Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ömür yolu kitablara sığmayan teatr xadimi Ağalar İdrisoğlu

Tarix: 24-04-2022 16:44     Baxış: 3641 A- / A+

    Sənətçinin Masallı həyatı

                                                     

16 mart 1950-ci ildə Masallı rayonu Digah kəndində anadan olub . Digah kənd səkkiz illik və Masallı şəhərindəki Nəriman Nərimanov adına orta məktəbi bitirib.  İlk ədəbi yaradıcılığına orta məktəbdə oxuyarkən başlayıb. O vaxt məqalələri və kiçik həcmli hekayələri “Çağırış” və“Azərbaycan pioneri” qəzetlərində çap olunub. Elə həmin vaxtlardan həvəskar - aktyor kimi Masallı rayon Mədəniyyət Evində Şakir Həsənov və Adil Səfərovun yaratdıqları Miniatür Teatrında çıxış edib.

Əmək fəaliyyətinə Masallı rayon Texnika Birliyində dispetçer kimi başlayıb. Hərbi xidmətini Rusiyanın Kalinin vilayətində edib. 1971-1975-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyorluğu” fakültəsində təhsil alıb. Təyinatla Şəki Dövlət Dram Teatrına göndərilib.

                          Sumqayıt, Ağdam, Gəncə, Fizuli, Şəki, Mingəçevir teatrlarına verdiyi töhfələr

1976-cı ildə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına dəvət olunub və gələrək taleyini bu şəhərlə, Sumqayıtla bağlayıb. O, aktyor kimi 40-dan çox ayrı-ayrı xarakterli rollarda çıxış edib. 

Ağalar İdrisoğlu ali rejissorluq təhsilini 1981-1986-cı illərdə Moskva şəhərindəki Andrey Vasileviç Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq fakültəsində alıb. Bu vaxta qədər 140-dan çox tamaşalara quruluş verib.



1985-ci ildə Mədəniyyət Nazirliyinin təyinatı ilə Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrına quruluşçu rejissor vəzifəsinə göndərilib. Bu teatrda quruluş verdiyi tamaşalar: Məhərrəm Əlizadənin “İlk qurban”, Loğman Rəşidzadənin “Toya bir gün qalmış”, Eduard Bobrovun “Vicdanla üz-üzə” olub. Bu tamaşalardan sonra SSRİ-də keçirilən  Fransa respublikası festivalında Nobel mükafatı laureatı Alber Kamyunun “Qismət” psixoloji dramına quruluş verib. Moskvadan tanınmış 5 teatr mütəxəssisi məhz bu tamaşaya baxmaq üçün Ağdama gəliblər. Bu haqda Ümumittifaq mətbuatında maraqlı resenziyalar çap etdiriblər. Məlum olub ki, “Qismət” pyesinə keçmiş Sovetlər İttifaqında məhz ilk dəfə olaraq Ağalar İdrisoğlu Ağdam teatrında quruluş verib. O, qısa vaxtda teatrın baş rejissoru və direktoru vəzifələrinə təyin olunur və 1989-cu ilə qədər bu vəzifələrdə çalışıb. Burada işlədiyi 3 il 5 ay müddətində 16 tamaşaya bir-birindən maraqlı quruluş verib.
1989-cu ildə Sumqayıt Dövlət Dram Teatrının direktoru vəzifəsinə təyin olunub. Az bir vaxtda teatrın bədii rəhbəri və direktoru seçilib. 
Pyesləri Ağdam, Mingəçevir, Sumqayıt, Füzuli, Gəncə Dövlət Dram Teatrlarında, Dövlət Gənclər Teatrında və keçmiş Sovetlər İttifaqının bir neçə Teatr-Studiyalarında tamaşaya qoyulub

                                                                 Xarici səfərlər

Rəhbərlik etdiyi kollektivlər məhz onun təşkilatçılığı və təşəbbüsu ilə Moskvada, Qazaxıstanda, Şimali Osetiyada, Gürcüstanda, Dağıstanda və başqa respublikalarda festivallarda, qastrollarda böyük uğurla çıxış ediblər. 
Gənc dramaturq kimi ilk dəfə Azərbaycanı Riqada, Minskdə, Ukraynada, Moldovada və başqa şəhərlərdə keçirilən yaradıcılıq seminarlarında məhz  o, təmsil edib.

                                                             Mükafat və diplomlar 

1980-ci ildə rejissoru olduğu Feyruz Məmmədovun “Bir bayraq altında” teatrlaşdırılmış tamaşası Moskvadakı SSRİXalq Təsərrüfatı Nailiyyətləri Sərgisində oynanılan vaxt  yüksək peşəkar quruluşa  görə Ağalar İdrisoğluna “Qızıl” medal verilib.
1991 və 1996-cı illərdə Azərbaycan Teatr Xadimləri İttifaqı idarə heyətinin üzvü və katibi seçilib. 
1992-ci ildə onun təşəbbüsü ilə Azərbaycan Teatr Xadimləri İttifaqı Sumqayıt Bölgə şöbəsi yaradılıb və bu şöbənin də sədri seçilib. 
2005-ci ildə “Avropa Nəşr və Mətbu” Evinin müəyyənləşdirdiyi müsabiqədə “İlin ən yaxşı vətənpərvər yazıçı-rejissoru” kimi diplom və “Qızıl” medalla təltif olunub. 
Quruluş verdiyi tamaşalar- Akif Həsənoğlunun “Yanmış evin nağılı” Osman Mirzəyev adına mükafata və özünün yazdığı, quruluş verdiyi “Şah İsmayıl” tarixi faciəsi “Qızıl Dərviş” mükafatına layiq görülüb. “İnan mənə pyesi” 1985-ci ildə Moskvada 48 dramaturqun pyesi arasında üçüncü dərəcəli mükafata layiq görülüb. “Şah İsmayıl” pyesi Mədəniyyət Nazirliyinin 2010-cu ildə keçirdiyi müsabiqədə 34 pyesin arasından ikincə dərəcəli mükafata layiq görülüb. Birinci mükafat heç bir pyesə verilməyib. Beləliklə, teatr və ədəbiyyat  aləmində 50 ildən çox çalışan Ağalar İdrisoğlu 40-dan çox taşamada rollar oynayıb. 140-dan çox tamaşaya quruluş verib. Yüz əllidən artıq hekayənin, essenin, elegiyanın, novellanın, pritçanın, 6 romanın, 9 povestin, 15 pyesin, 1500-dən çox publisist məqalənin, elmi yazıların, oçerklərin, portret cizgilərinin və resenziyaların müəllifidir.

                                      Ağalar İdrisoğlunun quruluşçu rejissoru olduğu bəzi tamaşalar: 


Cəlil Məmmədquluzadənin “Kamança”, Vasili Şukşinin “Diribaş adamlar”, Camal Yusifzadənin “Səhər qatarı”, Rafıq Səməndərin “Dəyişmə”, Nəcəf bəy Vəzirovun “Ağa Kərim xan Ərdəbili”, Anarın “Zəncir”, Məhərrəm Əlizadənin   “İlk qurban”Loğman Rəşidzadənin “Toya bir gün qalmış”, Eduard Babrovun “Vicdanla üz-üzə”, Alber Kamyunun “Qismət”, Zəlimxan Yaqubun “Aşıq Ələsgər”, Georqi Caqarovun “Prokuror”, Gəfər Cabbarlının “Oqtay Eloğlu”, Georqi Xuqayevin “Qocaların məhəbbəti”  və digər tamaşalar.

                                                    O, tərcüməçi kimi də çox işlər görüb. 

Dünya xalqlarının on pyesini dilimizə tərcümə edib. Bu pyeslərin də bir neçəsi ayrı-ayrı Dövlət Teatrlarında tamaşaya qoyulub. (Vasili Şukşinin “Oyunbazlar”, Georgi Xuqayevin “Qocaların məhəbbəti”, “Varlı ev”, Slovomir Mrojekin “Polis” və başqaları).

Ağdam və Sumqayıt Dövlət Teatrlarının tarixində ilk dəfə məhz Ağalar İdrisoğlu bədii rəhbər-direktor işləyib.

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı məhz onun ideyası, təşəbbüsü və təşkilatçılığı ilə Musiqili-Dram Teatrı yaradılıb. Teatra əlavə 80 ştat verilib. Doğulduğu Masallı rayonunun və yaşadığı Sumqayıt şəhərinin ilk peşəkar dramaturqu, Moskvada təhsil alan ilk peşəkar teatr rejissoru və ilk Əməkdar incəsənət xadimidir.

                                                    Ağalar İdrisoğlu 15 kitabın müəllifidir



Onun “İnan mənə”, “Ən xoşbəxt gün”, “Məhkəmədən əvvəl məhkəmə və ya kəfənini geymiş qoca”, “Ramiz İslamoğlu sorağında və ya əkmə qəm ağacı”, 
“Qaranlığı yaran işıq” (Maarif Teymurla birlikdə), “Bir alim ömrünün salnaməsi”, “Vicdan mühakiməsi”, “General Xudu Borçalı və onun şəcərəsi” ( Veys Xudiyevlə birlikdə), “Mümkün olmayanı mümkün eləyən rəhbər”, “İmam Şamil” ( Sadıq Murtuzayevlə birgə) və digər kitabları və on beşdən artıq topluda isə hekayələri, pyesləri, tərcümə etdiyi pyeslər çap olunub. 

2013-cü il iyun ayının 25-də isə Milli Teatrımızm 140 illiyi münasibəti ilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə ona Azərbaycan Respublikasının “Əməkdar incəsənət xadimi” fəxri adı verilib.

O, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 

Hazırladı: Faiq Hüseynzadə

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar