Sizin Reklam Burada
Xəbər lenti
25-12-2024
24-12-2024
BÜTÜN XƏBƏRLƏR

Özünü SÖZ üstündə öldürən şair

Tarix: 06-03-2022 15:46     Baxış: 3516 A- / A+
                                                   Sabir Sarvan


Tanrım SÖZ dəlisiyəm,
Məskənimi çöl elə.
Məni bir də yaratsan
Yenə SÖZƏ qul elə.

(Sabir Sarvan)


Keçmişdə doğum günlərini digər olaylarla bağlayıb bəlirləyirdilər. Yadımdadır, dədəm deyirdi, Osmanlı türkləri Bakını qurtarmağa gələndə 12 yaşında imiş , bu hesabla doğum ilinin 1906 olması sənədləşdirilmişdi . 

Məməm (anaya biz “məmə” deyirdik) qonşumuz Şölə xalanın Fazil oğlunu düz Stalinin öldüyü gün və ildə (5 mart 1953) dünyaya gətirdiyini , qardaşı oğlu , dayoğlum Sabirin isə 3 il sonra Stalin ölən gün doğulduğunu yaddaşına yazmışdı. Bu gün martın 5-də Sabir Sarvanın 66 yaşı 5-ci ildir ölməz RUHU ilə yad edilir. “Sumqayıtda yaşıdım olan bir bina var, Binəsi mən doğulan ili qazılıb , Alnının ortasına 1956 yazılıb” şeri ilə doğum ilini nişan verən şair, “Məni kəndimizdə basdırarsınız, dədəmin – babamın qəbrinə yaxın” vəsiyyətini də etmişdi.
Söz vaxtına çəkər , deyiblər , 29 il öncənin Novruz bayramı günündə Ağdərə döyüşlərində yaralanıb vertolyotla Bakıya hospitala gətirilmişdim. Bir də gördüm Sabir başımın üstündədir, yarımçıq qalmış döyüş gündəliyimi götürüb , yanılmıramsa, işlədiyi “Gənclik” jurnalının əlavəsi olan “P. S” qəzetində çap etdi. Gündəliyimin iç qabığında “Dədə -babamın yatdığı nənnisənmi? Tozuna – torpağına bulaşdığım kəndimsənmi? Keçmişimsənmi, indimsənmi? -Vətən” sözləri ilə başlayan üç bəndlik şeri kimin yazdığını soruşanda, döyüşqabağı düşüncələrimdən doğduğunu dedim. “Yaxşıdır” qiymətləndirməsindən ruhlanıb , zarafatyana Qarabağın məni də şair etdiyini (bir neçə il sonra) deyəndə, qaşlarını çatıb ciddi görkəmlə , elə bil, acıqla, “ŞER, SÖZ – CİDDİ MƏSƏLƏDİR” dedi. Bir yol “Azadlıq”ın həyətində dərdləşəndə Zamin Hacı yaxınlaşıb Sabirlə görüşdü və onu çap etdiyini dedi. (Vallah, elə belə də dedi :”Sabir bəy, məni ilk dəfə çap etmisiniz”). Yanılmıramsa, Sabir , Hacı Zaminin 16 yaşı olanda “Gənclik” jurnalında şer(lər)ini (ilk dəfə) dərc edibmiş. Sabir üzünü mənə tutub, özünə məxsus şəstlə, qürurla “görürsən, mən kimi çap etmişəm” deyəndə, jurnalist kimi tanıdığım Zamin bəyin gerçək şair olduğuna inandım . Nədən Sabir Sarvan hər kəsə belə qürurla SÖZ HAQQI tanımazdı.
SÖZÜN ÜSTÜNDƏ ana balasının üstündə əsən kimi ƏSİRDİ . “Özümü öldürdüm sözlərin üstə, qayıdıb kağıza sağ kimi düşdüm” deyən şair, SÖZÜN ağrısını – acısını almaqda, Məcnun Leylinin sevdası ilə çöllərə düşdüyü kimi, SÖZ sevdasında çöllərdə idi. Darlıq görənlərə də “Gen dünyada darlıq görsəz əgər siz, DƏRD ünvanlı SÖZ qapımı döyərsiz” deyirdi. SÖZÜN ayağa salınmasına, yerə düşməsinə isə dünyadan, həyatdan köçməklə dirəndi:
“Qalsın! Yalanlara qalsın bu dünya ,
Mən gərək urvatlı tez çıxım gedim .
Alındı göydəki taxtı əlindən,
Salındı ayağa söz, çıxım gedim. “


Məğrur Bədəlsoy


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar