Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

BOZQURD KİMDİR?

Tarix: 18-10-2021 14:10     Baxış: 3564 A- / A+

Yaşasaydın bu gün 53 yaşını qeyd edəcəkdik, Hacı Əhmədov. Amansız ölüm sənə macal vermədi. Səninlə birlikdə təhlil edib qələmə aldığımız məqalələrimiz hələ də paylaşılmadan durur. Həp ertələdik nədənsə. Bu gün, sabah dedik. Bu gün sənin doğum günündə dostlarımız üçün redaktə etdiyim BOZQURD KİMDİR yazımızı paylaşacam. Ruhun şad olsun, ürəyi hər zaman Turanla döyünən əziz dost! 



***
BOZQURD KİMDİR? 


BOZQURD barədə anlayış bizə ulu əfsanələrdən gəlib çatıbdır. Bu əfsanələrdə BOZQURD Türk Soyunun xilaskarı kimi çıxış etmişdir. Bu əfsanələrdəki BOZQURD süjetini bu cür qruplaşdırmaq olar.
Birincisi, BOZQURD Tanrı tərəfindən Ulu Türk soyuna göndərilmiş bir varlıq idi. O, Türk Soyunu birləşməyə səsləyib öz ardıyca aparmışdı. Bu süjet xəttinə biz, mərhum alimimiz, rus-erməni işğalı dövründə milli ruhumuzu öz əsərləri vasitəsilə yaşadan Mirəli Seyidovun tədqiqatlarında rast gələ bilərik.
İkinci süjet xəttinə daha çox “Ergenekon” dastanında, bu dastanın müxtəlif variantlarında, o cümlədən, bu dastana oxşar və ya ondan törəmə əsatirlərdə rast gələ bilərik. Qısa süjet bundan ibarətdir ki, dəmir filiz yataqlarına malik dağ silsiləsi içində əsrlərlə yaşayaraq qüdrətlənmiş Türk Soyuna dünyaya çıxış yolunu BOZQURD göstərmiş, onun ardıyca gedən Türk Soyu qurtulmuşdur. Bir sıra türkoloqlara görə, Ana Türk Dilimizdəki “qurtulmaq” (xilas olmaq) sözünün kök etimologiyası məhz, “qurd” sözü ilə bağlıdır.
Üçüncü süjet xətti isə, bundan ibarətdir ki, yadsoylu qövmlə döyüşdə Türklük qətliama məruz qalır. Qırğından sağ çıxmış Türk körpəsini Anaqurd tapıb, öz balası kimi böyüdür. Anaqurdun südü ilə böyümüş Türk öz soydaşları tərəfindən BOZQURD adını alır, Türk Soyunu toplayır və düşmənlərdən qisas alır. Bu süjetdən törəmə əfsanələrdə BOZQURD-un dişiqurdla izdivacından hətta, Hun və ya Göktürklərin törəməsi də göstərilir. Qeyd edək ki, sonuncu versiyalar tarixi baxımdan daha cavandır və Türklüyün Doğuya doğru hərəkətində yerli tunqus-mancurdilli soylarla tarixi mübarizəsini özündə əks edib. Vaxtilə, türkoloq alim Fəruq Sümer özünün “Oğuzlar” əsərində istər əfsanələrdə, istərsə də tarixdə Doğu Türklüyün daim tunqus-mancur irqi ilə savaşının əks olnuduğunun və bu savaşın ümumiyyətlə nəyə görə baş verdiyini səbəbini aça bilməmişdi. F. Sümərin bu məsələdə dolaşıqlığa düşəməsinin əsas səbəbi bu idi ki, o, Türklüyün tarixi barədə Avropa tarix məktəbini təsiri altda idi və Türk tarixini, ilkin vətənini o da Altay-Sayan dağ silsiləsində, Orta və Mərkəzi Asiyanın doğusunda axtarırdı. İndiki tarixi bilgilərdən aydın olur ki, əslində Türk Soyunun yaranma və yayılma episentri Ön Asiya və İran yaylasında yerləşmiş, amma daha sonralar əlverişli tarixi dövr və coğrafi məkanlarda yeni, özünəməxsus sivilizasiyalar yaratmışlar. Tarix boyunca bu Türk sivilizasiyaları sülhlə və müharibələrlə bir-birinə təsir etmişlər.
Beləliklə, BOZQURD əfsanəsinin guya Doğu Türklükdə yaranması barədə fikri artıq inandırıcı görünmür. İnsan övladının qurdlar tərəfdən böyüdülməsi hadisəsi daim olub. Bu süjet Redyard Kiplinqin “Mauqli” əsərinin əsaslandığı, Hindistanın müxtəlif dilli xalqlarının əfsanələrində və hətta, Qədim Romanı inşa etmiş Rem və Romul qardaşlarının qurd tərəfindən böyüdülməsi barədə əfsanələrdə də öz əksini tapmışdı. [Qeyd edək ki, “Mauqli” adında əksini tapmış “uqli” sözünün Türkcə “oğlu” sözü ilə eynilişdirilməsi, latınlardan əvvəl isə, Roma sivilizasiyasını yaratmış etruskların türk köklü olması barədə fikirlər Türkçülər üçün maraqlı olar] Sonuncu dəfə insan övladının qurdlar tərəfindən bəslənilməsi faktına Türkmənistan ərazisində 1957-ci illərdə rast gəlinib.
Ümumiyyətlə, qurd personajının Türk xalqlarında və tarixi cənub-şərqi hind-avropa xalqlarının (germanlarda, slavyanlarda, hətta farslarda) əfsanələrində oxşarlığı barədə rus və alman etnoloqları tərəfindən bir paradoks kimi qəbul edilir. Digəl ki, burada paradoksal heç nə yoxdur. Sadəcə, bu süjet Türk soylarından həmin hind-avropa soylarına Türk hegemonluğu dövründə və ya Batı Türklüyün assimilyasiyası nəticəsində keçmişdir. Miladdan öncə, Avropada Türklüyün mövcudluğunu qəbul etmək istəməyən anti-türk qərəzli Avropa elmi üçün bu cür elmi nəticələr paradoksal sayılır.
Azərbaycan Türklüyünün əfsanə və mifoloji dünyabaxışında stilizə edilmiş BOZQURD süjeti hələ yazılı tarixə əsasən e.ə. I minilliyə gedib çıxır. Bunun izlərinə biz Manqtay (təhrifdə “Maday/ Midiya”) xaqanı İstemiqunun (təhrifdə “Astiaqın”) nəvəsinin Köpək-qadın (təhrifdə “spaka”) tərəfindən bəslənilməsi əsatirində görürük. Tarixən Azərbaycan Türklüyünün mifoloji dünyabaxışındakı “qurd” süjeti barədə geniş məlumatları Mirəli Seyidovun, Ceyhun Bayramlının və Ramazan Qafarlının tədqiqatlarından əldə edə bilərik.
Beləliklə, BOZQURD sujeti Türk Soyunun mövcudluğu boyunca yaşamaqdadır. Bu əfsanələrdə və əsatirlərdə BOZQURD Türk Soyunun xilaskarı, düşmənlərdən qisas alan bir varlıq kimi çıxış edir.
Anti-türk tarix və türkoloji elminin saxta ibarələrindən biri də bu olmuşdur ki, guya Qədim Türklərin totemləri var idi və BOZQURD da bu totemlərdən biri idi. Amma totemizm tarixi Türk sivilizasiyalarında izlənilmir. Totemizm müəyyən hevyanın müqəddəsləşdirilməsi, əcdad kimi qəbul edilməsi, bu heyvan totemi ilə bağlı qurbankəsmə və d. ayin və mərasimlərin keçirilməsidir. Tarixi Doğu və Batı Türklükdə bu cür özəlliyə rast gəlinmir. Buna oxşar adətlər yalnız Doğu Türklüyün tunqus-mancur irqi ilə qarışmasından yaranmış, irqi cəhətdən monqoloid cizgilərinə yiyələnmiş bəzi tarixi Türk etnoslarda müşahidə edilirdi. Amma bu cür totemistik baxışlar bu Türk etnoslarının formalaşmasında iştirak etmiş tunqus-mancur dilli etnislardan gəlmə bir özəllik olması ilə izah edilir. Anti-türk tarix məktəbi BOZQURDun guya totem olması barədə fikirlərini iki faktla əsalandırırlar. Birinci fakta görə, Qınıq (təhrifdə “hunnu”, “xunnu”, “qunn”) və Göktürklərin əfsanəvi şəcərələrində qurd personajının soy başlanğıcı kimi çıxış etməsidir. Onların ikinci “dəlili” bir çox tarixi Türk soylarının bayraq və sancaqlarında BOZQURD şəklinin əks olunmasıdır. Əvvəla, əfsanə şəcərəsində heyvanın soybabası kimi göstərilməsi, sadəcə, bu adı daşımış insanın keyfiyyətini əks etdirir. İnsanla heyvanın izdivacından yeni bir məxluqun yaranması təkamül tarixində rast gəlinməyən və mümükün olmayan hadisədir. Sadəcə, hər hansı bir nəsil öz şəcərəsinin kökündə bu adı daşımış və ya BOZQURD kimi şücaətə, döyüşkənliyə, lider özəlliklərinə malik bir insanın durduğunu göstərməyə çalışmışdır. BOZQURD kimi əfsanəvi əcdad personajı ilə yanaşı tarixi Türk xalqlarında BUĞA, TƏKƏ və d. əcdad personajları da mövcud idi. İkincisi, BOZQURD süjetinin Türk soy və dövlət rəmzlərində əks olunması o demək deyil ki, bu rəmz əcdadı bildirir. Ona qalsa, Qədim Türklükdə, dəqiq desək, Oğuz soylarında soy-dövlət rəmzlərində daha çox birbaşlı, daha az ikibaşlı alıcı quşlar (qartal, şahin, laçın, tərtər, şunkor, berkut və d.) simvolizə edilmişdi. Ağqoyunlu və Qaraqoyunlu el-imperiyalarının simvollarından danışmağa belə ehtiyac yoxdur. Hətta, etnoqrafik araşdırmalar, tarixi Türk etnoslarda BARS, PƏLƏNG, ASLAN, AT və d., hətta QILINC, OX, YAY və s. etnik və dövlət rəmzlərinin mövcudluğunu göstərir. Ümumiyyətlə, tarixən Türk Soyunda totemizmin olmaması barədə ən təqdirəlayiq araşdırmalar Türkiyə alimi İbrahim Qəfəsoğlu (İbrahim Kafesoğlu) tərəfindən aparılmışdır.
Beləliklə, BOZQURD Türklüyün dünyagörüşündə yadsoylu düşmənlərlə mübarizədə Türk Soyunu xilas edən, Türk Soyunu müdafiə etmək kimi missiyanı yerinə yetirən Tanrı tərəfindən göndərilmiş varlıq obrazıdır. Sırf elmi dil ilə desək, BOZQURD Türklük içində soyunu müdafiə etməyə, liderliyə, durumu geniş miqyaslı analiz etməyə və həyatını soyunun yolunda fəda etməyə qadir şəxsiyyətin obrazıdır. Elmdə bu cür şəxsiyyətlərə “passionar şəxsiyyətlər”, onların soydakı qisminə “passionar kəsim” deyilir. Avropa etnoloqlarının və avroasiyaçılarının nəzəriyyələrində passionar fərdlərin yaranma mexanizmi indiyədək mübahisə mövzusudur. Bəziləri, (bu cərəyanın tipik nümayəndəsi L.Qumilyovda olduğu kimi) Günəşin dövrü aktivliyi dövründə tarixi və çağdaş soylar, ilk növbədə Türklük içində doğulan insanların xüsusi genetik informasiyaya malik olması ilə izah edirlər. Materialist və ateist altyapılı görüşlərdən uzaq duran sosial-fəlsəfi nəzəriyyələrdə “passionar şəxsiyyətlərin” doğulması Yaradanın əməli ilə bağlanır. Yəni, Yaradan xüsusi missiya üçün hər hansı bir soya Üstün-İnsanı yollayır.
Beləliklə, Türklükdə BOZQURD öz soyunu xilas edən igidlik, şücaət, fədailik ruhunu və eyni zamanda Üstün-İnsanı simvolizə edir.
BOZQURD anlamının tarixçəsi barədə istər tədqiqatçı alimlər, istərsə də TÜRKÇÜ və TURANÇI ideologiyaların öndərləri bir çox qiymətli fikirləri özündə birləşdirən əsərlər yazmışlar. 

Bu dərin mövzuya biz öz fikirlərimizi də əlavə etmək istərdik.

İndi isə, BOZQURDun simvolizə etdiyi dünya anlamından danışaq. BOZQURDLAR və ya BOZQURDÇULAR dedikdə, biz Türk Milli toplumunda elə bir kəsimi nəzərdə tuturuq ki, onlar dünyaya Millətçilik, Türkçülük və Vətənpərvərlik baxışı ilə baxırlar. Digər tərəfdən, bu kəsimi əmələ gətirən Millət övladlarının mənəviyyatında “şəxsi mənafe” ilə “Millət mənafeləri” anlayışları hormonik təcəssüm olunub, biri digərini üzvü surətdə tamamlayır. Bu nadir bir özəllikdir. Şəxsi mənafelərə milli və dövlət mənafelərinin qurban verilməsi nəinki, bir çox tarixi şəxsiyyətlərin bədnam olmasına, hətta, bir çox xalqların və dövlətlərin məhvinə səbəb olub. Çünki, bu şəxsiyyətlər həqiqətən, “şəxsiyyət” anlayışına xas özəlliklərə tam malik deyildilər. Cılız hisslər və formalaşmamış şəxsiyyət kompleksi bu cür dövlət xadimlərinin tarixi şəxsiyyətə çevrilməsinə mane oldu. Çünki, şəxsiyyəti fərdlərin kütləsindən fərqləndirən əsas cəhət o deyil ki, onda liderlik vergisi var. Şəxsiyyətin əsas cəhəti öz millətinin maraqlarını dərk etmək qabiliyyəti və özünü, yeri gələndə millətinin yolunda fəda etmək ruhuna malik olmasıdır. Öz soyu yolunda özünü qurban vermək ruhu hər bir insana xas özəllik deyil. Bu yalnız Tanrı tərəfindən ayrılmış insanlara, yəni Üstün-İnsanlara xas özəllikdir. Beləliklə, BOZQURDLAR və ya BOZQURDÇULAR dedikdə, Türk dünyasında Üstün-İnsanlar və ya elmi terminlə desək, “passionar şəxsiyyətlər” nəzərdə tutulur.
Türk toplumundakı bu kəsim, millətin taleyi həll olunan məqamlarda tez bir zamanda birləşmə və təşkilatlanma qabiliyyətinə malikdir. Bu mənada bu kəsim fərdiyyətçilikdən tutmuş dini təriqətçiliyədək toplumdakı müxtəlif əqidələrin təmsil olunduğu kəsimlərdən öz tərəfkeşliyi və bir-birilərinə dayaq vermək xüsusiyyəti ilə seçilir.
Terminoloji baxımdan BOZQURD və BOZQURDÇU anlayışları eyniyyət təşkil edir. Doğrudur, Türkçülər arasında bu məsələdə belə bir fikir də var ki, BOZQURDÇU dedikdə, bu ideyanın daşıyıcısı və təbliğatçısı nəzərdə tutulur. Amma BOZQURD - həyatını və ya taleyini bu ideyaya fəda etmiş şəxsiyyətdir. Sözün düzü, bu iki məfhumun ehtiva etdiyi anlamlar arasında prinsipial fərq yoxdur.
Adətən, Türkiyə və Azərbaycan toplumlarında “BOZQURD” və ya “BOZQURDÇU” deyəndə bəzən belə bir təəssürat yaranır ki, bu insanlar fanatik Türk millətçisi, özünü və digərlərini Türkçü ideologiyası üçün düşünmədən qurban verməyə hazır şəxsiyyətlərdir. Həmçinin, bəzi fərdlərin təsəvvüründə digər tez-tez canlanan bir yanlış təəssürat var ki, BOZQURD və ya BOZQURDÇU əli silahlı millətçi fanatikdir. Bütün bu yanlış təəssüratların yaranma səbəbləri müxtəlifdir. Obyektiv səbəblərdən ilkin onu qeyd etməliyik ki, Türk toplumlarının böyük bir qismi min illər boyunca islam dininə iman aparıb. Ərəblər İslam dinindən ərəbləşdirmə və qəsbkarlıq məqsədi üçün istifadə etdiklərindən, İslamı qəbul etmiş xalqlara “millətçiliyi”, yəni, el, tayfa, soy, ulus, yurd qeyrəti anlayışı və bu anlayışlarla bağlı tərəfkeşliyi bir küfr kimi qəbul etdirə biliblər. Sözsüz ki, ərəb və farsların milli maraqları çərçivəsində olan dini cərəyanın tipik nümayəndəsi üçün dünya yalnız ailə və qohumu olan qadınların “ana-bacı” namusu ilə məhdudlaşır. Onun üçün bütün elmi biliklər yalnız müxtəlif milli mənafelər baxımından yazılmış dini şərh və risalələrlə bitir. Həyatın mənasını o, yalnız özünün və ailəsinin gündə “küftə-bozbaşla” təmin olunmasında görür. Onun üçün bu dünya iki yerə bölünür; öz evinin içi və anlaşılmaz, lakin müqəddəsləşdirilmiş amorf “islam dünyası” . Amorf , irreal “islam dünyası” anlayışından baş açmadığı üçün bu fərddə həyatın mənası yalnız onun ailəsi, yəni şəxsi maraqları ilə sona yetir. Beləliklə, milli mənsubiyyət anlayışının fərqinə varmayan, milli qeyrət və vətən namusu anlayışlarından uzaq ”küftə-bozbaş fəlsəfəsi” ilə yaşayan, psixi durumu artıq korlanmış fərdlərdən ibarət toplumda millətçilik və millətçilər birmənalı olaraq müqavimətlə üzləşəcəklər. Ərəb və farsların “fəlsəfi batağlığında” batıb qalmış cəmiyyətdə dünyanın və Tanrının qanunlarına uyğun təfəkkür sistemini formalaşdırma prosesi mütləq psixoloji müqavimətə rast gəlməli idi. Yalnız anlamadığı dildə dini mətnləri əzbər deməyə, şəxsi və ailə maraqlarının ödənilməsinə, soyunun və yurdunun gələcəyi barədə düşünməyərək yalnız “küftə-bozbaş” yeməyə və “kafir” dediyi ruslar, ermənilər və d. tərəfindən qoyun kimi qırılmağa öyrəşmiş manqurtun təsəvvüründə millətçilik baxımından dəyişiklik etməyə çalışan Türk Millətçisi, Türkçülər sözsüz ki, “kafir fanatiklər”, əlizopalılar kimi qəbul ediləcəkdi. 
BOZQURDLAR və ya BOZQURDÇULAR barədə yanlış təsəvvürlərin yaranma səbəblərinin obyektiv tərəfindən biri də dövranın özü idi. Yəni, XX əsrin 30-80-ci illər arası Türkiyədə kommunist, separatçı və anti-türkçü qruplaşmaların istifadə etdikləri vasitələri terrorçuluq və silahlı kriminal kimi qiymətləndirilməlidir. Buna qarşı isə, effektiv mübarizə yalnız adekvat olmalı idi.
BOZQURDLAR və ya BOZQURDÇULAR barədə yanlış təsəvvürlərin subyektiv səbəblərindən biri də, sözsüz ki, anti-türkçü manqurtlar və yadsoylu qüvvələrdir. Heç zaman unudulmaz ki, 90-cı illərin əvvəllərində Rusiya Federasiyasının telekanalları “kriminal-millətçi pantürkist “bozqurd” təşkilatı” kimi ifadələrlə dolu xəbərləri çəkinmədən verirdi. Amma 2009-cu ildə isə, artıq Rusiyanın hegemonluğu altında yaradılmış Kollektiv Təhlükəsizlk Müqaviləsinə daxil dövlətlərin bəyannaməsində BOZQURD adlı təşkilat (indiyədək anlaşılmır ki, olmayan bir təşkilat barədə ciddi bir qurum necə bəyanat verir) terrorçu elan edildi. Əgər Rusiya kimi dövlət bu məsələdə özünü ağılsızlığa qoyubsa, onda görün, anti-türk fars, ərəb, PKK-çı və d. qruplaşmalar BOZQURDLAR və ya BOZQURDÇULAR əleyhinə nə qədər təxribatçı, aşağılayıcı təəssürat yaratmağa can atırlar.
İndi isə, BOZQURDÇULUĞUN mahiyyətindən söz açaq ki, bu təfəkkürün daşıyıcısı olan insanların milli toplum üçün nə qədər qiymətli olduğunu əyani göstərə bilək. Aydındır ki, BOZQURDÇULUQ Türkçülük ideyası ilə üzvi əlaqədədir. Amma bu əlaqəni belə sistemləşdirmək olar ki, BOZQURDÇULUQBOZQURDÇULUQ idi. Türkçülüyün tərkib hissələrindən biridir. Belə ki, Türkçülük milli özünüdərkə, milli özünütəsdiqə yönəlik bir ideyadırsa, onun tərkib hissələrindən biri də
BOZQURDÇULUQ - artıq özünü dərk etmiş Türkün fərdi olaraq “nə etməli?” sualına cavab verməkdədir. Yəni, öz Türklüyünü dərk etmiş fərd, öz soyuna və sözsüz ki, öz dövlətinə necə xidmət etməli sualına bu anlayışla cavab verir. Özünü dərk etmiş Türk öz Milləti üçün mövcud durumdan və qabiliyyətindən irəli gələrək hərəkət edir. Kimsə elmə yiyələnir, kimsə orduda və hüquq-mühafizə sistemində, dövlət işində öz Millətinə səmimi qəlblə xidmət edir, kimsə öz zəhməti ilə dövlətinin varlanmasına xidmət göstərir, kimsə öz Milləti yolunda düşmənin və ya xainin canını alır və ya canından keçir.
Nəyə görə, bəzən belə bir yanlış təəssürat mövcuddur ki, BOZQURD və ya BOZQURDÇU Millət yolunda əlinə silah alıb döyüşən və özünü ölümə atan insandır? Dövlət vəzifəsində oturub öz MİLLƏTİNİN rifahı üçün çalışan, öz həmsoyuna kömək edən, vəzifəsindən sui-istifadə edərək öz həmsoylularının qanını içməyən, dövlətin xəzinəsini talamayan məmur BOZQURDÇU deyilmi? Həyatını elmə, biznesə və ya zəhmətə həsr edərək öz MİLLƏTİNİN və YURDUNUN zənginləşməsinə nail olan insan BOZQURD və ya BOZQURDÇU deyilmi?
Deyək ki, bir Azərbaycan Türkü əlində silah tutaraq erməni işğalçısını öldürüb, digər bir Azərbaycan Türkü isə, öz texniki və iqtisadi biliklərindən istifadə edib, erməni bankına birja oyunu və ya İnternet vasitəsilə milyonlarla dollar ziyan vuraraq onu müflis edir. Onların hansı BOZQURDDUR?BOZQURDÇUDURmu, yoxsa, bizə düşmən milətin maliyyəsini ələ keçirən və ya məhv edərək, dığaları milli kapitaldan məhrum edən bilikli oğlumuz BOZQURDÇUDURMU? Cavab çox sadədir; onların hər ikisi BOZQURDdur (BOZQURDÇUDUR)! Biri silahı ilə digəri elmi və savadı ilə!!

Manevr.az





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar