Sizin Reklam Burada
Xəbər lenti
25-12-2024
24-12-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiyanın daha öncə başlatdığı müharibələr: Nələr bəhanə edilib? - SİYAHI

Tarix: 01-03-2022 12:37     Baxış: 4320 A- / A+
Rusiyanın daha öncə başlatdığı müharibələr: Nələr bəhanə edilib? - SİYAHI

Hazırda dünya gündəmi olan Rusiya-Ukrayna qarşıdurması özünün ən təhlükəli fazasına qədəm qoyub.  

2014-cü ildən başlayan Rusiya-Ukrayna gərginliyinin az qala üçüncü dünya müharibəsinə çevrilə biləcəyi ehtimalı gərginliyi bir qədər də artırıb.Rusiya Prezidenti Valdimir Putinin Ukrayna məğlubiyyətini həzm etmədiyi hər açıqlamasında hiss olunur. Onun dünyanı nüvə silahı ilə hədələməsi isə prosesin dönməz xarakter alacağından xəbər verir. 
Görünən odur ki, tərəflərin heç biri geri çəkilmək niyyətində deyil. Bu isə Rusiya-Ukrayna böhranı yox, Rusiya – Dünya böhranı kimi xarakterizə edilə bilər.Bir çox ekspertlərin Rusiyanın süqutunu gətirəcək müharibə kimi dəyərləndirdiyi Ukrayna böhranı isə şimal qonşumuzun keçmiş SSRİ respublikalarına qarşı ilə hərbi müdaxilə cəhdi deyil.
Manevr.az gundem.az-a istinadən SSRİ-nin dağılmasından sonra Rusiyanın qonşuları ilə apardığı müharibələrlə bağlı tarixi faktları təqdim edir. Beləliklə... 

Dnestryanı Müharibə
Müharibənin başlamasına qığılcım rolunu Moldova parlamentinin 1989-cu ildə moldovan dilini dövlət dili elan etməsi, kiril əlifbasının latın əlifbası ilə əvəz olunması barədə qərarı oynayıb.
Dnestryanı rayonların benderlərdən və ruslardan ibarət əhalisi bunu Moldova millətçilərinin digər millətləri əzmək cəhdi kimi qəbul edərək separatçılıq hərəkatını alovlandırıb. 1990-cı il sentyabrın 2-də həmin rayonlar SSRİ-nin tərkibində "Dnestryanı Moldova Respublikası” yaratdıqlarını elan ediblər.1990-cı ilin dekabrında isə referendum keçirilərək, "DMR” "müstəqil dövlət” elan olunub. Rəsmi nəticələrə görə, seçki hüququ olan əhalinin 97,7%-i "müstəqilliyin” lehinə səs verib. Moldova bu qərarı tanımayıb, münaqişə dərinləşib və 1992-ci ildə hərbi fazaya keçib. Həmin il bir neçə ay davam edən silahlı münaqişə iyul ayında Moldovanın Dnestr çayının sol sahillərinə nəzarəti itirməsi ilə yekunlaşıb. Bu münaqişədə separatçılara bölgədəki rus qoşunları fəal dəstək verib.  
Dnestryanı bölgədə dislokasiya olunmuş 14-cü ordu general Lebedin rəhbərliyi ilə Moldova qüvvələrini sıxışdırıb. Rusiya öz sülhməramlı qüvvələrini Dnestryanı bölgəyə yeridərək tərəflər arasında atəşkəsi təmin edib. İyulun 22-də Rusiyanın vasitəçiliyi ilə Tiraspolla Kişinyov arasında atəşkəs sazişi imzalanıb. Atəşkəs sənədinə əsasən, təhlükəsizlik zonası yaradılıb. Sülhyaratma əməliyyatlarına birgə sülhməramlı qüvvələri cəlb olunub. Qüvvələr nisbəti isə belə müəyyənləşdirilib: Moldovadan 300, Dnestryanıdan 300, Rusiyadan isə 500 hərbçi.

Birinci Qarabağ Müharibəsi
20 fevral 1988 – 12 may 1994-cü illər arasında baş verən müharibənin səbəbi Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin bir hissəsini ilhaq etmək niyyəti idi. Müharibə keçmiş DQMV-də Ermənistanla birləşmək istəyən separatçı hərəkatın tələbi ilə 1988-ci ildə başlayıb. Proses ilk vaxtlar nisbətən dinc şəkildə başlasa da, növbəti aylarda SSRİ dövlətinin süqutunun yaxınlaşması səbəbindən fərqli istiqamətdə vüsət alaraq, etnik azərbaycanlılarla ermənilər arasında getdikcə böyüyən şiddətli münaqişəyə çevrilib və qanlı toqquşmalarla müşaiyət edilib. 
Tərəflər arasında genişmiqyaslı döyüşlər 1992-ci ilin qışında başlayıb. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı  (ATƏT) kimi bir neçə təşkilat tərəflər arasındakı münaqişənin sonunu gətirmək istəsə də, cəhdlər uğursuzluqla nəticələnib. Ən çoxsaylı itkilər 1992–1994-cü illərdə davam edən hərbi əməliyyatlar zamanı baş verib. Erməni qüvvələrinin əsas itkiləri Azərbaycan ordusunun 1992-ci ilin yayında həyata keçirdiyi uğurlu hücum əməliyyatları zamanı qeydə alınıb. Azərbaycan ordusunun itkiləri isə əsasən Ağdam döyüşlərində, habelə 1994-cü ilin qış-yaz aylarında Kəlbəcəri geri almaq üçün təşkil edilmiş hücum əməliyyatlarında baş verib. 1994-cü ilin mayında Rusiyanın dəstəyi ilə atəşkəs əldə edilib. Daha sonra münaqişənin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsilə həlli üçün ATƏT-in Minsk qrupu yaradılıb.

Rusiya-Gürcüstan Müharibəsi
2008-ci ilin avqust ayında iki keçmiş Sovet dövləti olan Rusiya və Gürcüstan arasında münasibətlər ən pis həddə çatmış və müharibə ilə nəticələnmişdir. Döyüşlər strateji əhəmiyyətli Cənubi Qafqaz regionunda baş tutub. Gürcüstan Respublikası 1991-ci ildə, yəni Sovet İttifaqının dağılmağa başladığı ildə öz müstəqilliyini elan etmiş və bununla da Rusiya tərəfindən nəzarət olunan keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin separatçıları arasında ilk müharibə baş verib. Müharibənin ardınca bölgədə gürcü, rus və osetin qoşunlarından ibarət birgə sülhməramlı qüvvələr yerləşdirilib. 1 avqust 2008-ci ildən etibarən cənubi osetiyalı separatçılar gürcü kəndlərini atəşə tutmağa başlayır və nəticədə bölgədə yerləşən gürcü sülhməramlıları tərəfindən qarşı tərəfə cavab atəşi açılır. Rusyönümlü separatçılar tərəfindən gürcülərə qarşı artilleriya zərbələrinin endirilməsindən sonra 1992-ci ildə imzalanmış atəşkəs razılaşması qüvvədən düşdü. Rusiya qoşunları qeyri-qanuni olaraq Rusiya-Gürcüstan dövlət sərhədini keçir və 7 avqustda gürcülərin cavab həmləsindən əvvəl Cənubi Osetiya münaqişə zonasına daxil olur. Rus qoşunları müharibə ərzində Zuqdidi, Senaki, Poti və Qori kimi gürcü şəhərlərini işğal etdi və atəşkəs razılaşmasına qədər öz nəzarəti altında saxladı. 
Rusiya 26 avqustda Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıdı. Gürcüstan hökuməti isə buna cavab olaraq Rusiya ilə diplomatik münasibətləri kəsdi. Müharibə nəticəsində 192.000 nəfər məcburi köçkün vəziyyətinə düşsə də, onların çox hissəsi müharibə başa çatdıqdan sonra öz əvvəlki yaşayış yerlərinə qayıdıb.
Tacikistan Vətəndaş Müharibəsi
Tacikistan müxalifəti ilə hökümət arasında baş verən müharibədə Özbəkistan və Rusiya Tacikistan hökümətinə dəstək vermişdir.1992-ci ilin may ayında başlayan müharibə  27 İyun 1997-də Moskvada imzalanan sülh sazişi ilə sona çatıb. Müharibədə 50.000-100.000 qədər adamın öldüyü, 1,2 milyon adamın isə miqrasiya etdiyi təxmin edilir. Tacikistanda hökumət qüvvələri ilə keçmiş müdafiə nazirinin müavini Əbdülhəlim Nəzərzadənin tərəfdarları arasında toqquşmalar 2015-ci ilin sentyabr aylarında da davam etmişdir. 

Birinci Çeçen Müharibəsi
1991-ci ildə SSRİ dağılandan sonra Çeçenistan öz müstəqilliyini elan etsə də, bu müstəqillik heç bir ölkə tərəfindən tanınmayıb. Bununla belə çeçenlər bu yoldan çəkinmədilər və 1991-ci ildə keçirilən seçkilərdə general Cövhər Dudayevi özlərinə prezident seçdilər. Rusiya mərkəzi hakimiyyəti bu seçkiləri qeyri-qanuni elan edərək nəticələri tanımadı. Ruslar Cövhər Dudayevə müxalif rəqib kimi Ömər Avturxanovu ortaya çıxardı. Rusiya tərəfli müxalifət tərəfdarlarının məğlubiyyətindən sonra Rusiya prezidenti Boris Yeltsin 48 saat içində çeçenlərə silahlarını yerə qoymalarını əmr etdi. Cöhvər Dudayev isə onun bu işə qarışa bilməyəcəyini dedi. Daha sonra rus qoşunları Qroznıya aviazərbələr endirməyə başlayır və beləliklə müharibə başlanır. 4000 rus əsgəri Çeçenistana aid Nattereçni şəhərini tuturlar. Bundan bir qədər əvvəl Cövhər Dudayevə məxsus qüvvələr bir neçə rus əsgərini əsir götürür. Rusiya bu əsirlərin azad edilməsi üçün ultimatum verir. Əsirlər məsələsi ultimatumla həll edilə bilmədiyindən Cövhər Dudayevlə Rusiya Müdafiə Naziri Pavel Qraçov arasında danışıqlar olur. Razılaşmalara rəğmən ruslar 6 dekabr 1994-cü ildə Qroznını yenidən bombalayır. 
11 dekabrda ruslar çeçen torpaqlarına girir. İki ilə yaxın gedən döyüşlərin ardından tərəflər arasında Xasavyurt Müqaviləsi imzalanır. Müqaviləyə görə, Çeçenistanın müstəqilliyi Rusiya tərəfindən rəsmən tanındı və siyasi statusu 5 il ərzində qərarlaşdırılmalı idi. Müharibə ərəfəsində rus hərbi qüvvələri 6,000 nəfərdən çox, çeçen hərbi qüvvələri 18,000 nəfərdən çox və 50,000 (qeyri-rəsmi mənbələrə əsasən 100,000-ə yaxın) mülki vətəndaş həyatını itirib.

İkinci Çeçen Müharibəsi
Rus-çeçen münaqişəsinin bir hissəsi olaraq 26 avqust 1999-cu il tarixində ekstremist qruplaşmaların fəaliyyətinin məhdudlaşdırılması məqsədilə Çeçenistan və Şimali Qafqazın sərhəd bölgələrində Rusiya Federasiyası tərəfindən hərbi əməliyyatlar başladılmışdır. Müharibənin aktiv fazası döyüşlərin başladığı tarixdən 2000-ci ilin may ayına qədər davam edib. 1994-cü ilin dekabrından 1996-cı ilin avqust ayına qədər davam edən müharibə Birinci Çeçenistan müharibəsinin davamı hesab edilib. 1 oktyabrda Rusiya qoşunları Çeçenistan ərazisinə daxil olub. Döyüş əməliyyatları çərçivəsində Rusiya Ordusu və rusyönümlü çeçen qüvvələri separatçı çeçenlərlə açıq döyüşlərə girmiş, 1999-cu ilin sonlarından 2000-ci ilə qədər olan müddətdə paytaxt Qroznı şəhəri tam mühasirəyə alınmışdır. Müharibə Çeçen İçkeriya Respublikasının de fakto müstəqilliyini itirməsi və Rusiyanın ərazi bütövlüyünün təmin olunması ilə başa çatıb. Bu münaqişə nəticəsində ölənlərin sayı hələ də bəlli deyil. Qeyri-rəsmi rəqəmlərə görə, münaqişə nəticəsində əksəriyyəti mülki vətəndaşlar olmaqla 25,000-50,000 nəfər arası insan həyatını itirib.

Cənubi Osetya Müharibəsi
2008-ci ilin avqustunda başlayan müharibə Cənubi Osetiya-Rusiya-Gürcüstan və nəhayət Abxaziyanın iştirakı ilə baş tutub. Müharibənin sonunda uduzan Gürcüstan Cənubi Osetiya və Abxaziyada nəzarəti itirib. Eyni zamanda Cənubi Osetiya onun paytaxtı Tsxinvali böyük ziyan görmüş və çoxlu insan həlak olmuşdur. Nəticədə Rusiya birtərəfli qaydada müstəqilliklərini elan edən Abxaziya və Cənubi Osetiyanı tanıdığını bəyan edib. Gürcüstan isə Rusiya ilə bütün diplomatik əlaqələrini kəsərək Müstəqil Dövlətlər Birliyinin (MDB) tərkibindən çıxıb.  

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar