Xəbər lenti
Siracəddin Rauf: "Bir gün səni mənə hədiyyə edər, inadkar baxışım sancılan qapı" -TƏRCÜMƏ
Siracəddin Rauf 1967-ci ildə Özbəkistan Respublikasının Qarşı şəhərində anadan olub.
1992-ci ildə Daşkənd Dövlət Universitetinin jurnalistika fakültəsini, 2002-ci ildə Daşkənd Dövlət Hüquq İnstitutunu bitirib."Zvezda Vostoka"("Şərq Ulduzu") jurnalının baş redaktorudur. “Ağlayan Ay” ,“Göy günbəz” adlı şeir kitablarının müəllifidir. Manevr.az Süleyman Hüseynovun tərcüməsində Siracəddin Raufun bir neçə şeirini oxuculara təqdim edir:
***
Çöldə qeyri adi hal, ürəkdəsə-
Qar həsrəti kimi dolaşıq duyğu.
-Allahım, bilmirəm nə kələkdisə,
Çəkir məni köhnə ilin soyuğu.
Cismimi qurtarar dostlarım mənim,
Amma ruhum harda –bir kimsə bilməz.
İltifat etməkdən usanıb meylim,
Doğma hisslərimdən ürəyim dönməz.
Şad, xürrəm süfrədə təbrik səslənir,
Yeni arzulara dilim uyuşmur.
Kim məni anlayar, hamı şənlənir,
Göz yaşım vüsala heyif, qovuşmur
Keçmişə biryolluq əlvida desəm,
Bəlkə də olmaram sabah peşiman.
Lakin məhəbbətim-o gözəl qüssəm,
Mənimçün əlçatmaz olar hər zaman. ..
***
Bu xofun da keçib, gedər,
Qalmaz izi sona qədər.
Çox görmüsən bəla, qada,
Olanları bir sən sal yada.
Qorxursansa, demək ki, bil,
Almamısan ibrət dərsi.
Ölüm özü dəhşət deyil,
Qorxuludur vahiməsi...
***
Bəlkə yer üzünün ən şirin sözü,
Yetməz Ay bənizlim, sənin vəsfinə.
Olsa da o sözdə Günəsin közü,
Güllər də mat qalsa onun ətrinə.
Qoy mən vəsf eyləyim səni dünyada,
Köməyim olmasın deyilmiş sözlər.
Tək bircə söz deyim,sonsuz səhrada,
Çiçəklən,qırmızı laləyə bənzər.
Hüsnünü tərənnüm eylə etibar,
Tək mənə, tək mənə, ey nazlı nigar.
Aləm eşitməyən bir kəlmə SÖZ var,
Adına doğulub, köksümdə yaşar!..
BİR GÜN
Bir gün səni mənə hədiyyə edər,
İnadkar baxışım sancılan qapı.
İntizar könlümü ah, sevindirər,
Nurlu gəlişinlə açılan qapı.
Sinəm yastıq olar başına sənin,
Bu gözəl məqamdan incə zövq alar.
Çəkdiyi həsrətdən ürəyim mənim,
Şirin nağıllarla söhbətlər salar...
TƏƏSSÜF
Oyandın,
Açılıb güllər ruhuna,-
İnandın kipriklər hörən röyaya.
"Doğrudursa əhdi, ömür ver ona",-
Səməndər quşuna yalvardın göyə.
Ayağını öpsəm, yel tək əsərək,
Baş qoyar sinəmə köhnə dərd kimi.
Gözümün önündə hər an gəzərək,
Xəyalım reyhan tək oxşar qəlbimi.
Ümidin çiynində ötərsən xoşbəxt,
Küləklər baş əyib, baxar heyrətlə.
Qanadın yoxsa da, qəm çəkmə heç vaxt,
Sevinc yaşayarsan eşq, məhəbbətlə.
Sətri tərcümə Azərbaycan Yazıçılar Birliyinin
fəxri üzvü Şəhlo Kasımovanındır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar