Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Erməni qəddarlığının kökündə nə durur: Qisasçılıq genetikdir, yoxsa ideolojidir?

Tarix: 06-12-2020 11:58     Baxış: 2277 A- / A+
"Xocalı, Ağdaban soyqrımları yadıma düşəndə özümə sual edirəm: erməni qəddarlığının kökündə nə durur? Bu işğalçılıq, bu düşmənçilik, qonşuya qarşı bu nifrət, kin, qisasçılıq genetikdir, yoxsa ideolojidir?"
Erməni qəddarlığının kökündə nə durur: Qisasçılıq genetikdir, yoxsa ideolojidir?

“Qarabağ” sözü Azərbaycan sözüdür, erməni sözü deyil.
İlham Əliyev

Son 30 ildə həyatımız Qarabağ oxu ətrafında fırlanaraq yaşayırıq. Qarabağ probleminin himi 200 il öncə çar Rusiyası tərəfindən qoyulmuşdur. Məqsəd geosiyasət olmuşdu. Torpaq işğalı min illər boyu dövlətlərin inkişafının paradiqması sayılırdı. Ancaq Cənubi Qafqazın işğalında həm də dərin siyasi niyyət də varidi.

Qafqazda ictimai- sosial durum

Çar Rusiyası Cənubu Qafqaz işğal edəndən sonra burada ictimai-sosial durum yavaş –yavaş dəyişməyə başladı. Belə ki, 200 il öncə bölgədə gedən hadisə və proseslərin idarə edən tərəfi azərbaycalılar, idarə olunan tətəfi isə ermənilər olmuşdular. Fəlsəfi dillə desək, olayların subyeki azərbaycanlılar, obyekti isə erməmilər idi. Azərbaycanlılar burda üstün mövqedə idi. Əgər obrazla desək “azərbaycanlılar at minəndə, ermənilər uzunqulaq minirdilər”. Bu durum çox güman ki, çar Rusiyasının ürəyincə deyildi. O bu durumu dəyişməyə qərar verir. İstəyir ki, ermənilər də at minsinlər. Bu niyyətlə İrandan və Türkiyədən çoxlu erməniləri buraya köçürür. Onları Azərbaycanın ən münbit, barlı-bağatlı torpaqlarında məskunlaşdırır və hər tərəfli himayədarlıq edir. Erməniləri torpaq vergisindən azad edir, gənclərini təhsil müəssisələrində oxudur, əsgər aparıb silahdan istifadə etməni öyrədirdi. Əsgərlikdən qayıdan və ya məktəb bitirən gənclərə dövlət vəzifələri verir . Üstəlik, “dənizdən dənizə”, böyük bir ərazidə dövlət qurmaqda onlara köməklik etməyi də vəd edir.
Sovet dönəmində də bu dəst-xətt saxlanılır. Yeni xəritələr çızılanda ermənilərə Azərbaycanın hesabına yeni torpaqlar verilir. Qarabağ torpaqlarının bir hissəsini əvvəlcə mübahisəli ərazi halına gətirilir, sonra qondarma (“Dağlıq Qarabağ”) adı altında “muxtariyyət” verilirdi.
Bu güclü dəstəkdən azğınlaşan ermənilər mənfur planlarını həyata keçirmək üçün bəzi terminoloji hiylələrdən də məharətlə istifadə edirdi.

Zəruri qeyd. Aydındır ki, Qarabağın Şimalı, Cənubu, Şərqi və Qərbi var. Bəs onda qurama “Dağlıq Qarabağ” anlayışı hardan çıxdı? Min illərin tarixində belə bir anlayış varmı? Planetin hər hansı başqa bir yerində bənzər hoqqa varmı? Son 30 ildə ermənilər bir az da irəli gedərək “Dağlıq Qarabağ” anlayışını beyinlərdən silmək üçün himayədarlarının təbəsümü altında onu “Arsax” elan edir və beyinlərə yerləşdirir.
“Qarabağ“ sözünün mənası Azərbaycan dilində “Böyük Bağ” olduğunu hər kəs bilir. Belə ki,“qara” sözü bizdə əyyami-qədimdən “böyük”, “nəhəng” anlamı verir. “Qonaq –qaralı”, “qaranlıq” və “qaraçı” sözlərində olduğu kimi. Türk dilli ölkələrin çoxunda da “qara” sözü böyük (Qaradağ kimi) mənasında işlədilir. Hətta, rus dilində də “tıma”sözü “çox” mənasında işlədilir.

Bu ədalətsiz təzyqlər nəticəsində Azərbaycanın ərazisi zaman keçdiykcə 114 min kv.km-dən 86,6 min kv.km qədər azalır, ermənilərin ərazisi 9 min kv.km -dən 28 min kv.km qərər artır. Bütün bunların hamısı azərbaycanlıların mənafeyinə zidd edilirdi. Yerli əhali hər cəhətdən zəifləyir, hətta varlı Qarabağ bəyləri “quru bəyə” çevrilirdi. Çox təəssüf ki, bizim humanitar sahənin tədqiqatçıları o zamankı ictimai- siyasi və sosial durum dərindən araşdırmayıblar.
Güclü dəstəyin hesabına azğınlaşan erməniər yerli əhali ilə dinc dolanmırlar. “Qoy özümə yer eləyim, gör sənə nə edəcəm” atalar sözü də ermənilərin ərköyün, özbaşına davranışını göstərir. Babalarımızın “yersiz gəldi yerli qaç” deyimi də o zamankı ictimai- siyasi durumun ədalətsizliyi nəticəsində yaranmışdır. Bənzər ata sözü gürcülərdə də var. Gürcülər deyirlər: "erməni gəldi - yeni bəla gətirdi" (Movida somexi - moytana sxva mexi).
Bu özbaşına davranışı on doqquzuncu əsrdə Qarabağ şairi Baba Şakir bədii sözlə belə anladır:

Ölkə quberniya olandan bəri,
Oğrunun hər biri xana dönübdür.


Qarabağ xanlığının Laçın rayonunda anadan olmuş, qəbri Türkiyənin Amasiya bölgəsində olan şairi Seyid Həmzə Nigarinin (1805- 1885) dörd sətri o dövrün sosial durumundan xəbər verir:
Qarabağda talan var
Məni dərdə salan var,
Bayraqdar as bayrağını
Gözü yolda qalan var.


Azərbaycan Xalq Cümuriyyətinin parlament üzvü Hacı Kərim Sanlı "Turut qaçaqları" əsərində yazır ki, qaçaqların içərisində bir erməni gənci də varmiş. Bu erməninin anasını Tiflisə qubernatorun görüşünə aparırlar. Qubernator arvada deyir ki, bu Qafqazda sizləri əlimizin içərisində saxayırıq, bəs sənin oğlun niyə bunlara qoşulub? Qadın deyir ki, kaş sizin ayağınız buralara dəyməyəydi. Siz gələndən bəri bu insanları bir birinə düşmən kəsilib.
Ermənilərə edilən siyasi dəstəyi Çeçerinin 20 iyul 1920 –ci ildə N.Nərmanova vurduğu teleqramdan aydın görmək olar:
“İndiyə qədər... bizə izah edə bilmirsiniz ki, nə üçün Rusiya qoşunlarının Qarabağı və Zəngəzuru tutmasının əleyhinəsiniz və nə üçün bu ərazilərin Azərbaycana aid olmasını dönmədən tələb edirsiniz. Biz Ermənistanla işlərimizi qaydaya qoymalıyıq. Türkiyə bizə qarşı çevrildiyi təqdirdə,hətta daşnak Ermənistanı belə, türk hücumuna qarşı bizim ön istehkamımız, forpostumuz olacaqdır”.
Beləiklə, 1800-1900 ilər ərzində ictimai- sosial vəziyyətin səthi təhlili göstərir ki, güclü himayədarıq səbəbindən ermənilər silahlanaraq, at minərək Cənubu Qafqazda söz sahibinə çevrilirlər.

Tarixi saxtalaşdırmaq
Ermənistanın baş naziri cəfəng fikirlər ortaya atır,
tarixi saxtalaşdırır.


İlham Əliyev

Qafqazda özlərinə yer elədikdən və söz sahibinə çevrililəndən sonra ermənilərə yalan danışmaq, tarixi saxtalaşdırmaq, coğrafi adları, toponimləri dəyişmək, saxta elmi işlər yazmaq haqqı da tanınmışdı. Ermənilərə verilən ərazilərin onlara mənsub olduğunu subut etmək üçün ən vacib iş isə tarixi saxtalaşdırmaqdan keçirdi. Ancaq yerli xalqlara haqqı və ədaləti müdafə etmək, şikayət etmək imkanı verilmirdi.
Milli Məclisin deputatı Etibar Əliyev sosial şəbəkədə yazır ki, 1970 ci ildə Cermuxda atamla söhbət edən ermənin sözləri indi də yadımdan çıxmayıb: "Gələcək nəsillər üçün tarix yazıram”. Deputat yazır ki, bu yaramaz millət ötən əsərin 70-80-ci illərində dağlara dırmaşıb saxta tarix yazır, sonra basdırır, bir müddətdən sonra qazıb çıxarırdılar ki, ibtidai icma quruluşundan bu ərazilər bizimdir. Dağlıq Qarabağda da belə əməllərə rast gələcəyik.
Etibar müəllimin sözünə qüvvət verən tanlnmış jurnalist Xalid Kazimli: “Bu sözü bizə də 1982-83-də KT instititunda tarix dərsi deyən Elfak müəllim demişdi. Deyirdi, ermənilər daşlara saxta tarix yazıb basdırırlar ki, sonradan tapsnlar.... O vaxtlar çox yayğın olub, bu əməl”.
Bu baxımdan erməni kökənli ukraynalı tarixçi alim Philip Ekozyants, sosial şəbəkələrdə onu ermənilərə xəyanətdə günahlandıran rusiyada yaşayan erməni lobbiçilərindən biri, media maqnatı Aram Qabrelyanova verdiyi cavab diqqət çəkir. Alim cavabında deyir ki, Ermənistana xəyanət edənlər, erməni tarixini təhrif edən və erməniləri qonşuları ilə barışmaz düşmənə çevrənlərdir. Daha sonra Ekozyants yazır: “Nəsillər boyu yalan xətrinə yalan uydurub özünüzü və ətrafınızdakı hər kəsi məhv etməkdənsə, bir neçə il həqiqət içində yaşamaq və ya heç olmasa onun axtarışda olmaq daha yaxşıdır.
Medianın sizin haqqınızda yazdıqları ilə tanış oldum və sizin haqqınızda məlumat əldə etdiyim üçün çox şadam. Və cavab olaraq sizə aşağıdakıları demək istəyirəm. Aram, üç əsrdir xəyalların burulğanlığında boğulan xalqımızı əlinizdəki imkanla azad edə bilərsiniz. Həqiqətən xalqımızı sevirsinizsə onlara kömək etmək üçün imkanlarınızdan istifadə edin. Kifayət qədər müdriklik və səbriniz varsa, əsərlərimlə şəxsən tanış olun, onlara sosial şəbəkələrdən gələn histerik “qışqırıq”- larla qiymətləndirməyin. Əminəm ki, bundan sonra məndən açıq şəkildə üzr istəyəcəksiniz və onda sizinlə birlikdə Azərbaycan çayı içəcəyik”. Erməni cəmiyyətinə daxildən baxan və qiymətləndirən alimin milyarderə cavabı, hesab edirəm ki, erməni xalqı üçün ən düzgün yoldur.

Yalançılıq

Yalançılıq insanı yox, qeyri insani keyfiyyətdir. Tərbiyə məsələsi düzgün qurmuş xalqlar öz gənclərinə yalan danışmamağı öyrədir və deyirlər: siz yalanla dünyanın o biri başına gedə bilərsiniz, amma geri qayıda bilməzsiniz. Bu prizmadan baxanda adama elə gəlir ki, erməni gəncləri tərs tərbiyə olunurlar.
Qafqazşünas rus tarixçi alimi, akademiki Rudolf İvanov "Azərbaycanın gerçək hekayəsi, rus gəlişi və fars motivləri" adlı kitabında ermənilərin yalan və saxtakarlığın təbliğatı üçün əsirgəmədən xərclədiyi pullar və erməni xisləti haqda geniş məlumatlar verir. Akademik yazır ki, “yalan həmişə tez və asanlıqla insanların şüurunda yer alır, hadisələrə, tarixə və vəziyyətlərə münasibətləri formalaşdırır. Ancaq həqiqət həmişə müdafiəsizdir, hər tərəfdən hücumlara məruz qalır. Bu səbəbdən qorunmağa və davamlı müdafiyə ehtiyacı vardır”.
Güman ki, akademik Qarabağı nəzərdə tutaraq bu qənatə gəlib. Ermənilərin yalanı yayılır, bizim həqiqətlər isə 200 ildir ki, müdafiəsiz qalıb.
Erməni yalanı ilə bağlı daha maraqlı bir misal. ABŞ yazarı Robert Qrinin “Hakimiyyətin 48 qanunu” adlı dəyərli kitabında “Erməni xalq nağılı” adlı bir hekayə var. Hekayədə nəql edilirki, erməni padşahı ölkə əhalisini saraya toplayr və deyir ki, kim mənə orjinal bir yalan danışsa, əlimdəki qızıldan hazırlanmış bu almanı ona verəcəm.
Ermənilər bir bir yalan danışmaqa başlayırlar. Padşah hər danışanın sözünü yarımçıq kəsir və deyir: orjinal deyil, axırı belə qurtaracaq. Və beləliklə, gün başa çatır, ancaq padşah orjinal yalan eşidə bilmir. Lap axırda bir qoca erməni yaxınlaşır və deyir: parşah məndən borc aldığın bir torba qızıl qaytar. Padşah: yalan danışma axmaq kişi- deyir. Qoca: əgər yalan danışıramsa, onda qızıl almanı ver.
Tarix boyu ermənilər yalan danışmaqla çox qızıl almalar yeyiblər. Ancaq bu dəfə Qarabağın qızıl almasını yeyə bilmədilər. Çünki Allah böyükdür. Azərbaycan Ordusu məğlubedilməzdir!

Qəddarlıq və Vəhşilik

Dünya təhlükədədir, ona görə yox ki, bəzi
insanlar şər törədirlər, ona görəki, bəziləri
bunu görür, ancaq heç nə etmir .


A. Eynşteyn

Xocalı, Ağdaban soyqrımları yadıma düşəndə özümə sual edirəm: erməni qəddarlığının kökündə nə dürur? Bu işğalçılıq, bu düşmənçilik, qonşuya qarşı bu nifrət, kin, qisasçılıq genetikdir, yoxsa ideolojidir?
Səbəb nədir ki, II Qarabağ müharibəsində ermənilər yeni vandallıq hərəkətləri edirlər: yaşadıqları evləri, dərs dedikləri məktəbləri və bəşəriyyətin ağ ciyəri hesab edilən meşələri yandırır, meyvə ağaclarını doğrayır, heyvanların başını kəsir, məzarlıqları dağıdırdlar, uçururlar? Bu kin-küdrətin tarixi kökü varmı? Bu suaların cavabı bəşəriyyət ermənilərdən soruşmalıdır.
Sənin olmayana mənimkidir demək, şəhərləri yerlə yeksən etmək, meşələri yandırmaq qeyri bəşəri tərbiyyənin nəticəsidir.
Bu cür anti-insanı davranışlarına görə Püşkindən üzü bəri dünyanın məşhur insanlarının çoxu ermənilərin mənfur xislətindən yazıblar.
Rusiyada yaşayan azərbaycanlımilyarder Fərhad Əhmədov yazır: “50 milyon azərbaycanlının bir terror təşkilatı yoxdur, amma dünyada sayları cəmi 10 milyona yaxın olan ermənilərin 13 terror təşkilatı var”. Dövlət, terror təşkilatı saxlamalıdırmı?
Güman etmək olar ki, yuxarıdakı anti insanı hərəkətlər diasporanın sifarişidir.

Dövlət, yoxsa kvazidövlət?

Məlumdur ki, dövlət ictimai və şəxsi mənafeləri tənzimləyən bir qurumdur. İlk baxışda erməni dövləti də sadə erməni xalqının mənafeinə xidmət edən bir qurumdur. Ancaq diqqətlə baxanda bu dövlət sadə xalqın yox, əsas varlı diasporaların mənafeyini müdafiə etdiyi görünür. Bu səbəbdən də kvazidövlət təsiri bağışlayır. Üstələk öz sərhədlərini özləri qorumaq iqtidarında deyil. İstəyirlər ki, müharibədə onların yerinə muzdlular, terroristlər və ya başqa dövlətlər döyüşsünlər. İqtisadi potensialı dövləti yaşatmağa qadir deyil. Daim kənardan kömmək umur. Himayəçilik milli psixlogiyanı çox xəstələndirib.
Çar höküməti yıxılandan sonra ermənilər özlərinə dövlət qurdular. Sovetlər də ermənilərə dövlət qurmasında dəstəyin əsirgəmir. Əhalisi və torpağı az, paytaxtı olmayan bu millətə qonşuları da kömək edirlər. Ancaq nəzərə almaq lazımdır ki, Gürcüstan ilə müqayisədə Ermənistan təbii yaradılmış bir dövlət deyil, süni yaradılmş bir dövlətdir. Bu səbəbdən də dövləti təcrübələri, real tarixi, mədəniyyəti olmadığından, onlar qonşuların maddi və mənəvi dəyərlərini mənimsəməklə tarixi boşluqları doldurmaqla onlara problemlər yaşadır. Bu problemləri zorla, qəddar üsullarla həll etməyə çalışırlar. Onlarca terrorist təşkilatlarla əməkdaşlıq edir.
Sadə erməni xalqı azərbaycanlılarla qədimdən dinc yaşayıblar. Nə qədər erməni qızları azərbaycanlılarda ərdədir. İndi də yaşayarlar. Ancaq bu dinc yaşama diasporaya sərf etmir. Dispora hesab edir ki, bu xalqlar arasında qarşıdurma, nifrət, kin nə qədər çox olsa, onlar üçün bir o qədər yaxşıdır.
Azərbaycan Prezidenti İlham Əliyev Laçınla bağlı xalqa müraciətində (01.12.20) ermənilərin xislətini sadalaır:: “Vəhşi kimi gəlib başqasının torpağına onu istismar edib, onun mənşəyini dəyişdirmək istəyib, yaşayış məntəqələrinin adlarını dəyişdirmək istəyib, tarixi abidələrimizi yerlə-yeksan edib, saxta tarix yaradıb, xəritələr dərc edib”.
Əvvala, hər bir xalq üçün mühuaribə bəşəri TEST-dir. Müharibə zamanı (ekstrimal şəraitdə) ermənilərin maskaları cırıldı və gerçək üzləri, xisləti dünyaya açıldı. İşğalçılıq, düşmənçilik, qonşuya qarşı nifrət hissləri, onları elə bir günə saldı ki, onlar bu vandal hərəkətlərinə görə bəşəri TEST-i keçə bilmədilər.
İkincisi, hər bir xalq öz hərəkətləri ilə özlərinin milli portretini şəkir. Bu barbarlıq onlara xoşa gələn portiret cızmır.
01.12.20 tarixli çıxışda Prezident bir elmi-nəzəri problemə də ayydınlıq gətirdi: “Bu, bölgədə mövcud olan ənənələrə, qaydalara, Qafqazda mövcud olan davranış qaydalarına tamamilə ziddir. Bu, bir daha onu göstərir ki, erməni xalqının bizim bölgə ilə heç bir əlaqəsi olmayıb. Bunlar heç vaxt Qafqaz xalqı olmayıb. Sonradan gəlmələrdir”.
Subut istəyənlərin yadına salıram ki, Tərtərdən Kəlbəcərə gedən yolun sağ tərəfində Madaqizdə ermənilərin bura gəlmələrinin 150 illiyinə abidə də ucaltmışdılar. İnternetdə həmin abidəni də tapmaq olar.
Qonşularımız Gürcüstan, İran və Türkiyəyə dövlətərinin yaşı min illərlədir. Bu ölkələrin hər birinin aşkar tarixi, dünya tarixində məxsusu səhifələri var. Padşahları ilə, alimləri ilə, mütəfəkkir insanlar ilə, paytaxt şəhərləri ilə. Ermənilərin Qarabağda Sayat Novaya qədər izi məncə yoxdur. O da ki aşıq olub.Çünki ermənilər Qafqaz əhli deyillər. Qafqaz əhli evləri və məktəbləri yandırmaz, bağları və meşələləri məhv etməzlər. Belə tərbiyyə olmayıblar. Ermənilər özlərinə saxta tarix yazırlar, ancaq Dünya tarixi bunu yadda saxlamır. Tarixin yaddaşı selektivdir. Düz hadisələri yadda saxlayır, yalanı saxlamaz. Tarixən ermənilər dünyaya səpələmiş halda yaşayıblar. “Dənizdən dənizə” dövlət qurmaq istəyirlər amma hansı dənizləri nəzərdə tuturlar: Aralıq dənizi ilə, Qara dənizi, yoxsa Qara dəniz ilə Xəzər dənizini? -bilinmir.
Ermənstan bəşəriyyətin cahil hissəsinin pis niyyətlə yaratdığı və yaşaddığı siyasi bir qurumdur və ya kvazi dövlətdir. Bəşəriyyətin kamil hissəsi bu qüsuru mütləq düzəltməlidir.

I Qarabağ müharibəsi

1990-cı illər ərəfəsində ermənilər hesab etdilər ki, Cənubi Qafqazda baş verən bütün olaylarda söz sahibi, aktiv tərəfi onlar olmalıdırlar. Bu niyyətlə 1988 –ci ildə Dağlıq Qarabağı Azərbaycandan qoparmaq planlarını inamla işə saldılar.
Birinci Qarabağ müharibəsində ermənilər Dağlıq Qarabağdan əlavə 7 rayonumuzu da işğal etdilər. BMT və ATƏT bu işə qoşulsalar da heç nə etmədilər, haqqı - ədaləti qoruya bilmədilər. Bu beynəlxalq təşkilatların fəaliyyətsizliyinə rəğmən, bu yerdə Süleyman peyğımbərlə bağlı bir rəvayət yadıma düşdü:
Haşiyə. İki qadın bir körpə ilə peyğəmbərin yanına gəlir və hərə idda edir ki, uşaq onundur. Peyğəmbər çoxlu suallar verir, amma bir şey hasil edə bilmir. Onda: “bu uşağı iki yerə bölün, bir parasını bu qadına, digər parasını da o biri qadına verin” -deyir. Bu zaman qadınlarn biri deyir: yox, yox uşağa dəyməyin, mən istəmirəm uşağı o qadına verin. Bu zaman peyğəmbər məntiqi nəticə çıxarır və tarixi qərar qəbul edir: uşağı bu qadına verin, uşağın anası odur! - deyir.
Min illər öncə Süleyman Peyğəmbər çətin bir məsələni asan həll etdi. Ancaq BMT və ATƏT bu asan məsəni həll edə bilmədi. Şərqdə deyirlər: “niyyət fəaliyyətin əsasıdır”. Fəaliyyət göstərmədilər, ona görə ki, niyyətləri yox idi. İranın istənilən kitabxanasınada araşdırma aparsaidilər, görərdilər ki, həm şah Abbas dövründə, həm Nadir şah dövründə, həm Qacar dövründə Qarabağ Azərbaycanın olubdur.

Formanı qorumaq qanunu

Təbiətşunaslıqda “formanın saxanması” qanunu var. Bu qanuna görə canlı varlığ həmişə formasını qoruyur. Orqanizmə (insan bədəninə və ya yaşıl ağaca) kəsici alətlə yara vurularsa, o yaranı sağaltmağa cəhd edər, yəni öz əvvəlki formasını almağa çalışar. Torpaq da, sərhədlərimiz də canlı orqanizmdir. Ermənistan Azərbaycana Qarabağ yarası vurub. Bu yara ya sağalmalıdır ki, ölkəmiz öz əvvəlki formasını alsın, yada bu yara ölkəmizi xəritədən silməlidir.
Qəhraman əsgərlərimiz torpağımızın uğrunda igidcəsinə ona görə vuruşdular ki, Azərbaycanın Qarabağ yarasını sağaltsınlar. Müqəddəs torpağımızın yarası sağalarsa, ərazi bütövlüyümüz (yəni formamız) bərpa olunar.
Hərbi həkimlərimizin dediyinə görə, müalicə alan əsgərlərimiz narkoz altında belə “Qarabağ”, Qarabağ” deyirdilər. Əsgərlərimiz öz yaralarını unudub vətənin Qarabağ yarasının hayında idilər. Şükürlər olsun, vətən yaramız sağaldı.
Həqiqət ani
Qarabağ problemi göstərdi ki, BMT və digər beyəlxalq qurumlar ikili standartlar səbəbndən haqqı müdafiə edə bilmirlər. ATƏT –in Minsk qrupu 30 il təkrar etdi ki, “Qarabağ probleminin hərbi həlli yoxdur”.
Prezident İlham Əliyev vəziyyəti çox dəqiqliklə qiymətləndirərək bəyan etdi:İndi həqiqət anıdır. Mənim üçün də, xalqımız üçün də, hamımız üçün həqiqət anıdır. Bu cümlə əslndə Ali Baş Komandanın hərbi doktinasına son cümləsidir və ya doktrinaya vurulmuş möhürdür. Bu möhürlənən doktrinanın müddəalarını belə təxmin etmək olar:
a) Dünyada ədalər yoxdur, ikili standartlar var;
b) BMT və ATƏT –in Minsk qrupuna güvənc yoxdur;
c) Qarabağ probleminin həllinin sülh potensialı tükənib;
d) Dostu düşməndən ayırmaq zamanıdır;
e) Ermənipərəst qüvvələrin bəyanatlara qulaq asmamaq anı, elə həqiqət anıdır.

Bunları nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyev düşünülmüş tarixi qərar qəbul etdi: Qarabağ Azərbaycandır və nida işarəsi!

II Qarabağ müharibəsi

Mənim aləmimdə “nida” işarəsi hərəkət deməkdir, müharibə deməkdir.
İki dalaşanın biri ağllı olsa, dalaşma baş tutmaz. Azərbaycan tərəfi ermənilərə 30 il vaxt verdi, şans verdi ki, bəlkə ağıllanarlar, danışıqlar yolu ilə problemi həll edərik. Ancaq ermənilər yola gəlmədilər. Ermənilər hər zaman müharibə istədilər və onu da aldılar.
Prezidentin həqiqət anı xalqın həqiqət anı idi. Həqiqət anı düz seçiləndə “xalq -ordu- dövlət ” birliyi monolitləşir, qələbəni təmin edir.
Bu səbəbdən də Azərbaycan Prezidenti İlham Əliyev fiziki gücdən istifadə etməyə məcbur oldu. Azərbaycanın müzəffər Ordusu əks hüçümla 44 günə torpaqların çox hissəsini işğaldan azad etdi. Ermənistan Baş naziri müharibənin ilk günündən istədi ki, onu qloballaşdırsın. Ancaq Azərbaycan rəhbərliyi hərb, diplomatiya və informasiya cəbhələrində Paşinyanın bu niyyətini heçə endirdi və erməni ordusu üzərində möhtəşəm Qələbə çaldı.
27 sentyabr tarixindən etibarən Ali Baş Komandan İlham Əliyev dedi:
Biz yeni realliq yaratmışıq. İndi hər kəs yeni reallıqla hesablaşmalıdır.
30 ildə bizi başa düşməyənlərə 30 gündə çox şey başa saldıq.
Biz BMT TŞ qətnamələrini təkbaşına yerinə yetirdik.
Azərbaycan xalqının qürurlu, cəsarətli, yenilməz xalq kimi təsdiqlədik.

Qarabağ düyününn fəlsəfəsi
Düyünü vuran özü açmalıdır.
Çin xalq misalı

Qarabağ düyünün yaşı 30 deyil, 200 ilə yaxındır. Bu problemin görünəm yaşır30 ildir. Görünməz yaş isə 150 ildən çoxdur. Ötən 150 il ərzində tarix xeyli saxtalaşdırılmış, ermənilər tədricən silahlanmış, azərbaycalılar isə tərksilah edilmişdi. Əhalidə quş tüfəngi belə qalmamışdır. Obrazla ifadə etsək, ermənilər atlanmış, azərbaycanlar isə atdan salınmışdı.

Bu Qələbənin görünən və görünməz tərəfləri var:
Görünən tərəf budur ki, Azərbaycan öz torpaqlarını hərbi-siyasi yolla geri qaytardı. Azərbayca Prezidenti məğlub xalqı məğrur etdi.
Görünməyən tərəf budur ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın iki yüz ildən əvvəlki durumunu bərpa etdi. Başqa sözlə, bu tarixi qələbə nəticəsində Azərbaycan bölgədə gedən hadisə və proseslərin yenidən idarə edən, aktiv tərəfinə, yəni subyektinə,ermənistan isə passiv tərəfə,yəni obyektə çevrildilər.
Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır!” ifadəsini Rusiya prezidenti cənab Vladimir Putin də təkrar etdi. V.Putin ikinci böyük dövlət rəhbəri idi ki, “Dağlıq Qarabağ Azərbaycanın əzəli torpaqlarıdır”- dedi. Bu ehtirafa çox sevindim, ona görə ki, “Qarabağa düyün” elə çar dövründə vurulmuşdu. Çinlilərin ata sözündə deyir ki, düyünü vuran özü açmalıdır. Deməli, V.Putin çar Rusiyasının 200 il öncə vurduğu düyünü açdı. Əgər bu düyün açıbsa, onda nə vaxtsa digər düyünlər də açılar, inşAllah. Budur, Qarabağ düyününün fəlsəfəsi və görünməz tərəfi.
Prezidentin 01.12.20 tarixli müracətindən bir cümlə ilə məqaləyə son vermək istəyirəm:
“Biz döyüş meydanında, siyasi müstəvidə Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır”.
Nə yaxşı ki, qisas qiyamətə qalmadı!
Nə yaxşı ki, Prezidentimiz: “Dağlıq Qarabağ münaqişəsi arxada qaldı!” - dedi.
Nə yaxşı ki, Qarabağ Azərbaycandır!


Şübhəsiz, bu möhtəşəm Qələbənin müəllifi Azərbaycan Ordusu və onun Ali Baş Komandanı İlham Heydər oğlu Əliyevdir. Allah Azərbaycan Ordusuna və onun Ali Baş Komandanı İlham Əliyevi qorusun.
Allahım, 50 yaşımda itirdiyim Kəlbəcəri, 80 yaşımda görməyi və müqəddəs torpağı öpməyi mənə də nəsib et. Bu sevincli günləri bizlərə yaşatdığına görə müzəffər Ordumuza və Ali Baş Komandana bir daha dərindən minnətdaram!

Prof.Şahlar Əsgərov,
Əməkdar elm xadimi,
TN yanında İctimai
Şuranın sədri

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar