaradıcılığının böyük tədqiqatçısı Bəylər Məmmədov “Natəvanın şair qohumları” kitabında bu məsələni geniş açıqlayıb. Natəvanın nəvəsi Xasay Usmiyev və Natəvanın qızı Xanbikə xanım da anasının yolunu davam etdirərək, qəzəllər və rübailər yazıblar. Xanbikə xanımın bir neçə qəzəli Vasif Quliyevin “Dünənə uzanan cığır” kitabında çap olunub. Bu kitabda göstərilir ki, Xanbikə xanım “Məclisi-üns”ün üzvlərindən biri olub.
Xurşidbanu Natəvan zəmanəsinin görkəmli şəxsiyyətlərindən olub, təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada xeyirxahlığı və mesenatlığı ilə tanınıb. O, kasıblara əl tutmub, Şuşaya su kəməri çəkdirib. Yol çəkdirib və körpülər saldırıb.
Natəvan ikinci dəfə 1869-cu ildə rəiyyət içərisindən çıxan Seyid Hüseyn adlı bir şuşalıya ərə gedib, bu hərəkəti ilə bəy və mülkədarları qəzəbləndirmişdir. Onlar Natəvanın ailə üzvləri arasına təfriqə salaraq, oğlu Mehdiqulu xanın evdən baş götürüb getməsinə müvəffəq olmuşlar. Şairə ömru boyu qınaq və töhmətlərdən yaxa qurtara bilməmişdir.
Şəxsi münasibətlərin, dövranın haqsızlığı, zalımların sitəmi şairi vaxtsız qocaltmış, onu həyat işığına həsrət qoymuşdur. Ağlamaqdan gözlərinin nuru getmiş, bədəni taqətdən düşmüşdür. Xurşidbanu Natəvan 1897-ci il, 1 oktyabrda vəfat edib və Ağdamın “İmarət” qəbiristanlığında dəfn olunub.
Ağdam erməni faşistlərindən azad olunandan sonra, məlum olmuşdur ki, erməni vandalları tərəfindən Natəvanın məqbərəsi dağıdılıb, qəbiri isə təhqir olunub, qazılıb və sümükləri də qəbrindən çıxarılıb aparılmışdır. Eləcə də Pənah Əli xanın, İbrahimxəlil xanın, Mehdiqulu xanın və onların nəslindən olub, “İmarətdə” dəfn olunanların hamısının qəbri dağıdılıb və sümükləri aparılııb. Bu haqda məşhur fransız fotojurnalisti Rza Diqqəti məlumat verib. Azərbaycan Mədəniyyət Nazirliyi də bu faktı təsdiq edib. Ümumiyyətlə, erməni vandalları Şuşada da tarixi şəxsiyyətlərimizin qəbirlərini dağıdıblar.
Yuxarıda yazdığım kimi Azərbaycanın bütün bölgələrində Xurşudbanu Natəvanın 190 illik yubileyi çox böyük maraqla keçirilir. Bu tədbirlərdən biri də Sumqayıt şəhərindəki Mərkəzi Uşaq Kitabxanasında 1 və 12 nömrəli tam orta məktəblərin birgə təşkilatçılığı ilə keçirilib. Belə ki, Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 ilik yubileyi münasibətilə “Söz qoşan yanıqlı dildi Natəvan” adlı ədəbi-bədii gecə çox maraqlı keçirilib. Parlaq bədii istedada malik söz sənətkarına həsr edilmiş tədbirdə Mərkəzi Uşaq Kitabxanasının baş mütəxəssisi Leyla Mahmudova ədəbiyyatımızın tarixində özünəməxsus layiqli yeri olan, xalqımızın mədəni irsinin zənginləşməsinə töhfələr verən, dolğun ictimai fəaliyyəti ilə tanınan Xurşidbanu Natəvanın keşməkeşli həyat yolu, klassik ədəbi ənənələrimizi yaşadan, yüksək humanizm ideyaları ifadə edən yaradıcılığı haqqında, şəxsiyyətinə, irsinə, yaradıcılığına hər zaman Azərbaycan dövlətinin bəslədiyi böyük ehtiram, xatirəsinin əbədiləşdirilməsi istiqamətində ölkəmizdə həyata keçirilən işlər haqqında məlumat verib.
Daha sonra çıxış edən yazıçı, rejissor, aktyor, jurnalist, Prezident mükafatçısı, Əməkdar İncəsənət xadimi Ağalar İdrisoğlu maarifin, mədəniyyətin yayılmasına kömək göstərmiş, ictimai-mədəni tədbirlərdə fəal işirak edən, təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada xeyirxahlığı və mesenatlığı ilə tanınan Xurşidbanu Natəvanın zəngin yaradıcılığı, ömür yolu və şəxsiyyəti haqqında söhbət açıb, gənc nəslə klassikləri tanımağı, milli ədəbiyyatımızı oxuyub dərindən öyrənməyi tövsiyə etmişdir.
Tədbirin ədəbi hissəsində daha sonra çıxış edən 12 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyatı müəlliməsi Səbinə Əfəndiyeva, 1 nömrəli məktəbin uşaq birliyi rəhbəri Püstə Mustafayeva da Vətənin rifahı naminə varını əsirgəməyən, xalq yolunda ürəyini məşəl edən el anası Natəvana qarşı yüz illər keçsə də davam edən və edəcək xalq sevgisi, ehtiramı haqqında danışıblar.
Sonra tədbir bədii hissə ilə davam etmişdir. 12 nömrəli tam orta məktəbin şagirdlərinin təqdimatında görkəmli Azərbaycan şairəsinin yazdığı və ona ithaf edilmiş qəzəllər, şeirlər, poemadan parçalar səsləndirilmişdir. Tədbirdə 1 nömrəli məktəbin şagirdləri Xalq yazıçısı İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi və Sevinc Nuruqızının “Ağabəyim ağa” hekayəsi əsasında səhnəciklər təqdim etmiş, Nuray Şahsuvarlı isə “Xarıbülbül” mahnısını ifa etmişdir.
Sonda çıxış edən Mərkəzi Uşaq Kitabxanasının müdiri Nailə xanım Tağıyeva vurğulayıb ki, “şəhərin hər iki qabaqcıl ümumtəhsil məktəbi ilə işbirliyi çərçivəsində baş tutan tədbirin təşkilində əməyi olanlara təşəkkürünü və minnətdarlığını bildirəm. Onu da vurğulayım ki, COVİD-19 pandemiyasından sonra artıq kitabxanada maraqlı tədbirlər keçirməyə başlamışıq. Əsas məqsədimiz də şagirdlərdə kitaba marağı artırmaqdır. Frensis Bekon deyir ki, “ Kitab insan üçün mənəvi qidadır”. E. Hant isə vurğulayır ki, “İdmanın bədənə göstərdiyi təsiri kitab beyinə göstərir”. Ona görə də gəlin kitabla mənəvi qidamızı artıraq və idmanın bədənə göstərdiyi yüksək təsiri, kitabla beynimizə göstərək”.
Beləliklə, bu tədbir kitabxananın həyatında bir tarixə çevrilib.
Səbinə QASIMOVA

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar