Xəbər lenti
"Bir imza və bir şeir" rubrikamızın bu axşamkı qonağı Namiq Dəlidağlıdır!
Cavid Fərzəli və Namiq DəlidağlıXoş gördük, Namiq bəy
Xoş gördük, hörmətli sənətsevərlər
Bəli, ədəbiyyatın və sənətin mahiyyəti həm də ondadır ki, o insan psixologiyasını yaradır. Hətta biz heç anlamı olmayan bir mətnə belə öz daxili heçliyimizi sənət kimi yükləyə bilərik. Çünki insanın iç dünyasının psixoloji, estetik və sənətsal qatlarından biri də varlığın mövcudluğunu dərk etməkdir.
Bu mənada ədəbiyyatşünaslığın əsas problemi ondadır ki, o, kütlənin informasiyalaşdırdığı məzmunu yazır.
Hansı ki, kollektiv və fərdiyyəçiliyin sənətsal gözüylə iti baxmalıyıq!!!
Mətni görmək, bu, sadəcə kütləvi ədəbi biliklərin söylədiklərini bir yerə toplamaqdan ibarət olmamalıdır.
Niyəki natural ədəbiyyatdan, gerçək və həyatsal sənətdən danışarkən biz Namiq Dəlidağlı kimi adları görməzdən gələ bilmərik.
İstərdim ki, Namiq bəyin Ramiz Rövşənə dövründə yazdığı şeiri oxuyaq
ŞAİRLƏRİ SOYURLAR
(Nəsiminin ruhuna baş əyərək Ramiz Rövşənə)
Yenə də şairləri soyurlar,
ancaq öləni də var,
qalanı da...
Ölənlərin üzünü,
dilini soyurlar keçinir,
qalanların başını,
beynini, qolunu, qıçını,
böyrəyini...(MƏDƏSİNƏ dəymirlər)
soyurlar yaşayır.
Qəribə burasıdı:
soyulanda gülənlər keçinir,
ağlayanlar yaşayır.
...Sonra dərilərinə tüpürə-tüpürə
sıralarına qoşurlar,
itlərinə, pişiklərinə...
şeir yazdırmaq üçün.
Ad verirlər, mükafat verirlər,
dəri həmkarlığı başlayır.
...Xəlil Rzanı soydular, keçindi,
Eldar Baxışı soydular, keçindi,
Məmməd Arazı soydular, keçindi,
Akif Səmədi...soydular, keçindi.
Neçə ki dəymirlər qaç bu diyardan,
soysalar öləcəkcən!
Mətndə Emil Zolyanın ...bioloji varlıq... konsepsiyası tam çılpaqlığı ilə özünü büruzə verir. Şair insanın anatomik hissələrini üzünü, dilini sadalamaqla, fərdi, maddi varlıqdan sadə bir mexanizmə keçir. Buradakı metaforik ...soyulma... faktı təbii ki, dar ağacını xatırladır. ...Mədəsinə dəymirlər... ifadəsi isə insanın ən təməl fizioloji instinktinə, aclıq və sağ qalma instinktinə bir işarədir...yəni,
Bu haqda irəlidə danışacayıq...
Hələlik isə Hadisələrə digər pəncərədən, Teofil Qotye tərəfdarlarının gözü ilə baxsaq, bu misraları ...estetikadan kənar... hesab edə bilərik... Çünki burada ilahi sənətdən söz açılmır, maddi parçalanmadan bəhs edilir.
Müəllif fiziki ağrını, naturalizm ruhunu, metafizik qiyamla qarşı-qarşıya qoyur...
Qəribə burasıdı:
Soyulanda gülənlər keçinir...
ağlayanlar yaşayır...
Sonra dərilərinə tüpürə-tüpürə sıralarına qoşurlar,
itlərinə, pişiklərinə şeir yazdırmaq üçün.
Ad verirlər, mükafatlar verirlər,
dəri həmkarlığı başlayır.
Təbii ki, bu mətni estetik sənət süzgəcindən keçirsək, hamının deyə biləcəyi bildiyimiz həqiqətləri görürük. Metafora və Aristotel sayağı süjet yoxdursa, şeir də yoxdur. Əgər mətn oxucunu öz gözəlliyi ilə valeh edə bilmirsə, oxucu mütləq mənadan uzaqlaşacaqdır. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, bu misraların poetik enerjisi sənətsəl ucalığa çatmaq əvəzinə, şeiri natüralizm cərəyanına qurban verib...
Ancaq şair bu üsulu qəsdən seçib desək, yanılmarıq.
Bunun adı bədii cəsarətdir.
Bu misralar bioloji qanunlara zidd olduğu üçün bir növ metafizik üsyandır... ...Dərilərinə tüpürə-tüpürə sıralarına qoşurlar... ifadəsi isə göstərir ki, əgər ruh yoxdursa, insanlar yalnız eyni materialdan ibarət bioloji kütlədir. Bioloji silahdır.
Bu hissə həm də sənətin institusionallaşmasına və mükafatlandırılmasına qarşı bir sarkazmdır... ...Sənət sənət üçündür... deyənlər üçün sənət müqəddəsdir, ancaq burada sənətin ...
heyvanlaşdırılması... təsvir olunur... Müəllif sanki deyir ki... ...Əgər metafizikanı və ruhu çıxarsanız, geriyə qalan yalnız instinktiv xarakterdir...
Bu, naturalizmin üsulları ilə naturalizmin özünü tənqid etməkdir...
Zolya qeyd edirdi ki, irsiyyət və mühit qaçılmazdır...
Şeirdə adları çəkilən şairlərin, Xəlil Rza, Eldar Baxış, Məmməd Araz, Akif Səmədin taleyi mühitin təzyiqi altında ...bioloji sonluqla... bitir... Müəllif bu ölümü sosioloji, siyasi bir laboratoriya təcrübəsi kimi təqdim edir, mühit düşüncəni qəbul etmirsə, onu parçalayır...
Şeirin kulminasiya nöqtəsi Nəsimiyə edilən göndərmədir...Sığmazam.
fəlsəfəsi mətni naturalist çərçivədən çıxarıb ona metafizik bir ruh qazandırır... ...Soysalar öləcəksən!... xəbərdarlığı bioloji ömürdən çox, mənəvi dözümün həddindən xəbər verir...
Naturalist alman şairi Arno Holts bir şeirindı deyirdi ki... ...Günəş qanımdan axır... Namiq Dəlidağlı da başlanğıcda Ramiz Rövşəni məhz belə, təbiətlə və instinktlərlə vəhdətdə olan bir naturalist ruh kimi görürdü... ancaq sonradan Ramiz Rövşənin qanından o günəş axmadı...
O, sənətin ...sənət üçün sənət... prinsipini daha qabarıq seçərək, bütün instinktlərini, xarakterini və varlığını öz sənətinə qurban verdi...
Kimlik mübarizəsində o, Dəlidağlının şeirdəki ...proqnozunu... doğrultmadı, üzü döndü... O, sənətin soyuq estetikasına sığınaraq, Dəlidağlının təsvir etdiyi o amansız naturalist reallıqdan uzaqlaşdı...
İndi bəlkə də haradasa, başqa bir şair, öz soyundan olan birinə natüralizmin sərhədlərində "Qusmaq"şeirini yazır...
Müəllifə hörmətlə...
Gələn görüşlərədək!
Cavid Fərzəli
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























