Xəbər lenti
Səsin və sözün Zəkası
Zəka Vilayətoğlu
Zəka insan təbiətini özünəxas həssaslıqla gəzən, öyrənən bir sənətkardır. Onun həm şeirlərində, həm də nəsrində insan faciəsinin səbəbləri daha çox yerlə, yurdla bağlıdır. Zəkanın dolanışıq ardınca Rusiyaya üz tutmuş qəhrəmanlarının faciəsi bizi düşündürməlidir. Çünki onlar yaxşı həyat arxasınca üz tutduqları yerlərdə xəyanətlərlə, aldanışlarla qarşılaşırlar. Qazandıqlarını havaya sovurur, vətənə ya ölüm xəbərləri ilə, ya da xəstə canla qayıdırlar. İnsan doğulanda ilk dəfə ömrünün sonunacan daşıyacağı bir mülkə sahib olur və bu mülkü o necə qoruyacaq, onu necə saxlayacaq, bu mülk onun ünvanına töhmət olacaq, yoxsa başucalığı gətirəcək... bunu onun yaşadığı həyat göstərir. Bu mülkün sərhədləri, əhatə dairəsi, özündən başqa kimlər üçünsə ocaq, pir olacağı, Allah eləməmiş, bəlkə lap nifrət ocağı kimi tanınacağı... bu gələcəyin işidir. Əsas odur ki, həmin mülkün sahibi o mülkü necə tanıdacaq... Bu mülk insanın öz adıdır. Azərbaycan mənəvi mühitində öz yeri, öz aləmi olan bir şəxsiyyət haqqında beş-üç kəlmə ilə ruhumda-varlığımda hakim olan duyğuları sözə gətirmək mənim üçün çətindir. Ən azı ona görə ki, bu gün artıq 50 yaşına yetmiş olan Zəka adlı mülk sahibindən danışıram...
Zəka Vilayətoğlu 50 yaşına qədər birmənalı şəkildə adını, sanını yüksək ucalıq mərtəbəsində qoruya bildiyini indiki zamanın ən çətin meyarları müqabilində təsdiq edib. Mənim üçün Zəkanın həm öz adı, həm də atasının adı xüsusi bir rəmzdir. Zəka ağıl deməkdir, düşüncə deməkdir. O təmsil etdiyi vilayətin, əyalətin... bütövlükdə dünya olan evimizin Azərbaycan adlı vilayətinin oğlu olduğunu həm musiqi mədəniyyətimiz üçün, həm də söz sənətimiz üçün qədərincə göstərə bilib. Zəkanın mənəvi mühitində iki möhtəşəm qanad var. Bunun biri musiqidirsə, Azərbaycan muğamıdırsa, Azərbaycanın xalq musiqi sənətidirsə, digəri söz sənətidir. Hələ onun söz sənətinin özünün də çoxşaxəli olduğunu burada ötəri də olsa, qeyd etmək yerinə düşər. İncə ruhlu şeirləri, vətən yanğılı duyğularının poetik ifadəsi göstərir ki, Zəka Vilayətoğlu Azərbaycan poeziyasında kifayət qədər görünən sənətkardır. Eyni zamanda o, həssas təbiətli bir nasirdir, emosional duyğulu publisistdir. Bütün bunlar göstərir ki, Z.Vilayətoğlu bütün varlığı ilə sənətkardır, istər musiqidə, istərsə də, ədəbiyyatda. Zəka Vilayətoğlunun mənsub olduğu ocaq, sözün həqiqi mənasında, böyük sənət ocağıdır. Bu ocaqda Ayaz Arabaçı kimi kifayət qədər məşhur bir şair də var. O Zəka Vilayətoğlunun böyük qardaşıdır.
Əlirza Xələfli, şair, publisist,
"Kredo" qəzetinin baş redaktoru
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar