Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Nazir bibim nəvəsinin ən əsas suçu kimliyində “Naxçıvan" –“Ermənistan” yazılmamasıdır"

Tarix: 17-02-2021 14:02     Baxış: 3571 A- / A+
Şair Sabir Sarvanın yeri görünür - “Vay o günə , dəli başla üstünə qardaş yerinin!“
"Nazir bibim nəvəsinin ən əsas suçu kimliyində “Naxçıvan" –“Ermənistan” yazılmamasıdır"


Ortalıq bir ay sonra şair Sabir Sarvanın dünyasını dəyişməsinin 4 ili tamam olur. Gerçək söz adamlarının hamısı Sabiri SÖZ ADAMI kimi tanıyıb SÖZ adına ləkə gətirən bir misra belə yazmadığını vurğulayırlar.
Yaşamının son günlərində “Neftçilər xəstəxanası”nda dayoğlu-biboğlu olanlardan-keçənlərdən , sözdən-şeirdən , şairlərdən-yazarlardan , dostlardan bir qədər dərdləşdik . Sabirin “Əjdər nə sədaqətli dostmuş” sözləri hələ də qulağımdadır . Onu da vurğulayım ki, gerçək söz adamlarının kimliyini elə Sabirdən bilmişəm. “Qəzan mübarək” şeirinin yazarı Əjdər Olu da şair dayım oğlunun araçılığı ilə tanıdım . O çağlar şəhərdə şairləri çay (-çaxır) evlərində(n) tapırdın, şeirlərini kitab-jurnallardan . Bir yol (2002-ci ilin avqustunda) Əjdər Ol bizim Pirhəsənli kəndində gecələməli olur və səhərisi gün “Pirhəsənli dosta” “Burda bülbül nə gəzir ki, oxuya, Bağçada gül qalıbmı ki, qoxuya? !” deyə yarızarafat -yarıgerçək “Çox burcutma, Pirhəsənli -aranmış, Çəmən solub, yovşan yerdə daranmış” yazıb. Şeirin özünü oxumadan sorağını alan Sabir Əjdər Ola “Saqqalın ağarsın, Aran balası, Ağ yalan söyləmə mənim kəndimə.” deyə “Onun hünüləri bülbülə taydı, Tikanı Aranda tər gülə taydı. “ yazaraq gerçəkdə Vətənin təkcə gül-bülbülünə yox, tikan-hünüsünə görə də Vətən olduğunu poetik dillə vurğulayıb , “Dedilər dostunmuş, yaxan dardadı İndi mən nə üzlə dönüm kəndimə? !” Yerin görünür, Sabir indi Əjdər Ol dostun özü dardadır, qəzadadır. QƏZAN MÜBARƏK, ƏJDƏR OL!

4 il yarım Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə başçılıq etmiş Səlim Müslümovun yenidən formalaşan hökumətin tərkibində yer almamasının üç ilində gözlənilməz həbsi ilə bir çoxlarının Konstitusiyaya qarşı çıxaraq şübhəli şəxs haqqında əsassız fikirlər səsləndirməsi gündəm olub. Ana Qanunun 63-cü (“Təqsirsizlik prezumpsiyası”) maddəsinə görə, CİNAYƏTİN TÖRƏDİLMƏSİNDƏ TƏQSİRLƏNDİRİLƏN HƏR BİR ŞƏXS, ONUN TƏQSİRİ ... SÜBUTA YETİRİLMƏYİBSƏ VƏ BU BARƏDƏ MƏHKƏMƏNİN QANUNİ QÜVVƏYƏ MİNMİŞ HÖKMÜ YOXDURSA, TƏQSİRSİZ SAYILIR . İstintaq orqanının özü bu əsassız ittihamları yayanların özlərini məsuliyyət daşımaları haqqında bilgiləndirməyə borcludur. Bəri başdan deyim ki, keçmiş nazirə qarşı rüşvət ittihamları tam əsassızdır . Bircə fakt : gərək ki, 2015-ci ildə birdən-birə İKİ YÜZ MİN (!) ƏLİLİN yenidən ekspert komissiyasına getmədən əlillik dərəcələrinin daimi təyin edilməsi haqqında qərar verildi. Əlilbaşına 10 manat hesabı ilə bir dəfəyə İKİ MİLYON MANAT EDİR! Rüşvəti normaya çevirən məmur niyə bu fürsəti əldən verirdi? Elə hər il bir əlildən, ən azını götürək , 50 manat hesabı ilə 10 milyon manat rüşvət əldə etmək nə çətin idi? ! Biz hələ onu demirik ki, keçmiş nazir hər il komissiyadan keçməyi də ləğv edib, 5 ildən bir cəmi iki dəfə ekspert müayinəsi ilə əlilliyin müəyyən edilməsini qüvvəyə mindirdi. Səlim Müslümovun heç bir klanın üzvü olmadığı, hər dəfə “arxalı nazir”lərin haqq-hesablarının güdazına getməsi də söz qonusudur. Fikrimcə, nazir bibim nəvəsinin ən əsas suçu kimliyində “Naxçıvan –“Ermənistan” yazılmamasıdır. Fikrimi əsaslandıra da bilərəm : 2018-ci ilin aprelində yeni hökumətdə yer almayanlardan yalnız eks-ekologiya və təbii sərvətlər naziri və ƏƏSM naziri işsiz qaldı. Məlum bölgədən olan Heydər Əsədov rektor oldu, Nazim İbrahimov isə Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin rəhbəri təyin olundu. Uzağa niyə gedək, konkret görəv başında rüşvətlə tutulan nazirlər, komitə sədrləri “ev azadlığı”nda, saxta ittihamlarla həbs olunan Eldar Həsənov məhbəsdə. Ümumiyyətlə, həbs qətimkan tədbirinin seçilməsi də heç bir məntiqə sığmır. Sözügedən tədbir ,başlıca olaraq, istintaqdan yayınmanın qarşısını almağa görə tətbiq olunursa , həbslə bağlı olmayan tədbir seçmək olmaz? Onu demək istəyirəm ki, keçmiş səfirin istintaqdan yayınmaq fikri olsaydı, heç ölkəsinə dönərdi?

Tamah məsələsinə gəldikdə isə, elə ən böyük SAVAŞ tamahla savaş sayılır. Hələ ki, bu savaşdan qalib çıxanlar barmaqla sayılası qədər olar, ya olmaz. Mənim nazir qohumumun bir suçu da , özündən daha

çox, qohumlarının tamahlı olması idi. Bu qonuda indi geniş danışmaq istəmirəm. Bircə onu deyə bilərəm ki, kiminsə öz yaxın qohumundan, dostundan dar-gen gündə imtina etməsi ,yaxud dostluğu, qardaşlığı danması bizlik deyil. Səlim Müslümovun atası mənim dost-doğma bibim oğludur. Bizi maddi yox, mənəvi tellər bağlayır. Başqalarının elədiyinin yanında qohumumun elədiyi dəryada damla kimidir. Novruz -barış, bağışlamaq bayramıdır. Növbəti çərşənbə axşamı ilk su çərşənbəsidir. Kaş ilk dəfə Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan... Qarabağın azadlığında qeyd edəcəyimiz Novruz bayramında DÖVLƏT (başçımız) MİLLİ BARIŞ VƏ AZADLIQ FƏRMANI da verəydi.

Məğrur Bədəlsoy

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar