Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

Seval Beyazgüllə "Könül yolçuluğu"

Tarix: 26-08-2021 20:14     Baxış: 3707 A- / A+
Seval Beyazgüllə "Könül yolçuluğu"


Seval Beyazgül 1980-ci ildə Hatayda anadan olmuşdur. Anadolu Universiteti İşlətmə və Kahramanmaraş Sütçü İmam Universiteti İşlətmə Bölümündən məzun olmuşdur. “Yaşamın”.... adlı şeir kitabı var.

KİF ATMIŞ SEVDA GÜLLƏRİ

Gənc qız soyuq bir gecənin səssiz qaranlığında eyvanda oturub xəyallara dalmışdı. Həyatının baharında yeknəsək, həyəcan dolu, get-gedə mənasını itirməkdə olan günlə-rin çətinlikləri ilə üz-üzə idi. Ağır bir xəstəliyə düçar olmuşdu. Ancaq onu yaşadığı şid-dətli ağrılardan çox qəlbindəki sızıltı düşündürürdü. Bir tərəfdə qəfildən xərçəngə məğ-lub olub dünyasını dəyişən atasının fikri, bir tərəfdə də ruhunda ağır yaralar buraxan, həmçinin ona sevginin gücünü öyrədən ovsunlu sevdası var idi. Bu iki acını ürəyində daşımaq onu hər gün daha çox zəiflədirdi.

Sevgilisindən beş il olardı ayrılmışdı. Sevgilərinin arasına girən lənətə gəlmiş talelə-ri olmuşdu. Sevdiyi bir dəfə ona: “Səni kölgəmə bənzədirəm. Ancaq günəş itəndə köl-gə də itir. Mən səni qəlbimin ən dərin yerində saxlamağa çalışıram ki, heç kim sevgimi məndən oğurlamasın”- demişdi. Sevgiyə möhtac biri üçün bu sözlər kifayət idi. Gənc qız indi ən çox saçlarının tökülməyinə üzülmüşdü. Çünki sevdiyi həmişə ona “Sənin üzünə toxunan saçı da qısqanıram. Hər tökülən telin xəncər olub ürəyimə sancılır.” - deyirdi. Hansı küləklər o yaraşıqlı, yaşıl göz oğlanı onun sakit dünyasına gətirmişdi? Onu yorğun dənizlərdən fırtınalı okeanlara itələmişdi. Başını qaldırıb gözlərinə bax-mışd. Gözlər yalan deməyi bacarmır. Keçmiş illərin buraxdığı izləri insanın üzünə vur-mazdılar.

Gənc qızın sevdası kif atmış sevda güllərini xatırladırdı. O, soyuq və sehrli gecənin fırtınalı mehinə məhəl qoymadan otağına keçib çarpayısına uzandı. Yorğun bədəni yu-xuya təslim oldu. Anidən gələn telefon zəngi onu sarsıtdı. Zəng edən sevdiyi adam idi.

Uzun müddətdən sonra sevdiyinin səsi bədəninin bütün hüceyrələrinə yayılmışdı. İçindəki vulkan elə qabarmışdı ki, partlamaq üçün səbrsizlənirdi. Kirpiklərinin dibində yığılan göz yaşlarını boşluğa buraxdı. Sevdiyi başsağlığı vermək üçün zəng etmişdi. Atasının ölümü aramaq üçün bəhanə olmuşdu. Telefonu söndürdükdən sonra həmin an ağlına gələn ilk şey beş il öncə sevdiyinin ona dediyi sözlər oldu. “Sabah kənddə mə-nim toyum olacaq, məni bir də axtarma!” Bu sözlər öz iç dünyasında böyütdüyü sevda gülünü soldurdu və solmuş sevda güllərinə yeni bir gül də əlavə olundu. Elə xəyallarla bəsləmişdi ki, bu gülü, hər rəngində bir ümid vardı. Bütün rənglər qaraya boyandı və yerində heç açmadan ölən ümid tumurcuqları qaldı. O gülün onun olmayacağı gerçəyi içini gəmirdi. Heç kimə əmanət edə bilməzdi. Çünki gülün adı sevgiydi. Ayrılıq hüz-nünü, ağrılarını və göz yaşlarını içinə doldurmuşdu. Ürəyi div boyda həsrət çəkirdi. Duyğuları yarpaqların üstündəki şeh damlarlına bənzəyirdi. Sevdiyinin ona ehtiyac duymadığı ağır gəlirdi. Təsəlli tapmaq heç də asan deyildi.

Bu dünyada yalnız cismi qalmışdı. Öz iç dünyasında yaşadığı böhranlar və üç il boyun-ca aldığı psixoterapiya canında hərdən özünü hiss etdirirdi. Içini sızladan xatirələr, bütün mənliyini alt- üst edən qasırğalar əhatəsindəydi. Vida acısı daxili dünyasının qabığını soy-

muşdu. Birlikdə olduğu zaman bütün əyər- əksikliklər ayrılıq sərgiləmişdi. Ürəklərini sı-xan, onları nəfəssiz edən buxovları çözüb, bir- birlərinə sığınmaq istəsələr də, faydası yoxuy-du.

Çünki onları tale ayırmışdı. Ayrılıq dözülməz bir ağrı verirdi qəlblərinə. Birlikdə yaşadıqları gözəl günlər dərin izlər buraxmışdı. Bu sevgini silmələri üçün ürəklərini bədənlərindən çıxardıb atmaları lazımıydı.

On il sonra sevdiyinin bir qız və bir oğlunun olması xəbəri, qəlbində kif atan sev-da gülünün üstünə örtük saldı.

Görüşmək istədikcə ayrılığa, birləşməyə çalışdıqca yalnızlığa məhkum oldu. Gənc qızın zehni və duyğuları qarışdı. Qüruru və vicdanı üstün gəldi. Evli bir adama aşiq olmaq olmaz, - deyə düşündü. Həyat axınında itirdiyi sevgisi canını yandırsa da, göz-lərindən yaş süzülsə də, ürəyinə daş basaraq, itgini qəbul etməyə məcbur oldu. Yaşadı-ğı sevgini uzaqdan uzağa yanıb- sönən bir dəniz fənəri kimi keçmişdə buraxaraq, həya-tına davam etdi. Bu vəziyyət sevdiyinin də qəlbində dərin izlər buraxdı, böhranlar ke-çirdi, ürək damarlarına beş ədəd stend qoyuldu. Bəlkə də sındırdığı bir sevdanın bə-dəliydi bu. Amma yenə də qız bunu eşidəndə üzülmüşdü.

Qəlbi çox incidilmişdi, hər zaman qaçdı ondan. Qüruruyla və yalnızlığıyla baş-başa qaldı. Düzəltdiyi və içinə qısılıb qaldığı ipək qozasından silkinib çıxdı. Fırtınalı bir gecə-dən sonra sabahın ilk işıqlarıyla, anidən könlündə yaranan bir ümid qığılcımı zülmət dünyasını aydınlatdı. Bu işıqla qalibiyyət nərdivanını sürətlə dırmanaraq zirvəyə yük-səldi. Qazandığı nailiyyətlər onu xoşbəxt etməyə bəs edirdi. Fəqət könül dünyasına ge-dən yollar bağlıydı.

Əslində, ona ağır gələn sevərək ayrılmağıydı. Amma bu sevgini yaşadığı üçün pe-şiman deyildi. Sevdiyinin telefondan duyduğu səsi belə, göy üzünün maviyə çevrilmə-sinə, aydınlaşmasına səbəb olurdu, eşqin gücüydü bu. Və eşqin insana nə çılğlınlıqlar yarada biləcəyini qanında hiss edirdi. Sevgisini bir dağın koğuşuna hayqıra bilsəydi, içindəki qaranlıqları qışın bəyaz qarına tökə bilsəydi, ya da qələmini qana batırıb ka-ğızlara yaza bilsəydi. Görəsən, onda bu eşqin iztirabı azalardımı? Bəzən, duyğuları kəlmələrə sığmırdı. Belə vaxtlar gizlətdiyi duyğuları daha da dərinlərə enərək, yarasını qanadırdı.

Bəlkə də son bir sevgi, son bir xoşbəxtlik yaxalamışdı onları. O, gözlərində yaşatdı-ğı sevgini elə gözlərində buraxmışdı. Bir xırdavatçı kimi kif atmış sevda gülündən qalan xatirələri, zamanın qırıqlarını toplayırdı. Səsi beynində əks-səda verirdi. Ürəyin-dəki fırtınalar dalğalara çırpıldıqca, onu ümidləndirirdi. Əllərini açıb ruhunun sahilinə baş vurmasını gözləyirdi. Sevdasının həsrəti ürəyini sonsuzuğa sürükləyirdi. Ümid qı-rıqlığına rəğmən, kif atmış gülünü qəlbinin lap dərin bir guşəsinə gömdü. Bir qış gü-nəşi kimi yenidən doğarkən, kiçicik dünyasında yeni bir sevda gülü bitirdi.

SOLAN SEVDA GÜLLƏRİ

Saralan yarpaqlarda buz olunca xəyallar,
Həsrət vulkanlarında eşq gülləri qovrulur.
Pas atır bütün sevgi, lehim tutmur kətanlar,
Hüzn yelkənlərində şən anlar sovrulur.

Çox dalanlarda yox olunca qızartı,
Okeanlarda canıyla əlləşir duyğular,
Saplanır boşluqlara xəyanətin qılıncı,
Donmuş bədəni örtür axşam ayrılıqlar.

Gecənin ürəyində sızlar qanayan eşqlər,
Xırdavatçı kimi toplar ümid qırıqlarını.
Dirənişin kürəyində sovrulur yaqut toplar,
Məhkumun sevdiyini oxşamaz ürkək quşlar.

Ayrılıq diyarından əsən sevgi məlhəmi,
Solan sevda toxuyur qurudulmuş güllərə.
Dəyirman daşlarında üyüdülüncə eşqlər,
Budaqda tumurcuq tək cücərir saf duyğular.

Təqdim etdi: Nazilə Gültac

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar