Xəbər lenti
Şanlı Qələbəmiz həm də rayonlarımızın işğal tarixini ərazilərimizin azad olunması tarixi ilə əvəzlədi - Müşfiq Məmmədli
Müşfiq Məmmədli
44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı Qələbəsi ilə bərabər, həm də rayonlarımızın işğal gününü ərazilərimizin azad olunması tarixi ilə əvəzlədi. Artıq biz rayonlarımızın işal gününü deyil, azad olduğu tarixi qeyd edirik. Ancaq tariximizin acı gündəliyini də unutmamalı, bundan dərs almalyıq.
Bildiyiniz kimi Cəbrayıl şəhəri 2020-ci ilin oktyabr ayının 4-də işğaldan azad olunmuşdur. Beləliklə, 27 il davam edən erməni işğalına son qoyulmuşdu.
Mövzu ilə bağlı fikirlərini bizimlə bölüşən deputat Müşfiq Məmmədli qeyd etdi ki, 1993- cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğalın fəsadları və dəyən ziyana toxuna natiq bildirdi ki, işğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışlar. 52000 nəfər əhalisi olan, 1050 km2-i əhatə edən rayon ərazisi və bu ərazilərdəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd işğal zamanı vəhşicəsinə dağıdılıb. Cəbrayıl rayonundan Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
M.Məmmədli Cəbrayılın azad edilməsində Azərbaycan Ordusunun böyük şücaət göstərdiyini dilə gətirdi:
"2016-cı il Aprel Döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi. Vətən müharibəsi zamanı Azərbaycan Ordusu 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi. Bununlada Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı."
Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Cəbrayıla rayonuna səfərinə toxunan deputat bildirdi ki, 2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonuna oldular. Və səfər çərçivısində cənab İlham Əliyev, Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur məsələsidir.
M.Məmmədli doğma torpaqlarımızın qaytarılmasını xalqımızın şərəfli tarixi kimi dəyərləndirdi:
"Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını yaşayır. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında Cəbrayılın azad edilməsi də xüsusi əhəmiyyət daşıyır"
"Bu gün işğaldan azad olunan bütün bölgələrimizdə tikinti-bərpa işləri sürətlə davam edir. O cümlədən, bu gün azad olunduğu tarixi sevinclə qeyd etdiyimiz Cəbrayıl rayonunda. Biz tezliklə oralara qayıdacağıq" -deyə depurat vurğuladı...
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar