Xəbər lenti
Milli Məclis üzvlərinin deputat səlahiyyətləri yoxdur?
Deputat köməkçiləri büdcədən maliyyələşməli deyil
Vətəndaşların ən çox üz tutub problemlərini dilə gətirdiyi dövlət hakimiyyəti orqanının biri və bəlkə də birincisi qanunverici hakimiyyətdir. Ən azı, Milli Məclis üzvlərinin hamısının “deputat “, “millət vəkili” səlahiyyətlərinə yiyələnməsinin vətəndaş seçicilərin səsləri ilə gerçəkləşməsi nədəni ilə. Nə yazıq, zavallı seçicilər 5 ildən, bəzi hallarda 4 ildən bir ortalıq bir aylıq “seçki şousu” öncəsi yada salınır.
Elə ki, deputat mandatı cibə girir, verilən sözlər də yaddan çıxır, vəkillik borcu da. Ən yaxşı halda, deputat köməkçiləri müraciət edən şəxsin “ anket məlumatlarını araşdırıb “, yad (?) bölgənin seçicisi kimi müraciət hüququnun qanunsuz (?) olduğunu vurğulayır. Anlamaq olmur, millət vəkili Milli Məclisin üzvüdür, yoxsa rayon sovetinin deputatı? Axı, bütün millət vəkilləri MM-in bir yox, bir neçə komissiyasında təmsil olunurlar ! İndi Bakıda qeydiyyatda olan mədəniyyət, incəsənət, yaxud elm -təhsil işçisi MM-in Mədəniyyət, elm-təhsil komitələrinin sədrlərinə, üzvlərinə müraciət edə bilməz ki, məsələn, Tovuzda, Ağdamda qeydiyyatda deyillər? Absurd deyilmi ?
Milli Məclisin rəhbərliyinə gəldikdə isə, sədr Sahibə xanım Qafarovanın gördüyü işlər təqdirəlayiqdir. İndiyədək Oqtay Əsədova edilən müraciətlərə heç bir cavab ala bilməyən vətəndaşlara hazırda anında cavab verilir. Amma və nə yazıq, bütün cavablarda problemin MM-in səlahiyyətlərində olmadığı bildirilir və aidiyyatı qurumlara göndərildiyi vurğulanır. Anlamaq çətindir, bəyəm MM sədrinin deputat səlahiyyətləri yoxdur? Axı, vətəndaş sədrə həm də millət vəkili kimi müraciət edir ! Hələ müavinlərə, komitə sədrlərinə, deputatlara baxanda, sədr, necə deyərlər, toya getməlidir. Öncəki çağırış komitə sədrlərindən ayrıntılı olaraq, yeni sədrlər , ümumiyyətlə, müraciətlərə cavab vermirlər. Regional məsələlər komitəsinin yeni sədri Siyavuş Novruzov, əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev sələfləri Arif Rəhimzadə və Hadı Rəcəblidən fərqli olaraq, heç bir müraciəti cavablandırmırlar. Deputatlara gəldikdə, özlərini ya keçmiş MM sədrinin, ya hökumət üzvlərinin, ya da (ali) icra hakimiyyəti başçılarının vəkili kimi aparırlar. Biz konkret adlar da çəkə bilərik, amma hələ ki, sözü atırıq ki, mandat yiyələri götürsünlər.
Deputatlardan söz düşmüşkən, elə bil, deputat köməkçilərinin səlahiyyətləri özlərindən artıqdır. Hətta deputata müraciətə də köməkçisi məktubla cavab verir(di) . Düzdür, vurğuladığımız kimi, artıq heç cavab verməkdən də imtina edilir, amma istənilən halda, deputatın səlahiyyətlərini köməkçisinə “verməsi” qanunsuzdur və mandatdan məhrum etmə ilə sonuclana bilər. Səlahiyyətlərini köməkçisinə verincə, deputatın ortalıq 5 min manatlıq gəlirindən əməkhaqqı ayırması daha məntiqli olmazmı? Təsəvvür edin, deputat köməkçisi aylıq ortalıq 1500 manat büdcədən vəsait əldə edir. Bu məbləğ hərbi pensiyaçının təminat xərcliyindən ortalıq iki dəfə , sıradan Qarabağ qazisinin pensiyasından isə on dəfə çoxdur. Elə deputat var ki, sədr kimi, bir neçə köməkçisi var. Köməkçinin işi isə, acı gerçək budur ki, deputata ünvanlanan məktubu ünvan yiyəsinə çatdırmaqdır . Vurğuladığımız kimi, bu “poçtalyonluq” missiyasının öhdəsindən da köməkçilər gərəyincə gəlmirlər. Əksinə, məktubları çatdırmamaqda deputata köməkçilik xidməti göstərirlər. Bir məsələ də aktualdır, MM-in müvafiq şöbəsinin hansısa deputata məktubu çatdırmaqda hansı problemi var ki, belə bahalı köməkçi-poçtalyon ştatı büdcəni yeyir? Onu da vurğulayaq ki, hər deputata ceçiciləri ilə əlaqə saxlamağa görə, iki qazinin pensiyası qədər “telefon pulu “ və digər əlavələr də verilir.
Fikrimizcə, büdcə vəsaitlərinin deputat köməkçilərinin göstərmədikləri “poçt xidməti”nə ayrılmasına son qoymaq haqqında fikirləşmək olar. Bəlkə onda MM üzvlərinin deputat səlahiyyətlərini yerinə yetirməli olmaları yadlarına düşər.
Məğrur Bədəlsoy
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar